Icma.az
close
up
RU
Payızda günəş şüalarının azalması xoşbəxtlik hissinin zəifləməsinə gətirib çıxarır Psixoloq

Payızda günəş şüalarının azalması xoşbəxtlik hissinin zəifləməsinə gətirib çıxarır Psixoloq

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

Artıq payız fəslindəyik - yağışın, küləyin bizə qucaq açdığı, günəşin isə yavaş-yavaş sağollaşdığı bir mövsüm gəlib çatıb. Lakin hər kəs üçün bu fəsil romantik ab-hava gətirmir. Bəzi insanlar məhz payızın boz və sərin günlərinin onların əhval-ruhiyyəsini aşağı saldığını, depressiyaya səbəb olduğunu bildirirlər.

Bəs niyə payız aylarında bir çox insanlarda depressiya yaranır?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən psixoloq Nabat Mirzəyeva bildirdi ki, yay fəslində tətil ab-havası hökm sürdüyünə görə insanlar istirahətə gedir, məzuniyyət götürərək özlərinə zaman ayırırlar.

"Demək olar ki, hər kəs yay aylarında bir növ özünə vaxt ayırmaq imkanı tapır. Həmçinin məktəblər də bağlanır, şagirdlər və tələbələr tətilə çıxırlar. İnsanların əksəriyyəti məhz yayda dincəlirlər. Lakin həmin istirahətin sona çatması və payıza, daha sonra isə qışa, soyuq havalara doğru keçid bəzi insanlarda depressiya yaradır. Günəş işığı normalda serotoninin artmasına səbəb olur. Ümumiyyətlə, fəsillər hormonal dəyişikliklərlə insanın düşüncəsinə, əhvalına və özünü hiss etməsinə təsir göstərir. Düzdür, bu, hər kəsə aid deyil, lakin bir çox insan bu dəyişiklikdən təsirlənir. Günəş işığı serotonin hormonunun səviyyəsini artırdığı üçün insan özünü xoşbəxt hiss edir. Payız gələndə günlərin qısalması və günəş şüalarının azalması həmin xoşbəxtlik hissinin zəifləməsinə gətirib çıxarır. Yəni tətillərin bitməsi, gün işığının azalması, payızın soyuq və yağışlı havalarının başlaması insanlara təsir edir", - deyə müsahibimiz əlavə etdi.

Onun sözlərinə görə, qaranlığın artması melatonin hormonunun ifrazını gücləndirir:

"Melatoninin çoxalması isə yuxululuq, halsızlıq və yorğunluq yaradır. Bununla yanaşı, iş rejiminin bərpası, məktəblərin açılması, tələbələrin dərslərə başlaması da depressiv hallar üçün zəmin yaradır.

Ümumilikdə günlərin qısalması insanın bioloji saatını pozur. Bədən günlərin azaldığını hiss edir və bu hormonal təsirlər nəticəsində enerji səviyyəsi ilə psixoloji durum arasında dəyişiklik yaranır. Yay aylarında insanlar daha çox sosiallaşır, birlikdə pikniklər edir, toplaşır, lakin payızda hər kəs evinə çəkildiyi üçün ab-havada müəyyən eniş hiss olunur və bu da depressiya ilə müşayiət oluna bilir. Əlbəttə, bu vəziyyət insandan insana dəyişir. Hər fəsil öz gözəlliyini daşıyır. Sağlamlıq, yaxınların yanında olması, iş və inkişaf üçün məqsədlərin mövcudluğu insanın həyatına dəyər qatır. Belə olduğu halda, yazda, yayda, payızda və ya qışda nailiyyət əldə etməyin qarşısında heç bir maneə durmur".

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:38
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Sentyabr 2025 17:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see300

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see242

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see229

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see218

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see185

İcbari tibbi sığorta özünü doğrulda bilmədi AÇIQLAMA

28 Dekabr 2025 15:30see172

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see165

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see164

Rusiya orbitə 50 dən çox peyk buraxdı...

29 Dekabr 2025 01:36see159

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see158

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see156

Tramp bu gün Zelenski ilə Donbas və Zaporojye AES məsələlərini müzakirə edəcək FOTO

28 Dekabr 2025 16:18see151

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see150

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see149

Moldovada da “Rus Evi” bağlanır Azərbaycan bu addımı ilin əvvəlində atıb

28 Dekabr 2025 20:46see147

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see147

Bakı sakinlərinə ŞAD XƏBƏR: Tarqovı nın ərazisi böyüdülür (FOTO)

29 Dekabr 2025 04:20see144

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinə rəis təyin edilib

29 Dekabr 2025 03:50see143

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see142

Belarus qapıçı Azərbaycanda rekorda imza atıb

28 Dekabr 2025 16:54see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri