Payızda idman edənlərə vacib XƏBƏRDARLIQ
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Payız aylarında idman zamanı ürək-damar problemləri riskini azaltmaq üçün müəyyən qaydalara əməl etmək tövsiyə olunur.
Redaktor.az xəbər verir ki, bu barədə həkim Elvira Xaçirova “Championat” nəşrinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, payızda idmana başlamazdan əvvəl 5-10 dəqiqə isinmək, ürək döyüntülərini tədricən artırmaq vacibdir. Bu, stenokardiya tutmaları, ürək ritminin pozulması və hipertonik böhran riskini azaltmağa kömək edir.
Mütəxəssis soyuq havada məşq üçün ən təhlükəsiz idman növləri sırasında sürətli gəzinti, hovuzda üzmə, xizək sürmə və orta templə Skandinaviya yerişini qeyd edib.
Həkim həmçinin sinə ağrısı və ya narahatlıq, soyuq tər, ürək döyüntülərində nizamsızlıq hiss edildikdə idmanı dərhal dayandırmağı tövsiyə edib.
Xaçirova günün orta saatlarında idman etməyin və soyuq havada qat-qat geyinməyin də vacibliyini vurğulayıb.
Aytəkin TOFİQQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:56
Bu xəbər 02 Noyabr 2026 08:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















