Icma.az
close
up
RU
Pavlodarda azərbaycanlı uşaqlar arasında milli özünüdərketmə hissi necə gücləndirilir? müəllimlə müsahibə

Pavlodarda azərbaycanlı uşaqlar arasında milli özünüdərketmə hissi necə gücləndirilir? müəllimlə müsahibə

Icma.az bildirir, Azertag portalına istinadən.

Astana, 14 sentyabr, AZƏRTAC

Pavlodardakı Dostluq Evində K.B.Darjuman adına Milli Dirçəliş Məktəbinin Azərbaycan bölməsi fəaliyyət göstərir. Burada azərbaycanlı ailələrdən olan uşaqlar ana dilini öyrənmək, öz xalqının adət-ənənələri və mədəniyyəti ilə tanış olmaq imkanı əldə edirlər. AZƏRTAC-ın xüsusi müxbiri bu bölmədə vaxtilə tədris aparmış Elmira Zeynalova ilə hər şeyin necə başladığı və bu gün Azərbaycan sinfinin necə inkişaf etdiyi barədə söhbət edib.

- K.B.Darjuman adına Milli Dirçəliş Məktəbinin Azərbaycan bölməsi haqqında məlumat verərdiniz.

- Azərbaycan bölməsi açılanda artıq məktəbdə bir neçə digər milli bölmə var idi. Qarşımızda başqalarından geri qalmamaq üçün məktəbin Azərbaycan bölməsini layiqli səviyyəyə çatdırmaq vəzifəsi dayanmışdı. Biz çox qısa müddətdə buna nail olduq. İlk dərsimizi cəmi iki şagirdlə keçirmişiksə, dərs ilinin sonuna qədər artıq otuz dörd uşaq var idi. Uşaqlar buraya böyük həvəs və öyrənmək istəyi ilə gəlirdilər. Onlar Azərbaycan dilini asanlıqla mənimsəyirdilər.

- Bölmədə tədris hansı istiqamətlər üzrə aparılır?

- Azərbaycan dili, oxuma, ədəbiyyat və ölkəşünaslıq. Şagirdlər mütləq şəkildə Azərbaycan xalqının adət-ənənələri ilə tanış olurlar. Xoreoqraflarla ayrı-ayrılıqda dərslərimiz olub – Azərbaycan deyil, yerli olanlarla. Məktəbin xoreoqrafları Azərbaycan rəqsləri və vokal dərsləri keçirdilər. Lakin materialları, təbii ki, Azərbaycan bölməsinin müəllimi təqdim edib. Yəni, xoreoqraf üçün lazım olan materialları hazırlayırdıq və o isə öz peşəkarlığından istifadə edərək rəqsləri səhnələşdirirdi.

- Dərslər həftədə neçə dəfə olur?

- Məktəbin özü həftədə beş gün işləyir, dərslər axşam saat üçdən beşə və ya altıya qədərdir. Uşaqlar ümumtəhsil məktəbindən sonra və ya şənbə günü gəlirlər. Şənbə günü ümumtəhsil məktəblərində dərs olmadığı üçün əsas şagird axını məhz həmin gün olur. Həftədə iki dəfə dərslərdə iştirak etmək məsləhətdir. Uşaq daha tez-tez gələ bilirsə, daha yaxşıdır.

- Siz şöbənin yaradılmasının başlanğıcında və onu açanlar arasında olmusunuz?

- Xeyr. Amma məhz mənim gəlişimlə Azərbaycan sinfi işə başladı, çünki müəllim yox idi. Uzun müddət münasib müəllim axtarırdılar. Onlara həm rus, həm də Azərbaycan dilini bilən müəllim lazım idi. Ona görə də məni bu vəzifəyə tövsiyə etdilər.

Azərbaycan bölməsinin yaradılmasında məqsəd sadə deyildi, çünki burada yaşayan uşaqlar və onların Qazaxıstanda doğulub boya-başa çatan valideynləri Azərbaycanı heç vaxt görməyiblər. Onlar evdə öz ana dilində danışmırlar - az adam Azərbaycan dilini bilir. Məqsədim onlara ana dilini öyrətmək, Azərbaycanın mədəniyyəti, adət-ənənələri ilə tanış etmək, onlarda öz əcdadlarının vətəninə məhəbbət aşılamaq idi ki, onlar da Azərbaycanı mənim sevdiyim qədər səmimiyyətlə sevsinlər.

- Sinfinizdə əldə etdiyiniz biliklərin məzunlara həyatda necə kömək etdiyinə dair konkret misal göstərə bilərsinizmi?

- Elə bu yaxınlarda bölməmizin birinci buraxılış sinfindən olan keçmiş qız şagirdim ailəsi ilə Türkiyədə istirahət edirdi. İstirahət zamanı digərlərində dil problemi yarandı. O isə türklərlə dialoq qurdu. Onu mükəmməl başa düşdülər və təbii ki, onlara lazımi kömək göstərdilər.

- Sizcə, uşaqların öz doğma mədəniyyətini daha yaxşı başa düşməsi üçün nə etmək lazımdır?

- Azərbaycana səfərlər təşkil etmək lazımdır. Burada hər il vətənə səfər edən ailələr var, Azərbaycanda heç vaxt olmayan ailələr də var, onların orada qohumu yoxdur. Belə ailələrdən olan uşaqların Azərbaycana ekskursiyaya aparılması arzuolunandır ki, onlar, nəhayət, tarixi vətənlərini olduğu kimi görə bilsinlər. Hələlik onlar onu yalnız hekayələrimdən bilirlər.

- Burada dünyaya gələn uşaqlar Azərbaycan dilini nə dərəcədə həvəslə öyrənirlər?

- Böyük istəklə! Azərbaycan tədbirləri - toylar, yubileylər, digər şənliklər keçiriləndə uşaqlar yaxınlaşıb mənimlə Azərbaycan dilində danışmağa çalışırlar. Onlar Azərbaycanca salamlaşır, xatırladıqları müxtəlif ifadələr işlədirlər. Onlar dilimizə, mədəniyyətimizə meyillidir, onu ürəkdən sevirlər. Bu keyfiyyətləri onlarda daha da inkişaf etdirmək lazımdır.

- Məktəbdə işlədiyiniz illər ərzində xüsusilə yaddaqalan bir hadisədən bəhs edə bilərsinizmi?

- Bir qız uşağı məktəbdə Mirzə Ələkbər Sabirin Azərbaycan dilində “Uşaq və buz” şeirini öyrənib. Evə gələndə belə bir mənzərə ilə üzləşir: babasına sistem qoşulub, yanında isə təcili yardım həkimləri var. O, babasına yaxınlaşdı, qucaqladı və sakitcə bu şeiri qulağına oxudu. Əlbəttə ki, babanın gözləri yaşla doldu - nəvəsindən ana dilini eşitdi, həm də poetik formada. Yəni, bu cür dərslərin keçirilməsi milli özünüdərketmə hissini gücləndirir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Sentyabr 2025 18:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri