Vətən müharibəsi şəhidləri Tallində yad edilib
Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Stokholm, 28 sentyabr, AZƏRTAC
Estoniya Azərbaycan İcması “Birlik” təşkilatının və ölkəmizin Estoniyadakı səfirliyinin təşkilatçılığı ilə Tallin şəhərində 27 Sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Estoniyada yaşayan çoxsaylı həmvətənlərimizlə yanaşı, Türkiyənin bu ölkədəki səfirliyinin nümayəndələri də iştirak ediblər.
Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
İcmanın həmsədri Zakir Miriyev çıxışında Azərbaycan xalqının Estoniyada yaşayan nümayəndələri olaraq, keçmişimizin ağrılı tarixini və şəhidlərimizin xatirəsini gələcək nəsillərə ötürməyi mənəvi borc hesab etdiklərini deyib: “Acı və kədərli tariximizə baxmayaraq, biz Estoniyada yaşayan azərbaycanlılar, keçmiş tariximizi və yaşananları tanıtmağa çalışır, gələcəyə sülh ümidi ilə baxırıq. Eyni zamanda, müxtəlif xalqlar arasında dostluğun və qarşılıqlı hörmətin möhkəmlənməsi üçün əlimizdən gələni edirik”.
Daha sonra tədbirdə şəhidlərimizin xatirəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Azərbaycan və dünya bəstəkarlarının klassik musiqi əsərləri səsləndirilib.
Nərgiz Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 28 Sentyabr 2026 13:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















