Icma.az
close
up
RU
Paşinyanın sərt xəbərdarlığından sonra separatçılar başsız, yiyəsiz qalıblar ŞƏRH

Paşinyanın sərt xəbərdarlığından sonra separatçılar başsız, yiyəsiz qalıblar ŞƏRH

Sherg.az saytına istinadən Icma.az xəbər verir.

Paşinyan və separatçılar

İrəvan sülh yolunda radikal düşmənlərlə mübarizə aparır

Ermənistan hökumətinin intensiv təzyiqi nəticəsində ləğv edilmiş separatçı rejimin sonuncu başçısı Samvel Şahramanyan “prezidentliyə namizəd” olmaqdan imtina edib. Bu barədə “Hraparak” qəzeti məlumat yayıb. Erməni nəşrinin məlumatına görə, S.Şahramanyanın “səlahiyyət müddəti” mayın 21-də başa çatıb. Qondarma qurumun “parlamenti” mayın 27-dək “yeni namizəd” irəli sürməli idi, amma nəşrin iddiasına görə, Nikol Paşinyan hökuməti buna imkan verməyib. “Hraparak” qeyd edir ki, S.Şahramanyandan əllərini çəkən separatçılar “yeni namizəd” axtarışında olsalar da, Ermənistan hakimiyyətinin təzyiqi səbəbindən heç kim bu mənasız işin altına girmək istəmir. Nəşrin yazdığına görə, Baş nazir Nikol Paşinyanın təhdidlərini S.Şahramanyan və digər separatçılara çatdıran Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyandır. Xatırladaq ki, Ermənistan parlamentinin sədri Alen Simonyan mayın 27-də separatçıların İrəvandakı fəaliyyətlərinə etiraz edib. Spiker bu cür fəaliyyətlərə Azərbaycandan adekvat cavabların olduğunu söyləyib: “Qarabağ təmsilçiləri (separatçılar) özlərinə “yeni prezident” seçirlər, bəyanatlar verirlər və buna cavab olaraq Azərbaycanın bəyanatlarını eşidirik. Qarabağın nümayəndələri “parlament sədri” seçirlər, Azərbaycan isə bəyan edir ki, mən də gələcəyəm, girəcəyəm və Qərbi Azərbaycanı quracağam”. A.Simonyan vurğulayıb ki, bu bəyanatlar separatçıların atdığı addımlara Azərbaycanın “güzgü cavabı”dır. 


Siyasi şərhçi Əlisahib Hüseynov "Sherg.az"a deyib ki, separatçılar erməni sərsəmliyinin və düşüklüyünün əyani güzgüsüdür. Ekspert vurğulayıb ki, Qarabağ bölgəsində "qəbri" qazılmış separatçı rejimin Ermənistana qaçan qalıqları bu gün də gülünc və biabırçı vəziyyətlərlə üzləşməyə davam edirlər: 

"Ermənistanın Baş naziri Nikol Paşinyan isə bu epizodda düzgün davranaraq separatçı müxalifətə bildirib ki, Zəngəzurda Ermənistan və Azərbaycan arasında mümkün toqquşma baş verərsə, bunun məsuliyyəti təkcə onun deyil, bütün Qarabağ ermənilərinin çiyinlərində olacaq və cəbhə xəttinə ilk Qarabağ erməniləri göndəriləcək. Paşinyanın bu sözlərindən sonra sanki "qurbağa gölünə daş atılıb" və erməni separatizminin əsl riyakar siması bir daha üzə çıxıb. Paşinyanın sərt xəbərdarlığından sonra separatçılar başsız, yiyəsiz qalıblar. Nikol Paşinyan hökumətinin separatçıların "prezidentliyə namizəd" axtarışlarına imkan verməməsi hazırkı situasiyada yeganə düzgün addımdır. Çünki Paşinyan anlayır ki, separatçıların İrəvanda fəallaşması Azərbaycana qarşı ərazi iddialarının gündəmdə saxlanması kimi dəyərləndirilə bilər. Bu isə rəsmi Bakıya haqlı olaraq əsas verir ki, Ermənistana qarşı təzyiqləri artırsın və Paşinyanın sülh çağırışlarının səmimi olmadığını sübut etsin. İrəvan real sülhün tərəfdarıdırsa, həm separatçıları cilovlamalı, həm də katolikos II Qareginin və Köçəryan-Sərkisyanın rəhbərlik etdiyi rusiyayönümlü radikal-millətçi müxalifəti neytrallaşdırıb siyasi səhnədən uzaqlaşdırmalıdır. Bu qüvvələrin sıradan çıxarılması qalıcı sülhün önünü aça bilər. Odur ki, Paşinyan öz ölkəsindəki sülh düşmənlərinə qarşı mübarizədə qətiyyət göstərməlidir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 İyun 2025 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see290

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see259

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see206

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see197

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see189

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see188

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see184

Milli Məclislə Bəhreyn Krallığı Nümayəndələr Şurası arasında anlaşma memorandumu imzalanıb

25 Yanvar 2026 20:58see171

İranlı həkimdən ŞOK SÖZLƏR Etirazlarda öldürülən 1000 nəfərin… KONKRET

25 Yanvar 2026 20:41see155

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see155

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see152

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see151

Azərbaycan Premyer Liqası: Sabah Karvan Yevlax la qarşılaşacaq

25 Yanvar 2026 09:30see150

Trampın Sülh Şurası: BMT yə qarşı siyasi cihad

25 Yanvar 2026 15:28see147

Xabi Alonso Liverpul u çalışdıra bilər

25 Yanvar 2026 16:21see144

SOCAR ın əməkdaşı qəzada öldü Fotolar

25 Yanvar 2026 11:33see143

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see142

2000 dollarlıq ətir və eynəklər alıram

25 Yanvar 2026 17:10see139

Güclü külək, qar, yollar buz bağlayacaq Həftənin ilk iş gününün HAVASI

25 Yanvar 2026 12:44see139

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri