Ceyms Bond bəlli oldu Daniel Kreyqi bu aktyor əvəz edəcək Video
Bizim media portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Britaniyalı aktyor Robert Pattinson məşhur “Ceyms Bond” filminin 26-cı filmində baş rolu canlandıracaq. O, agent 007 obrazında Daniel Kreyqi əvəz edəcək.
Bizim.Media xəbər verir ki, bu barədə filmin rəsmi “007” hesabında qısa videoçarx yayımlanıb.
Videoda Pattinson agent obrazında təqdim olunub və çarx “Ceyms Bond qayıdacaq” ifadəsi ilə yekunlaşıb.

“Alatoranlıq” və “Betmen” filmlərinin 40 yaşlı ulduzu yeni rolunu böyük şərəf hesab etdiyini bildirib. Aktyor agent 007 obrazını canlandırmaq imkanının onun həyatında xüsusi yer tutduğunu və yeni film üzərində işə başlamağı səbirsizliklə gözlədiyini deyib.
Dünya kinosunun ən məşhur casus obrazı Ceyms Bondun 26-cı filminin rejissoru “Dune” və “Blade Runner 2049” ekran əsərləri ilə tanınan Deni Vilnöv olacaq. Ssenari isə “Kəskin papaqlar” serialının yaradıcısı Stiven Nayt tərəfindən yazılacaq.
Vilnöv yeni baş rol ifaçısını alqışlayaraq Pattinsonun Ceyms Bond obrazına xas zamansız xarizmaya malik olduğunu və personaja tamamilə yeni çalarlar gətirə biləcəyini bildirib. Hələlik filmin adı və premyera tarixi açıqlanmayıb. İlkin məlumata görə, çəkilişlərə 2027-ci ildə başlanıla bilər.
Qeyd edək ki, filmin 60 ildən artıq tarixində Ceyms Bond obrazını indiyədək altı aktyor canlandırıb: Şon Konneri, Corc Leyzenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan və Daniel Kreyq.
Pattinson bir neçə ay davam edən müzakirə və kastinq prosesindən sonra əfsanəvi rolun yeni ifaçısı seçilib. Namizədlər arasında Nikolas Holt, Kallum Törner, Cek Louden və Coş O'Konnorun da adları hallanırdı.

Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 16 Noyabr 2026 21:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















