Icma.az
close
up
RU
Menu

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

AYNA 5 min sürücü hazırlayacaq FOTO

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

Paşinyanın Qərb forpostu strategiyası: Ermənistan nə qazanacaq, nə itirəcək?

Paşinyanın Qərb forpostu strategiyası: Ermənistan nə qazanacaq, nə itirəcək?

Icma.az bildirir, Moderator.az portalına istinadən.

Ermənistan avrointeqrasiya kursunu rəsmən elan etdi. Paşinyan Rusiyaya qarşı xəyanət yolu ilə gedir. Rusiyanın təhdidləri Ermənistanı fikrindən daşındıracaqmı? Yoxsa Ermənistan Avropaya inteqrasiya istiqamətində israrını qoruyacaq? Ermənistanın Rusiyanın orbitindən çıxması realdırmı?

Bu barədə Moderator.az-a  danışan sabiq deputat,  siyasi elmlər doktoru Elşad Mirbəşiroğlu qeyd edib ki,  Ermənistanın avrointeqrasiya siyasəti Paşinyanın  müstəqil verdiyi qərar deyil:

“2018-ci  ildə Paşinyanı hakimiyyətə gətirənlər onun  hakimiyyətdə olduğu müddətdə fəaliyyət təlimatını da veriblər. Paşinyanın hakimiyyətə gəldiyi ilk gündən səsləndirdiyi əsas fikir ondan ibarət idi ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqında və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında işi yoxdur. Yəni Paşinyanın elə əsas siyasi şüarı ondan ibarət idi ki, Ermənistan həm Avrasiya İqtisadi İttifaqından, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşmalıdır. O hakimiyyətə gələn zaman atdığı ilk addım Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının erməni əsilli baş katibi Xaçaturov haqqında cinayət işinin başladılması oldu. Nəticədə Xaçaturov vəzifəsindən uzaqlaşd. Bütün bunlar onu göstərir ki, Paşinyan Ermənistanı Rusiyanın olduğu müstəvilərdən uzaqlaşdırmaq missiyasını həyata keçirir. Bu günləri Paşinyanın sərgilədiyi mövqe yeni deyil. O hakimiyyətə məhz o motivlərlə gətirilmişdir ki, Ermənistan Rusiyadan uzaqlaşdırılsın və Qərb forpostuna çevrilsin”.

Siyası elmlər doktoru əlavə edib ki, Avropa İttifaqının Ermənistana əhəmiyyətli dərəcədə dəstək göstərə bilməsi real görünmür:

“Vaxtilə Gürcüstan da Ermənistanın bugün sərgilədiyi mövqe sərgiləyirdi. Amma mahiyyət etibarilə Avropa İttifaqı Gürcüstana çox da ciddi dəstək ola bilmirdi. Ermənistanın vəziyyəti isə tamam fərqlidir. Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv olmaqdan çox ciddi iqtisadi dividentlər əldə edir və çox böyük bazarlara çıxışı var.  Eyni zamanda, Ermənistan  iqtisadi güzəştlərə malikdir ki, bu da nəqliyyat, logistika və energetika sahələrini əhatə edir. Əgər Avropa İttifaqına inteqrasiya yolunu tutarsa, bu o anlama gələcəkdir ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına üzv ola bilməz. Bunu Rusiya prezidentinin mətbuat katibi Peskov da vurğulayıb. Çünki bu iki təşkilat bir- birləri ilə uzlaşmayan təşkilatlardır. Hətta Avrasiya İqtisadi İttifaqını bəzən qeyri -rəsmi Avropa İttifaqının alternativi də adlandırırlar. Amma Ermənistan Avropa İttifaqına üzv olacaqsa, mütləq şəkildə Avrasiya İqtisadi İttifaqından çıxmalı olacaq. Belə olan halda Ermənistanın onsuz da zəif olan iqtisadiyyatı tamamilə sıradan çıxacaqdır və Avropa İttifaqı Avrasiya İqtisadi İttifaqının Ermənistana verdiklərini bu gün vermək gücündə deyil. Ola bilsin ki, Avropa İttifaqı Ermənistana vədlər verməklə kifayətlənsin. Onsuz da Avropa İttifaqı bir sıra istiqamətlərdə Ermənistana ciddi dəstək vəd etmişdi, amma bu dəstək çox da görünmür”.

E.Mirbəşiroğlu onu da əlavə edib ki, Qərb  Ermənistanı özünün Rusiyaya qarşı bir plastarmı kimi istifadə etməyə çalışır:

“Bu baxımdan Paşinyanın bu mövqeyi Ermənistanın daxilində də ciddi gərginlik yaradacaqdır. Çünki Rusiyada çox sayda ermənilər məhz öz həyatlarını Rusiya iqtisadiyyatı hesabına təmin edirlər. Bu da  təkcə Ermənistan daxilində deyil, həm də Rusiya daxilində olan ermənilərin narazılığına səbəb olacaqdır. Avropa İttifaqına Ermənistandan çox yaxın olan Moldovada keçirilən referendumda əhali yarıya bölündü və nisbi çoxluq Avropa İttifaqına ölkənin üzv olmasının əleyhinə oldu. Ermənistanda da belə bir referendum keçiriləcəyi təqdirdə fərqli bir mənzərə olmayacaqdır. Çünki Rusiya Ermənistan üçün iqtisadi baxımdan önəmlidir. 

Lakin Paşinyanın inzibati rıçaqları da var. Nəzərə almaq lazımdır ki, Ermənistanda Amerika Birləşmiş Ştatlarının ən böyük səfirliyi mövcuddur. Bu səfirlik təkcə siyasi, diplomatik missiyanı deyil, hətta hərbi missiyanı da yerinə yetirir. Ona görə də Ermənistanda ictimai fikrə və mövqeyə Qərbin təsir etmək imkanları  çox genişdir. Bu baxımdan birmənalı cavab vermək də çətindir. Amma bütövlükdə Paşinyan bu dərəcədə Rusiya ilə konfrantasiyaya getməklə özünün siyasi karyerasında, bütövlükdə Ermənistanın gələcəyini də risk altına atır. Bu gün nə Amerika Birləşmiş Ştatları, nə də Avropa İttifaqı Ermənistan iqtisadiyyatında Rusiya qədər təsirli rol oynamaq gücündə deyil. Bu amillər Ermənistanın gələcək ictimai fikrini şəkildəndirəcəkdir”.

Mehin Mehmanqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://moderator.az
archiveBu xəbər 13 Yanvar 2025 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see271

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see228

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see164

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see151

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see136

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see132

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see132

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see129

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see129

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see127

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see127

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri