Icma.az
close
up
RU
Payızdan zövq alacağınız 5 yer

Payızdan zövq alacağınız 5 yer

Lent az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Payı  bəzən xoş olmayan hava ilə yanaşı, səyahətsevərlərə səfərlərini nağıla çevirən parlaq rənglər də gətirir.

Lent.az xarici mediaya istinadla Avropada payız gözəlliklərindən həzz almaq üçün ən yaxşı beş məkan barədə xəbər verir.

Bern, İsveçrə

İsveçrənin paytaxtı Bern elə bir nağıl şəhərini xatırladır ki, sanki uşaq kitabının üz qabığından düşüb: daş döşəməli küçələr, zəngin bəzədilmiş fəvvarələr, möhtəşəm kilsə və məşhur orta əsr saat qülləsi. Şəhər Alp dağları ilə əhatə olunub və burada iynəyarpaqlı meşələr payızda parlaq sarı rəngə boyanır. Turistlərə Bern funikulyoru ilə Gurten dağının zirvəsinə qalxmağı tövsiyə edirlər. Burada meşə yolları ilə gəzmək və Alp mənzərəsindən həzz almaq mümkündür.

Voss, Norveç

Bergenə yaxın bu kiçik şəhər əsasən qış istirahəti və xizək kurortları ilə tanınır. Lakin o, payızda da gözəl məkan sayılır. Ən diqqətəlayiq yer Voss gölüdür. Güzgü kimi parıldayan buzlaq suları və qızılı rəngdə ağcaqayınlarla əhatələnmiş sahil turistləri valeh edir. Şəhər mərkəzindən qondola ilə Hanguren panoramasına qalxaraq gölə yuxarıdan baxmaq olar. Burada çoxlu gəzinti yolları var, meşələr isə ağcaqayın və şamlarla doludur. Həmçinin payız yarpaqları ilə əhatələnmiş möhtəşəm Tvindefossen şəlaləsini ziyarət etməyə dəyər.

Yanina, Yunanıstan

Görünüşünə görə çoxları Yunanıstanı yalnız yay istiqaməti kimi görür, amma Yanina payızda xüsusi cazibəyə malikdir. Bu, göl kənarında yerləşən orta əsr şəhəridir və dağlarla əhatə olunub. Pamvotis gölü öz kiçik adası ilə seçilir, ora yalnız qayıqla getmək mümkündür. Burada sərin payız gəzintisi etmək, qədim Bizans monastırlarını ziyarət etmək olar. Şəhərin mərkəzində isə daş döşəməli küçələrdə yerləşən Yanina qalası diqqəti cəlb edir.

Bled, Sloveniya

Avropanın ən gözəl Alp göllərindən birinin sahilində yerləşən Bled açıqca nağıl mənzərəsini xatırladır: kristal təmiz göl, kiçik adadakı orta əsr kilsəsi və dağın başındakı möhtəşəm qala. Payızın sentyabr-oktyabr ayları səfər üçün ən yaxşı vaxtdır: hələ hava çox soyumayıb, yarpaqlar isə bütün ənbər çalarlarına boyanır. Bu dövrdə hələ də kanoe və digər açıq hava əyləncələrindən yararlanmaq olar. Bundan əlavə, göl ətrafında yerləşən spa otellərdə istirahət edib, hovuzdan və sağaldıcı prosedurlardan həzz almaq mümkündür.

Vandom, Fransa

Mədəniyyət və təbiəti birləşdirən sakit bir məkan axtaranlar üçün Vandom ideal seçimdir. Bu kiçik şəhər Luar vadisinin mərkəzində yerləşir və orta əsr memarlığı ilə tanınır. Şəhərin üzərində qədim Vandom qalasının xarabalıqları ucalır, çayın sahilində isə Ronsar parkı yerləşir. Rəngarəng payız yarpaqları, piyada körpüsü və sakit mənzərəsi ilə gəzinti üçün gözəl yerdir. Burada orta əsr evlərini, qotik Müqəddəs Üçlük abbatlığını və müxtəlif dadlara uyğun bistro və kafe ziyarət etmək olar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://lent.az
archiveBu xəbər 29 Sentyabr 2025 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see374

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see341

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see337

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see333

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see315

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see307

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see296

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see295

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see283

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see265

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see265

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see247

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see238

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see236

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see233

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see221

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see215

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see207

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see187

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri