Icma.az
close
up
RU
Terapevtdən elektron siqaretlə bağlı XƏBƏRDARLIQ

Terapevtdən elektron siqaretlə bağlı XƏBƏRDARLIQ

Milli.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Elektron siqaretə münasibətdə cəmiyyətdə yanlış bir təsəvvür formalaşıb. Bir çox insan düşünür ki, adi siqaret daha zərərlidir və elektron siqaretə keçməklə zamanla siqareti tamamilə tərgitmək mümkün olacaq. Bu yanaşma səbəbindən elektron siqaretlərdən istifadə halları artmaqdadır. Lakin elektron siqaretlər də adi siqaretlər qədər zərərli hesab olunur".

Bu fikirləri terapevt Həbib Sahratov Milli.Az-a açıqlamasında bildirib.

Onun sözlərinə görə, adi siqaret tütün məmulatından hazırlanır və yanma prosesi zamanı nikotin turşusu, eləcə də karbon monoksid kimi zərərli maddələr əmələ gəlir. Bu maddələr tüstü ilə birlikdə orqanizmə daxil olur və əsas zərəri də məhz bu komponentlər törədir.

H.Sahratov nəzərə çatdırıb ki, uzunmüddətli istifadə damar divarlarında ateroskleroz prosesinin yaranmasına, eləcə də tənəffüs yolları və mədə-bağırsaq sistemi daxil olmaqla müxtəlif onkoloji xəstəliklər üçün zəmin yaradır.

Elektron siqaretlərdə isə mexanizminin fərqli olduğunu deyən terapevt əlavə edib ki, burada tütün deyil, tərkibində müxtəlif kimyəvi maddələr olan maye istifadə olunur. Bu mayenin qızdırılması nəticəsində nikotin və digər kimyəvi birləşmələr yaranır.

Mütəxəssis vurğulayıb ki, bəzi hallarda nikotinin miqdarı adi siqaretlə müqayisədə daha az olsa da, bu, elektron siqaretlərin zərərsiz olduğu anlamına gəlmir:

"Əksinə, elektron siqaretlərin tərkibində karsinogen xüsusiyyətə malik maddələr mövcuddur ki, bu da gələcəkdə tənəffüs yollarında və ümumilikdə orqanizmdə onkoloji xəstəliklərin yaranma riskini artırır".

H.Sahratovun dediyinə görə, elektron siqaretlərin yaratdığı sağlamlıq riski adi siqaretlərlə müqayisədə demək olar ki, eynidir:

"Hər iki məhsul zərərli vərdişlər sırasına daxildir və uzun müddət istifadəsi damar xəstəlikləri və onkoloji xəstəliklərin yaranmasında əsas risk faktorlarından biri hesab olunur".

Mina Mikayılova
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 19 Dekabr 2025 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1043

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see441

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see348

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see345

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see247

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see239

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see235

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see231

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see229

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see223

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see212

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see210

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see203

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see196

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see189

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see185

Milyonlarla manat dəyəri olan əmlaklar satışa çıxarıldı SİYAHI

10 Oktyabr 2026 15:33see182

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see180

Avtobuslarda “buxarlanan” pullar, cibə ziyan vuran nasazlıq... RƏSMİ AÇIQLAMA

10 Oktyabr 2026 17:17see178

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see177
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri