Icma.az
close
up
RU
“Paytaxt dəyişikliyi” mövzusu yenidən gündəmdə Deputatdan AÇIQLAMA

“Paytaxt dəyişikliyi” mövzusu yenidən gündəmdə Deputatdan AÇIQLAMA

Olke.az saytına istinadən Icma.az xəbər verir.

Yay mövsümündə Bakıda avtomobil sıxlığının azalması, şəhərin bir qədər nəfəs almasına imkan yaradıb. Bu fonda son illərdə mütəmadi müzakirə olunan “paytaxtın yeri dəyişilə bilərmi?” sualı yenidən aktuallaşıb.

Ölkə.Az bu mövzuya bir daha qayıdıb və millət vəkili Ceyhun Məmmədovun fikirlərini öyrənib. 

Deputat bildirib ki, paytaxtın dəyişdirilməsi kiminsə istəyi ilə ola biləcək bir məsələ deyil:

"Yəni bunun üçün dövlət, ölkə rəhbərliyi özü qərar verməlidir. Müxtəlif fikirlər səsləndirilir. Ağdamı, Xankəndini təklif edən var. Biz birinci onu da nəzərə almalıyıq ki, bu, kifayət qədər böyük vəsait tələb edən bir işdir. Yəni bu, sadə bir məsələ deyil. Orada infrastruktur yaradılmalıdır. Bütün addımlar, tədbirlər görülməlidir. Ona görə, bu gün bu cür təkliflər səsləndirilərkən, mövcud imkanlar, şərait nəzərə alınmalıdır və ona uyğun fikir bildirilməlidir.

Ağdam yenidən qurulur, Xankəndidə infrastruktur yaradılır. Amma burada hava limanları məsələsi var. Burada strukturlar, binalar, su sistemi, kanalizasiya sistemi və digər məsələlər var. Ona görə kompleks şəkildə araşdırıldıqdan sonra hansısa addım atıla bilər. Siyasi qərar olmadan, mövcud vəziyyət araşdırılmadan belə bir addımın atılması asan bir məsələ deyil. Düşünürəm ki, bu məsələlərdə tələsməməliyik və dövlətin yanaşmasını gözləməliyik.

Qeyd edək ki, daha əvvəl Araz sahilində yerləşən ərazi və ya Gəncə şəhəri potensial alternativ kimi səsləndirilmişdi.

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyul 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see502

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see401

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see391

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see276

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see268

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see266

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see261

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see256

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see252

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see238

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see234

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see226

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see223

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see212

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see203

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see195

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see191

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see186

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see179

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri