Icma.az
close
up
RU
Paylaşım üçün yaşayanlar: Mənəvi təlabatlarını bu cür ödəyirlər?

Paylaşım üçün yaşayanlar: Mənəvi təlabatlarını bu cür ödəyirlər?

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

"Paylaşımlar insanların məqsədlərindən və niyyətlərindən asılıdır".

Bu sözləri psixologiya üzrə fəlsəfə doktoru Fatimə Bayramova "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, bəzi insanlar məhz şəkil çəkdirib paylaşmaq üçün harasa gedirlər:

"Həqiqətən bəzilərinin işi bundan ibarətdir. Bəzi insanlar öz kiçik auditoriyasına yalnız gözəl gördüyü nələrisə paylaşırlar. Burada məqsəd gözəllikdir. Bəzi insanlar isə paylaşmağı sevmir. Sırf şəkil, paylaşım üçün özünü reallıqdan uzaqlaşdıran insanların da düşüncələri fərqli ola bilər".

Ekspert bununla bağlı nümunə də verib:

"Məsələn, bu niyyətlə hərəkət edən insan daim özünü kiməsə sübut etməyə çalışır, hər daim özünü digər insanlarla müqayisə etməyə meyillidir. Bir şəxs hər hansı bir yerdən şəkil çəkib paylaşırsa, özününü daha yaxşı yerlərə getdiyini və "üstün" olduğunu sübut etməyə çalışır".

Onun sözlərinə görə, bunun özü də psixoloji narahatlıqdan, daim digər insanları müqayisə edərək böyüdülməkdən irəli gəlir:

"Bu həm də güvən əskikliyi, özqiymətləndirmənin qeyri-adekvat dəyərləndirilməsindən qaynaqlanır. Həmçinin, paylaşım üçün davranan insanlar da var ki, kiməsə sübut etməyə çalışmır, sadəcə öz reallığı ilə barışmır və vitrual aləmə qapanırlar. 

Yəni mənəvi təlabatlarını bu cür ödəyirlər. Bəzən yalnış anlamalar da olur. Bu cür insanları tənqid və ya qınamadan öncə onların xarakterində olan, uşaqlıqdan yaranan boşluğu doldurmaq lazımdır".

Fatimə Bayramova əlavə edib ki, məhz paylaşmağı sevən insanı da bu cür dəyərləndirirlər:

"Real həyatı ilə paylaşımları fərqlidir deyirlər, amma paylaşmağı sevən insanların elə real həyatları da paylaşımda olduğu kimidir. Paylaşımların ən acımasızı uşaqları nəyəsə məcbur edib paylaşmaqdır.

Uşaq özü istəsə sevə-sevə hazırlasa başqa məsələ, lakin sosial şəbəkələrdə uşaq səhifələri var ki, valideyn uşağa məcburən rəqs etdirir və ya hansısa qurma video yaradır".

Mütəxəssis vurğulayıb ki, insanların paylaşım səbəbləri sırasında başqalarının onları bəyənməsi və cəmiyyətdə qəbul olunmaq istəyi də var:

"Fərqli aspektdən dəyərləndirsək bəzi insanlar yalnız xoş, gülən şəkillərini paylaşırlar. Bunun səbəbləri də müxtəlifdir, kimsə pozitivliyi sevir, bir kimsə isə digər insanların gözündə özünün ideal obrazını yaradır. Elə insanlar da var ki, səhifələrində məhz xatirə olaraq qalması üçün paylaşırlar".

Elmir Mustafa
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 25 Oktyabr 2025 16:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri