Payız mövsümündə Balakəndə 9 mindən çox həmişəyaşıl ağac əkilib AZƏRTAC
Icma.az bildirir, Azertag portalına istinadən.
Balakən, 24 dekabr, Mustafa Dadaşov, AZƏRTAC
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Balakən rayonunda ağacəkmə aksiyaları davam etdirilir. Aksiya çərçivəsində payız mövsümündə rayon ərazisində yaşıllıqların artırılması məqsədilə 9176 ədəd həmişəyaşıl şam ağacı əkilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyətindən məlumat verilib.
Bildirilib ki, keçirilən son iməcilikdə Yevlax-Zaqatala-Gürcüstan dövlət sərhədi avtomobil yolunun Katex kəndindən keçən hissəsində 160 ədəd həmişəyaşıl şam ağacı əkilib. Yeni əkilən ağaclara aqrotexniki qaydada qulluq göstərilib.

Şəkidə 27 mindən çox ağac əkilib AZƏRTAC
24 Dekabr 2024 17:42
Samuxda 2000 ədəd müxtəlif növ həmişəyaşıl ağac əkilib AZƏRTAC
23 Noyabr 2024 14:01
Naxçıvanda on beş gündə 11 mindən çox ağac əkilib AZƏRTAC
18 Noyabr 2024 10:26
Tovuzda ötən il ərzində 11 mindən çox ağac əkilib AZƏRTAC
16 Yanvar 2025 16:59
İmişlidə 11 mindən çox ağac əkilib FOTOLAR
15 Dekabr 2024 18:22

