Icma.az
close
up
RU
“Payızda insanların depressiyada olması normal haldır” Psixoloq

“Payızda insanların depressiyada olması normal haldır” Psixoloq

Icma.az, Azxeber.com saytına istinadən bildirir.

Havaların soyuması ilə insanların psixoloji durumunda dəyişikliklər müşahidə olunmağa başlayır. Günlərin qısalması və temperaturun enməsi bir çox insanda əhval düşkünlüyü və yorğunluq hissi yaradır. 

Psixoloq Nabat Mirzəyeva AZXEBER.COM-a açıqlamasında deyib ki, yay fəslində hər bir insan istirahətə alışır və yeni mövsümə adaptasiyada problem yaranır:

"İnsanlar sosial həyatda daha aktiv olur, kütləvi tədbirlərdə iştirak edir, tətilə çıxır. Çoxları məzuniyyətlərini də məhz bu aylara salır. Buna görə yay ayları onlar üçün iş rejimindən kənar, rahatlıq dövrü kimi qəbul edilir. Lakin yay fəslinin bitməsi və payızın gəlməsi ilə birlikdə təhsil müəssələri və iş yerləri açılır. Bu da hər kəs üçün yeni bir mərhələnin başlanğıcı deməkdir. Sanki istirahət dövrü başa çatır və insanlar yenidən iş və dərs tempinə qayıdır. Bu isə bir çoxlarında sıxıntı, gərginlik və darıxma hissi yaradır”.

O qeyd edib ki, payızda yaranan bu hal müəyyən qədər bioloji səbəblərlə də bağlıdır:

"Günəş işığının azalması serotonin hormonunun ifrazını zəiflədir, bu da əhvalın enməsinə səbəb olur. Sadə dillə desək: az işıq – az serotonin deməkdir. Nəticədə bəzi insanlarda depressiv hallar müşahidə olunur. Günlərin qısalması isə melatonin hormonunun artmasına gətirib çıxarır, bu da yuxunun çoxalmasına, bədənin yorğun və əzgin hiss etməsinə gətirib çıxarır”.

Psixoloq bildirib ki, əhval-ruhiyyəmizi fəsillər deyil, biz özümüz idarə etməliyik:

"İstər yaz və yay, istər payız və qış – əgər biz hədəflərimizə doğru irəliləyiriksə, sevdiklərimiz yanımızdadırsa, hər fəsildə xoşbəxt ola bilərik. Bununla belə, payızda  depressiyasının mövcudluğu normal haldır. Sadəcə xatırlamalıyıq ki, hər payızın öz yazı, hər qışın isə öz yayı var”.

Şahanə Ziyad

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 25 Sentyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see337

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see299

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see293

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see290

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see282

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see275

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see272

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see261

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see251

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see240

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see239

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see234

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see230

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see219

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see214

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see214

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see205

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see204

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see192

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri