Icma.az
close
up
RU
Paşinyanın “Yerevan dialoqu” yalanları...

Paşinyanın “Yerevan dialoqu” yalanları...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın şərtləri sülhə maneə deyil, legitim addımlardır

Azərbaycan Cənubi Qafqaz regionunun sülh və əməkdaşlıq məkanına çevrilməsi üçün fəal təşəbbüslərlə çıxış edir. Dövlətimizin ərazi bütövlüyünün  və suverenliyinin tam bərpa olunmasından sonra bunun üçün real zəmin mövcuddur. Əlbəttə, hazırkı şəraitdə Cənubi Qafqazın konfrantasiya yox, əməkdaşlıq məkanına çevrilməsində münbit şərait yaranıb. Ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan regionda yeni reallıqların müəllifidir. Məhz yeni reallıqlar da bölgədə sülh və əməkdaşlıq imkanlarını təşviq edir. İndiyədək bu imkanın olmaması Ermənistanın Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlaması idi. Artıq Azərbaycan öz gücünə işğala son qoyub və Ermənistana da sülh sazişi imzalamağı təklif edib. Bu ilin mart ayında isə  tərəflər sülh sazişinin mətninin tam razılaşdırıldığını elan ediblər.

Paşinyan sülh yox, qarşıdurma tərəfdarıdır

Xüsusi vurğulanmalıdır ki, bu razılaşma məhz Azərbaycanla Ermənistan arasında birbaşa danışıqlar nəticəsində əldə edilib. Halbuki beynəlxalq aktorlar - Rusiya, Avropa İttifaqı və ABŞ da tərəflər arasında münasibətlərin normallaşdırılması üçün vasitəçilik edirdilər. Amma onların vasitəçiliyi nəticə vermədi, hər iki ölkə birbaşa danışıqlara üstünlük verərək müsbət nəticəyə nail oldular. Ötən ilin may ayında Azərbaycan və Ermənistan birbaşa danışıqlar sayəsində sərhədlərin delimitasiya və demarkasiyası məsələsində də razılığa gəldilər. Bu razılıq nəticəsində Azərbaycanın Qazax rayonunun işğal altında olan 4 kəndi dinc yolla geri qaytarıldı. Eləcə də iki ölkə arasında dövlət sərhəddinin 13 kilometrlik hissəsi rəsmi olaraq müəyyənləşib.

Təbii ki, bütün bunlar sülh sazişinin imzalanması üçün də yaxşı zəmin yaradır. Ermənistan Azərbaycanın haqlı olaraq irəli sürdüyü iki şərti (Ermənistan konstiutusiyasında dəyişikliklər və ATƏT-in Minsk qrupunun ləğvi) yerinə yetirdikdən sonra sülh sazişini imzalamaq üçün heç bir maneə qalmayacaq. Növbəti mərhələ isə Cənubi Qafqaz üçün yeni perspektivlər açacaq.

Lakin rəsmi İrəvan sülh tərəfdarı olduğunu bəyan etsə də, Azərbaycanın haqlı tələblərini yerinə yetirmək istəmir. Bugünlərdə Ermənistanın baş naziri Nikol Paşinyanın “Yerevan dialoqu” beynəlxalq konfransında səsləndirdiyi fikirlər də bunu bir daha təsdiqləyir. Əslində,  Paşinyan əvvəlki fikirlərini təkrarlayıb. O, yenə də  ATƏT-in Minsk qrupunun ləğvi haqda müraciətin sülh sazişinin imzalanması  ilə eyni vaxtda reallaşmasıni təklif edib. Bu təklifi isə absurd arqumentlə əsaslandırmağa çalışıb. Paşinyanın iddiasına görə, Minsk qrupunun sülh sazişindən əvvəl ləğvi guya Azərbaycanın münaqişəni Ermənistan ərazisinə ixrac etməsinə səbəb ola bilər. Erməni baş nazir “Azərbaycan Ermənistanın suveren ərazisinin 60 faizini “Qərbi Azərbaycan” adlandırmağa başlayıb” deməklə öz iddialarına “haqq qazandırmaq” istəyib. Konstitusiya dəyişikliklərinə gəlincə, Paşinyan yenə də guya bu sənəddə Azərbaycana qarşı ərazi iddialarının olmadığını söyləyib.

XİN: Ermənistan manipulyasiya ilə məşğuldur

Rəsmi Bakının N.Paşinyanın iddialarına cavabı özünü çox gözlətməyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Paşinyanın “İrəvan dialoqu” tədbiri  zamanı təkrarladığı mövqe, Ermənistanın ərazi iddialarını aradan qaldırmaq üçün konstitusiyasında dəyişiklik etməyə və sülh prosesindəki mövcud problemlərin həllinə hazır olmadığını nümayiş etdirməklə yanaşı, bu ölkənin sülhə sadiqliyi ilə bağlı suallar doğurur. Onun sözlərinə görə, Minsk qrupunun rəsmi olaraq ləğvi barədə çağırışları heçə sayaraq, bunun sülh müqaviləsi ilə əlaqələndirilməsi, Ermənistanın regionun reallıqlarına artıq uyğun olmayan bu köhnəlmiş mexanizmi nə üçün bütün üsullarla saxlamağa çalışdığı ilə bağlı suallar yaradır.

A.Hacızadə qeyd edib ki, Minsk qrupunun fəaliyyət sahəsi olan münaqişə həll olunduğuna görə, Azərbaycan haqlı olaraq bu qrupun ləğvini tələb edib: “Bu addımın təxirə salınması Ermənistanın niyyətləri barədə şübhələri artırır. Azərbaycan və Ermənistan arasındakı münaqişə Azərbaycan ərazilərinin Ermənistanın 30 illik işğalından azad edilməsi ilə başa çatdığına baxmayaraq, Minsk qrupunun buraxılmasının “Azərbaycan-Ermənistan münaqişəsini Azərbaycan ərazisində bağlamaq və onu Ermənistanın suveren ərazisinə keçirmək” məqsədi daşıdığı iddiası tamamilə manipulyasiyadır. Ermənistan belə bir mövqe ilə münaqişənin bitmədiyinə və Minsk qrupunun saxlanılmalı olduğuna işarə edir”.

Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur

XİN rəsmisi vurğulayıb ki, Paşinyanın Qərbi Azərbaycan barədə fikirləri faktların təhrif edilməsi və demək olar ki, Ermənistan əhalisinin əksəriyyətini təşkil etmiş azərbaycanlıların ayrılmaz hüquqlarının açıq şəkildə inkar edilməsidir: “Qərbi Azərbaycan İcmasına dair istinadlar ərazi iddiaları kimi qəbul edilməməlidir. Qərbi Azərbaycan məsələsi insan hüquqları mövzusudur və Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh, təhlükəsizlik və ləyaqətli şəkildə geri qayıtmasını təmin etmək məqsədi daşıyır”.

Kommunikasiya marşrutlarının açılması məsələsinə gəldikdə, A.Hacızadə deyib ki, Azərbaycanın maneəsiz tranzit barədə mövqeyi regional əməkdaşlıq və iqtisadi inteqrasiya ilə uyğundur və heç bir şəkildə Ermənistanın suverenliyinə hörmətsizlik kimi qiymətləndirilə bilməz: “Ermənistanın müqaviməti və mürəkkəb tranzit marşrutları təklif etməsi irəliləyişi ləngidir və regional əməkdaşlığın əhəmiyyəti haqqında bəyanatlara ziddir. Davamlı sülhə nail olmaq üçün Ermənistan öz konstitusiyasında ərazi iddialarını aradan qaldırmaqla müvafiq dəyişiklik etməli və Minsk qrupunun heç bir şərt olmadan buraxılmasını dəstəkləməlidir. Azərbaycanın şərtləri maneələr deyil, regional sülh və sabitliyi təmin etmək üçün legitim addımlardır”.

Nardar BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 28 May 2025 11:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see738

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see543

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see305

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see287

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see274

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see271

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see267

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see267

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see259

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see223

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see202

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see193

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see191

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see187

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see186

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see185

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see185

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see180

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see175

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri