Icma.az
close
up
RU
Paytaxt nəqliyyatından şikayət var Dözülməz vəziyyət yaranıb

Paytaxt nəqliyyatından şikayət var Dözülməz vəziyyət yaranıb

Adelet.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Son zamanlar tıxaclarla bağlı yaşanan problemlər bitmək bilmir. Lakin problem yalnız tıxac deyil, həm də nəqliyyat vasitələrinin yararsız olmasıdır. Paytaxt nəqliyyatından sərnişinlər şikayət edirlər.

Onlar Zabrat 1 qəsəbəsi istiqamətində  hərəkət edən 118 a, b marşrut avtobuslarının fəaliyyətindən narazıdırlar.

“Zabrat 1 qəsəbəsinə işləyən 118 a, b avtobuslarının texniki və sanitar vəziyyəti dözülməzdir. Eyni zamanda bu marşrutlarda hələ də sürücü gediş haqqını şəxsən toplayır. Bu halda isə onun diqqəti yoldan yayınır”.

Bunu Adalet.az-a  açıqlamasında həmin qəsəbədə yerləşən  192 saylı tam orta məktəbin müəllimi Kamal Hacıyev deyib.

Onun sözlərinə görə, bütün nəqliyyat sistemində tətbiq edilən kartlar və ya “Birbank”la ödəniş sistemi hələ də bu marşrutlarda yoxdur:“Bəzən avtobuslar bir dayanacaqda 10-15 dəqiqə saxlayaraq müştəri gözləyir. Məktəbə, işə tələsən müəllim və şagirdlər vaxtında mənzil başına çata bilmirlər. Bəzi sürücülər salonda siqaret çəkir, çay-qəhvə içə -içə sükanı idarə edirlər. Həqiqətən çox dözülməz vəziyyət yaranıb. Xahişimiz və tələbimiz odur ki, bu istiqamət üzrə nəzarət olunsun və xəttə kartla işləyən yeni “Bakubus” avtobusları buraxılsın. Fikrimcə, kart sisteminin tədbiqi bu nüansların aradan qaldırılmasında kömək ola bilər”-deyə, o, bildirib.

Əntiqə Kərimzadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:205
embedMənbə:https://adalet.az
archiveBu xəbər 24 Dekabr 2024 15:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri