Icma.az
close
up
RU
Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər

Paşinyanın Vaşinqton yalanları: Təkzibedilməz dəlillər

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsinin mətnində razılaşdırılmamış iki bənddən birinin hüquqi strukturlarda qarşılıqlı şikayətlərlə bağlı olduğunu bildirib. 

“Cebheinfo.az”-ın məlumatına görə, Paşinyan bu barədə Vaşinqtonda Atlantika Şurasının direktoru Con Herbstin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, 17 bənddən 15-i barədə razılıq əldə olunsa da, ikisi mübahisəli qalır. 

Bunlardan biri Ermənistandakı Avropa müşahidə missiyasının Azərbaycanla şərti sərhəddən çıxarılması ilə bağlıdır. Digəri isə Azərbaycanın və Ermənistanın beynəlxalq məhkəmələrdə bir-birinə qarşı məhkəmə iddiasından imtina etməsinə dair təklifi nəzərdə tutur.

“İdeya bütün bu şikayətləri ləğv etməkdən ibarətdir. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik. Amma təklifimiz ondan ibarətdir ki, nəinki bu şikayətlər ləğv edilsin, həm də ikitərəfli münasibətlərdə bu məsələlər gündəmə gətirilməsin. Əks halda, qəribə bir vəziyyət yarana bilər. 

Tutaq ki, hansısa məsələ beynəlxalq strukturun məhkəməsində baxılmaqdan çıxarılır. Lakin tərəflərdən biri bu məsələni ikitərəfli münasibətlərdə masaya çıxarmağa çalışır və tərəflərdən birinin bu məsələdən istifadə etməsi eskalasiyaya səbəb ola bilər. Belə olan halda artıq bu iddianı beynəlxalq strukturlara ötürmək mümkün olmayacaq. 

Biz də bu fikrin əleyhinə deyilik. Biz təklif edirik ki, münaqişə ilə bağlı gələcək müzakirələrə son qoyulsun və yeni, təmiz səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni dövr açılsın. Əgər fikir vermisinizsə, bu, o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. 

Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşıblar. Biz razılaşdıq ki, elə bir vəziyyət olsun ki, Ermənistan və Azərbaycan bir-birinə ərazi iddiası irəli sürməsin və gələcəkdə də belə iddialarla çıxış etməyək. 

Bu, əslində gələcək sülhün təməl daşıdır və hər şey onun ətrafında razılaşdırılır. Bunu niyə deyirəm? Ona görə ki, bu, indi sülhün əvvəlkindən daha yaxın olduğuna dəlalət edir. İndi yalnız sülh müqaviləsi layihəsini yekunlaşdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq üçün siyasi iradə lazımdır”,-deyə Ermənistanın Baş naziri bildirib. 

Qeyd edək ki, Nikol Paşinyanın açıqlamasında həqiqəti əks etdirməyən fikirlər yer alıb. İlk növbədə, Paşinyan beynəlxalq strukturlarda tərəflərin bir-birinə qarşı məhkəmə iddiasından imtina etməsini mühüm şərtlərdən biri kimi irəli sürür. Rəsmi İrəvan bununla Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın Ermənistana qarşı məhkəmə iddiasından və təzminat davasından geri çəkilməsinə nail olmaq niyyəti güdür. 

Yəni Ermənistan sülh razılaşmasına imza atmaqla işğal dövründə törədilmiş cinayətlərə görə məhkəmə məsuliyyətindən yayınmağa çalışır. Ermənistanın özünün isə Azərbaycana qarşı məhkəmə iddiası qaldırmaq üçün hər hansı hüquqi əsası yoxdur. Çünki bu prosesdə yeganə zərər çəkən tərəf Azərbaycandır. 

Paşinyanın çıxışındakı digər yalan məqam Ermənistanın Azərbaycana qarşı ərazi iddiasının olmaması barədə razılaşma ilə bağlıdır. Ermənistan konstitusiyasının preambula hissəsində istinad edilən Müstəqillik Bəyannaməsində Azərbaycana qarşı ərazi iddiası qalır. Yəni orada Qarabağ Ermənistan ərazisi kimi qeyd edilir. 

Azərbaycanın bütün tələblərinə baxmayaraq, Paşinyan hökuməti referendumdan yayınır və konstitusiyaya dəyişikliyi qəbul etmir. Sülh müqaviləsinin mətnindəki mübahisəli qalan iki bənddən birincisi məhz konstitusiyaya dəyişikliklə bağlıdır. Paşinyan isə açıqlamasında diqqəti digər məsələlərə yönlətməklə bunu gizlətməyə çalışıb. Həmçinin, Ermənistan hazırda Azərbaycanın dörd anklav kəndini işğal altında saxlayır. Bu da Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin pozulması deməkdir. 

Beləliklə, Ermənistan 2022-ci il oktyabrın 6-da Azərbaycanla ərazi bütövlüyünün qarşılıqlı tanınmasına dair imzalanmış Praqa Bəyannaməsini pozub. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 Fevral 2025 18:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see559

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see298

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see288

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see283

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see277

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see276

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see271

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see249

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see243

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see238

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see236

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see229

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see224

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see224

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see224

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see219

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see218

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see217

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see215

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri