Paytaxt məktəblərində Vətən şəhidləri yad edilib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində 27 Sentyabr - Anım Günü ilə bağlı tədbirlər təşkil olunub, şәhid ailәlәri, qazilər və müharibə veteranları ilә görüşlәr keçirilib.
Newscenter.az xəbər verir ki, vətənpərvərlik ruhunda təşkil edilən tədbirlərdə Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Anım Günü barədə şagirdlərə ətraflı məlumat verilib.
Bildirilib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən Müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
Tədbirlərdə, həmçinin Qarabağda böyük abadlıq və quruculuq işlərinin aparılması, işğaldan azad edilən torpaqlarımızın yenidən bərpa olunması, dövlət başçısının Sərəncamına əsasən, hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilməsi barədə söhbət açılıb.
Tədbirlərdə şagirdlər vətənpərvərlik mövzularında şeirlər söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Ruhiyyə Mehdiyeva
Bu mövzuda digər xəbərlər:Qusarda Vətən Müharibəsi şəhidləri YAD EDİLİB FOTO
14 Yanvar 2025 16:36
Paytaxt məktəblərində Vətən şəhidlərinin xatirəsi anılıb
26 Sentyabr 2025 12:56
Rəfail Tağızadə VƏTƏN ŞƏHİDLƏRİ
07 Oktyabr 2025 11:49
RƏFAİL TAĞIZADƏ: VƏTƏN ŞƏHİDLƏRİ
27 Sentyabr 2025 16:54
Abşeron rayonunda Vətən Müharibəsi şəhidləri yad edilib FOTOLAR
07 Noyabr 2024 18:48
Baxış sayı:49
Bu xəbər 26 Sentyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















