Payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər
Apa.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bu payızda Serbiyada həm prezident, həm də parlament seçkiləri keçirilə bilər.
APA xəbər verir ki, bunu hakim “Serbiya Tərəqqipərvər Partiyasının” (SPP) sədri Miloş Vuçeviç bildirib.
"Düşünürəm ki, seçkilər payızda, sentyabr, oktyabr və ya noyabrda keçiriləcək və məhz o zaman vətəndaşlar seçki məntəqələrinə gedib həm yeni parlamenti, həm də respublikanın prezidentini seçə biləcəklər", - Vuçeviç deyib.
Siyasətçi onu da qeyd edib ki, prezident və parlament seçkilərinin eyni vaxtda keçirilib-keçirilməyəcəyini hələ bilmir.
Qeyd edək ki, 27 iyunda Serbiya prezidenti Aleksandr Vuçiç bir neçə həftə ərzində dövlət başçısı vəzifəsindən istefa verəcəyini açıqlayıb.
Baxış sayı:169
Bu xəbər 02 İyul 2026 21:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















