Icma.az
close
up
RU
Paşinyanla bağlı şok iddia: Kanadada 17 milyona dəbdəbəli villa alıb VİDEO

Paşinyanla bağlı şok iddia: Kanadada 17 milyona dəbdəbəli villa alıb VİDEO

Icma.az bildirir, Bakupost portalına istinadən.


Ermənistanın baş Baziri Nikol Paşinyanın Kanadada 17 milyon dollara dəbdəbəli bir malikanə aldığı iddia olunur.

Bakupost.az xəbər verir ki, bu barədə "Times of Canada" nəşri məlumat yayıb.

Nəşrin yazdığına görə, Sent-Corc malikanəsi fransız qəsri üslubunda tikilib və Toronto şəhər mərkəzindən cəmi 35 dəqiqəlik məsafədə yerləşir. Rəsmi mülkiyyət sənədlərinə əsaslanan məlumata görə, malikanə 2024-cü ilin sonunda 17,1 milyon dollara satılıb. İlk baxışdan bu, Kanadanın elit daşınmaz əmlak bazarında adi bir satış kimi görünsə də, nəşrin aylarla apardığı araşdırma göstərib ki, alıcı ofşor şirkət əslində Ermənistanın Baş naziri Nikol Paşinyan üçün yaradılmış gizli vasitəçi qurumdur.

Sent-Corc malikanəsi adi yaşayış evi üçün demək olar ki, ağlasığmaz ölçülərə malikdir. 2600 kvadrat metr sahəsi olan bu villada 6 yataq otağı, 10 hamam otağı, qapalı hovuz, ev fitnes zalı və 5 avtomobillik qaraj var. Qeyd olunur ki, bu mülk məşhur "The Boys" serialının üçüncü mövsümünün çəkilişləri üçün istifadə olunub. Əmlak 2024-cü ilin sentyabr ayının sonunda, Paşinyanla Kanadanın Baş naziri Castin Trüdonun Parisdəki görüşündən bir həftə əvvəl satın alınıb.

Əsas vasitəçi kimi satış sənədlərində Arsinə Xandjyan adlı şəxs göstərilir. O, Kanadada yaşayan erməni əsilli aktrisa və vətəndaş hüquqları fəalıdır. Onun ailəsi 1915-ci ildə Osmanlı imperiyasını tərk etmiş ermənilərdəndir. Xandjyan 2018-ci ildə Paşinyanı hakimiyyətə gətirən "məxməri inqilab"ın fəal tərəfdarlarından biri olub. İnqilabdan sonra Paşinyan ona və həyat yoldaşına Ermənistan vətəndaşlığı verib.

"Times of Canada" yazır ki, indisə o, artıq sadəcə ictimai dəstəkçi yox, Paşinyanın etibarlı adamına çevrilib.

"Kanadanın daşınmaz əmlak dairələrindəki mənbələr təsdiqləyib ki, Paşinyan adından məhz Xandjyan vasitəçi kimi çıxış edib, hüquqşünaslar tutaraq ofşor şirkət yaradıb, satıcının agentləri ilə əlaqəni özü qurub və bütün sənədləşməni elə təşkil edib ki, izlər birbaşa İrəvana aparmasın.

Müxalifət lideri olduğu dövrdə Paşinyan korrupsiya və oliqarx sisteminə qarşı çıxırdı. Onun siyasi kimliyi yeni, ədalətli və xalqa yönəlmiş Ermənistan vədi üzərində qurulmuşdu. İndi isə sual yaranır: bu 17,1 milyon dolların mənşəyi haradandır və Paşinyan rəsmi şəkildə heç vaxt getmədiyi Kanadada bu qədər dəyərli əmlakı niyə alıb? – deyə nəşr sual edib.


Aysel,

BakuPost



Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 11 Sentyabr 2025 13:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri