Icma.az
close
up
RU
Paytaxda yaşamaq getdikcə daha çətin olacaq

Paytaxda yaşamaq getdikcə daha çətin olacaq

Newscenter.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Prezident dünənki müsahibəsində Bakı metropoliteninin 10 yeni stansiyasının inşa ediləcəyi barədə məlumat verdi. Özü də qeyd etdi ki, həmin 10 stansiyanın tikintisi, bəlkə də beş il çəkər. Bu məlumat paytaxtın ictimai nəqliyyatının gələcəyinə ümidləri artırır.
Dəfərlərlə vurğuladığımız kimi, paytaxtda tıxac və elementar yol hərəkəti təhlükəsizliyi probleminin həlli istisnasız olaraq ictimai nəqliyyatdan asılıdır. Mükəmməl ictimai nəqliyyatsız dayanıqlı mobillik və təhlükəsiz (yəni qəzasız, ölüm-itimsiz) yol olmur. Ona görə də həm metropolitenə, həm avtobus marşrutlarına, həm də şəhərətrafı qatarlara ciddi sərmayə qoyulmalı, imkan daxilində tramvay marşrutları bərpa edilməlidir.
10 yeni stansiyanın harada tikiləcəyi deyilmədi. Lakin Bakının baş planını və metropolitenin hazırkı vəziyyətini və ikişaf perspektivini nəzərə alanda həmin stansiyalara harada daha çox zərurət olduğunu deyə bilərik. Düşünürəm ki, Bakı metropolitenində ən zəruri işlər bunlardır:
1. Yaşıl və Qırmızı xətlərin ayrılması (yəni Dərnəgül stansiyasından gələn qatarların “28 May” satansiyasına deyil, C.Cabbarlı satansiyasına və oradan Xətai satansiyasına keçməsinin təmin olunması);
2. Dərnəgül deposunun tikilməsi;
3. Yaşıl xəttin Xətai stansiyasından H.Aslanov stansiyası istiqamətinə yeni stansiyalarının və Dərnəgül stansiyasından Koroğlu stansiyasına tərəf yeni stansiyalarının tikilməsi və bundan sonra yaşıl xəttin dairəvi sxeminin təmin edilməsi;
4. Bənövşəyi xəttin mərkəzə doğru tikintisinin davam etdirilməsi (C.Məmmədquluzadə küçəsindəki stansiyanın açılışı və ondan sonrakı stansiyaların tikintisi), bu xəttin Xırdalan istiqamətinə uzadılması (Bakının baş planında bu nəzərdə tutulurdu, amma plan dərc ediləndən sonra onu hazırlayanlar bunu təkzib etdilər);
5. Qırmızı xəttin İçərişhər stansiyasından sonra Badamdar istiqamətində, H Aslanov stansiyasından isə Zığ istiqamətinə inkişafı və s..
Bakı metrosunun genişlənməsi 10 stansiya ilə məhdudlaşmamlıdır. Metro çox ciddi şəkildə, özü də daha sürətlə genişləndirilməlidir. Avropanın, Çinin, Yaponiyanın Bakı kimi şəhərlərinin metro stansiyalarının sayı çoxdan 200-ün üstündədir, hər il bir neçə stansiya tikilib istifadəyə verilir. Bizdə də dayanıqlı maliyyələşmə ilə, ən optimal texnologiyaları cəlb etməklə metronu şaxələndirmək lazımdır. Düzdür, bunun üçün böyük xərclər lazımdır (Bakının baş planında proqnozladırılan rəqəmlərdən aydın olur ki, bir metro stansiyasının tikintisinin orta qiyməti 187 milyon manat, bir kilometr ikitərəfli metro xəttinin tikintisinin orta qiyməti isə 127,5 milyon manatdır, yəni 10 stansiyanın tikintisinə təxminən 3,5-4 milyard manat pul xərclənməlidir). Amma bu vəsaitlər metronun inkişafına mütləq yönəldilməlidir, əks təqdirdə Bakının nəqliyyat sistemi daha da pisləşəcək və paytaxda yaşamaq getdikcə daha çətin olacaq.
Ərşad Hüseynov
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 08 Yanvar 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see574

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see414

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see292

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see263

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see248

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see248

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see246

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see245

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see242

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see236

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see228

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see226

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see222

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see200

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see194

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see194

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see189

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see173

Sofiya Qubaydulinanın 95 illiyinə həsr olunmuş “Sükutun bəstəkarı” adlı konsert keçirildi (Foto)

27 Oktyabr 2026 21:39see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri