Icma.az
close
up
RU
Paşinyanın Moskvaya səfəri Kremlə, yoxsa İrəvana lazımdır?

Paşinyanın Moskvaya səfəri Kremlə, yoxsa İrəvana lazımdır?

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ermənistanın Baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Moskvaya səfəri baş tuta bilər. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, səfərin dəqiq tarixinin hələ müəyyənləşmədiyini qeyd edib. Peskovun “RİA Novosti”-yə açıqlamasına görə, Ermənistanın hökumət başçısının səfəri bu il ərzində baş tutacaq.
Bəs, Nikol Paşinyanın Rusiyaya səfəri Kremlə lazımdır, yoxsa İrəvana? Bu səfərə daha çox tərəflərdən hansının ehtiyacı var?

Alyans Araşdırmalar Mərkəzinin rəhbəri Abutalıb Səmədov Musavat.com-a bildirib ki, Nikol Paşinyanın Moskva səfəri ilk növbədə Rusiya rəhbərliyi üçün lazımdır: “Görünür onlar “Atalar üçdən deyib” müdrikliyini yoxlamaq istəyirlər və Paşinyana son təzyiqləri göstərmək, əsas kartlarını açmaq istəyirlər. Burada təzyiq nələr ola bilər? Rusiyada işləyən erməni əmək miqrantları ilə bağlı hədə-qorxu gələ bilərlər. Təxminən 800 minə yaxın erməni əmək miqrantı Rusiyada işləyir və onlar keçən il 3,5 milyard dolar Ermənistana pul göndəriblər. Rusiya tərəfi yenə də Paşinyana qazın qiymətini qaldıracaqlarını deyə bilər. Hətta deyə bilərlər ki, ümumiyyətlə Ermənistana qaz satmayacaqlar. Bu çox ciddi təhdiddir. Çünki Rusiyanı əvəz eləyəcək ölkə tapmaq qeyri-mümkündür. Əgər İran cəsarət eləyə bilsə ola bilsin ki, İran 2,2 milyard kubmetr qaz verə bilər. Ancaq başqa bir ölkədən qaz almaq Ermənistan üçün çətin olar. Ola bilsin ki, Kreml rəhbərliyi digər məsələləri də deyib Paşinyana son təzyiqlərini göstərmək qərarına gəliblər. Paşinyanın cavabları da məncə aydındır, onun geri çəkilməyə yeri yoxdur və geri çəkilmək niyyətinin də olmadığını söyləyə bilərik. O, sona qədər dayanacaq və Moskva səfərinə sanki özünə güvəndiyi üçün razılıq verib”.
Ekspert güman edir ki, danışıqların gedişində səslənəcək təzyiqlər və ona Paşinyanın cavabı da artıq hazırdır. Bu, səfər də yəqin ki, nəticəsiz başa çatacaq və Rusiya vəd etdiyi təzyiqləri reallaşdırmaq məcburiyyətində qalacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 07 Sentyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see573

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see524

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see424

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see390

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see297

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see269

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see259

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see240

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see236

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see233

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see230

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see218

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see213

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see209

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see209

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see207

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see201

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see200

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see198

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri