Icma.az
close
up
RU
Payızda oynaq ağrıları niyə artır? Həkimdən vacib xəbərdarlıq

Payızda oynaq ağrıları niyə artır? Həkimdən vacib xəbərdarlıq

Qaynarinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Havaların soyuması və temperaturun tez-tez dəyişməsi bəzi insanlarda oynaq ağrılarının daha qabarıq hiss olunmasına səbəb ola bilər. Xüsusilə artrit, artroz və digər dayaq-hərəkət sistemi problemləri olan şəxslər payız aylarında ağrı, sərtlik və hərəkət məhdudiyyətindən daha çox şikayət edə bilərlər.

Bəs hava dəyişiklikləri oynaq xəstəliklərini həqiqətən aktivləşdirirmi? Payız aylarında oynaq problemi yaşayan insanlar nələrə diqqət etməlidirlər və hansı hallarda həkimə müraciət etmək vacibdir?

Terapevt Nərminə Abbasova Qaynarinfo-ya açıqlamasında bildirib ki, xroniki oynaq xəstəlikləri olan bəzi pasiyentlərdə havaların soyuması ilə şikayətlər arta bilər:

“Bu, bütün insanlarda eyni şəkildə baş vermir. Lakin xroniki xəstəliyi olan şəxslərdə soyuq havaların başlaması ilə şikayətlərin, o cümlədən oynaq ağrılarının və hərəkət məhdudiyyətinin artması müşahidə oluna bilər. Belə hallarda diz, boyun, onurğa, əl, bilək və çiyin nahiyələrində ağrılar daha çox hiss edilə bilər.

Bunun səbəbi yalnız hava dəyişiklikləri deyil. Orqanizmdə mövcud olan iltihabi proseslər də simptomların artmasına təsir göstərə bilər. Eyni zamanda, hər hansı infeksion və ya virus xəstəliyinin keçirilməsi də bəzi insanlarda oynaq şikayətlərinin artmasına səbəb ola bilər. Hətta infeksiya yüngül keçsə belə, sonrakı dövrdə oynaq ağrıları və digər əlamətlər müşahidə oluna bilər”.

Həkim qeyd edib ki, hər oynaq ağrısını revmatizm və ya revmatoid artrit kimi qiymətləndirmək düzgün deyil:

“Oynaq xəstəlikləri müxtəlif nahiyələrdə və fərqli əlamətlərlə özünü göstərə bilər. Bəzi sistem xəstəlikləri də ilk olaraq oynaq ağrısı ilə üzə çıxa bilər. Yaş artdıqca, xüsusilə diz oynaqlarında degenerativ dəyişikliklər meydana gələ bilər. Bu zaman oynaq strukturlarında dəyişikliklər ağrı, sərtlik və hərəkət məhdudiyyəti yarada bilər”.

Nərminə Abbasovanın sözlərinə görə, oynaq şikayətləri artan şəxslər özbaşına müalicəyə başlamamalıdır:

“Bu, xəstəliyin ilkin əlaməti də ola bilər, xroniki xəstəliyi olan şəxslərdə əvvəlki infeksiyaların və digər xəstəliklərin təsiri ilə şikayətlərin kəskinləşməsi də mümkündür. Ona görə də özbaşına və yanlış müalicə aparmaq əvəzinə həkim müayinəsindən keçmək lazımdır. Zərurət olduqda qan analizləri və digər müayinələr aparılmalıdır.

Xüsusilə ağrı güclüdürsə, oynaqda şişkinlik, qızartı, hərəkət məhdudiyyəti və ya digər əlavə əlamətlər varsa, səbəb mütləq araşdırılmalıdır. Müalicə zamanı yalnız ağrıyan oynağa yerli müdaxilə etmək kifayət deyil. Əsas səbəb müəyyənləşdirilməli və xəstəyə kompleks yanaşılmalıdır”.

Terapevt bildirib ki, vaxtında müayinə və müalicə xəstəliyin daha da ağırlaşmasının qarşısını almağa kömək edə bilər:

“Qış aylarında bəzi oynaq xəstəlikləri uzun müddət aktiv qala bilər. Vaxtında müalicə aparılarsa, kəskinləşmələrin qarşısını müəyyən qədər almaq mümkündür. Oynaq xəstəliyi olan şəxslərin yaz və payız aylarında, hətta ciddi şikayətləri olmasa belə, həkim müayinəsindən keçməsi faydalıdır. Xəstəlik kəskinləşdikdən sonra müalicə prosesi daha çətin ola bilər.

Profilaktik yanaşma isə problemin erkən mərhələdə aşkarlanmasına və müalicənin daha effektiv planlaşdırılmasına imkan verir”.

Nərminə Abbasova uşaqlarda infeksiyalardan sonra yaranan oynaq ağrılarına xüsusi diqqət yetirilməsinin vacibliyini vurğulayıb:

“Angina, virus və digər infeksion xəstəliklər, burun-boğaz və yuxarı tənəffüs yollarının infeksiyaları bəzi hallarda sonradan oynaq şikayətləri ilə müşayiət oluna bilər. Buna görə də belə xəstəliklərin vaxtında müalicəsi və uşağın vəziyyətinin izlənilməsi vacibdir.

Uşaqda infeksiyadan sonra oynaq ağrısı, şişkinlik, hərəkət məhdudiyyəti və ya ümumi vəziyyətində dəyişiklik müşahidə olunarsa, bunu diqqətdən kənarda saxlamaq olmaz”.

Həkim uşaqların mütəmadi tibbi müayinədən keçirilməsinin vacibliyini də qeyd edib:

“Uşaqların vaxtaşırı tibbi müayinədən keçirilməsi bəzi xəstəliklərin erkən aşkarlanmasına kömək edə bilər. Zərurət yarandıqda həkim ümumi qan analizi və digər müayinələr təyin edə bilər. Lakin hər bir uşağa rutin şəkildə xüsusi analizlərin, o cümlədən revmatoloji testlərin aparılması barədə qərar fərdi klinik vəziyyətə əsasən verilməlidir.

Valideynlər xüsusilə infeksion xəstəliklərdən sonra yaranan oynaq ağrılarını və digər qeyri-adi əlamətləri diqqətdən kənarda saxlamamalıdırlar”.

Şəbnəm İbrahimxəlilova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:151
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 21 Sentyabr 2026 12:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see323

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see259

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see246

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see246

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see242

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see234

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see233

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see229

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see226

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see221

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see218

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see216

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see208

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see207

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see204

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see204

Əraqçi: İran ABŞ a Hörmüz boğazı ilə bağlı şərt qoyub

08 Noyabr 2026 22:06see188

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see182

Bir sıra avtomobil yollarında görünüş məsafəsi azalacaq

08 Noyabr 2026 22:13see180

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri