Paulo Dibala PSJ yə baş tutmayan transferindən danışdı
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İtaliyanın “Roma” klubunun futbolçusu Paulo Dibala vaxtilə Fransanın PSJ klubuna keçməyə yaxın olduğunu açıqlayıb.
İdman.Biz xəbər verir ki, argentinalı hücumçu UEFA Çempionlar Liqasında Paris təmsilçisi ilə qarşılaşma öncəsi baş tutmayan transferindən və rəqibin gücündən danışıb.
“PSJ-yə keçməyə çox yaxın idim. Heç bir peşmanlığım yoxdur. Hazırda onlar, şübhəsiz, Avropanın ən yaxşı komandasıdırlar. Möhtəşəm məşqçinin rəhbərliyi altında inanılmaz futbolçularla təsirli sabitlik nümayiş etdirirlər”, - deyə Dibala qeyd edib.
Argentinalı futbolçu Luis Enrikenin formalaşdırdığı oyun sistemini də yüksək qiymətləndirib.
“Futbolçular sanki gözüyumulu oynayırlar, komanda maksimum sürətlə hərəkət edir. Hücumçular və cinah oyunçuları dərhal boşluq yaradırlar. Onlara sərbəstlik versəniz, sizi dərhal cəzalandıracaqlar.
Rəqibə hörmət etməliyik. Onların gücünü yaxşı bilirik, amma heç kimdən qorxmamalıyıq. Komanda yoldaşlarıma, məşqçimizə və hazırlığımıza tam güvənirəm. Güclü komanda olduğumuzu göstərmişik”, - deyə Dibala bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 25 Noyabr 2026 09:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















