Icma.az
close
up
RU
Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub FOTO

Paytaxt məktəblilərinin müəllifi olduğu növbəti kitabın təqdimatı olub FOTO

Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bu ilin əvvəlində Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt məktəbliləri arasında “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda ənənəvi elmi-praktiki konfranslar keçirilib. Bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri  barədə öz elmi məqalələri ilə çıxış ediblər. Yekun konfransda rayonlar üzrə təqdim olunan işlərin ən yaxşıları seçilərək kitab şəklində çap olunması qərara alınıb. Bu gün artıq Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən  qalib elan edilən mövzulardan ibarət «Heydər Əliyev və Azərbaycan tarixi» adlı növbəti kitab işıq üzü görüb.

Bu barədə Bakıvaxtı.az-a Bakı Şəhər İcra Hakimiyyəti Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətində aparatın məsul işçilərinin, qalib seçilmiş məktəblilərin, onların elmi rəhbərlərinin, bir sıra məktəblərin rəhbərlərinin, KİV nümayəndələrinin iştirakı və şagirdlərin özlərinin aparıcılığı ilə keçirilən   təqdimat mərasiminin əvvəlində Ulu Öndər Heydər Əiyevin və torpaqlarımızın azadlığı, ərazi  bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin əvvəlində şagirdlər tariximizin müxtəlif dövrlərində mühüm rol oynamış böyük tarixi şəxsiyyətlərin obrazlarını canlandırıblar.

Təqdimat mərasimində çıxış edən Bakı Şəhər İcra Hakimiyyəti başçı Eldar Əzizov  bildirib ki, min illik tarixi ərzində Azərbaycan ilk dəfədir ki, cənab Prezident İlham Əliyevin hakimiyyəti dövründə planetin ictimai-siyasi sistemində nüfuzlu oyunçu kimi çıxış edir, mədəni-idman həyatında artıq qəbul edilən əhəmiyyətli mərkəzə çevrilib. Butün əldə edilən bu uğurların əsasında da dahi insanın, İlham Əliyevin şəxsiyyət faktoru dayanır. Qədim zamanlarda Azərbaycanda mövcud olan xanlıqlıqlar qısa müddət yaşayıb, birləşə bilməyərək parçalanıb və süquta uğrayıblar. İndi isə Azərbaycan vahid dövlətdir.

Məhz Bakı şəhərinin dünən 2026-ci ilin  "Dünya İdman Paytaxtı" elan olunması buna əyani sübutdur. Bütün bu uğurların gənc nəslə təbliği mühüm əhəmiyyət kəsb edir.

Konfransda Səbail rayonu, 329 nömrəli tam orta məktəbin direktoru Elnur Mirzəyev, Nəsimi rayonu, 111 nömrəli tam orta məktəbin tarix müəllimi Natəvan Məmmədova, Səbail rayonu 132-134 nömrəli Təhsil Kompleksinin 10-cu sinif şagirdi Nurlanə Həsənli və başqaları çıxış edərək məktəblilərin, müəllimlərin bu layihəyə böyük maraq göstərdiklərini və həvəslə iştirak etdiklərini bildiriblər. 

Qeyd olunub ki, konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu Öndər Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan tarixindəki rolu, Vətən müharibəsində qazanılan Şanlı Qələbə barədə öz elmi məqalələri ilə çıxış edib, son nəticədə isə belə bir kitab işıq üzü görüb. 

Ümumilikdə isə, Bakı şəhərinin 300-dən artıq orta məktəbini əhatə etməklə 3000-dən çox şagirdin iştirak etdiyi rayon konfranslarında qalib olan 80 şagirdin referatları Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə çap olunan yeni kitaba daxil edilib. 

Tədbirin sonunda qalib şagirdlərə sertifikatlar və referatları çap edilən kitablar, həmçinin onların elmi rəhbəri olan müəllilərə də kitablar təqdim edilib.

Ənənəvi xarakterli bu müsabiqənin növbəti illərdə də keçirilməsi nəzərdə tutulub.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 18 Dekabr 2025 09:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri