Icma.az
close
up
RU
Paytaxt sakinlərin keçmiş deputat Əsabil Qasımovdan ŞİKAYƏTÇİDİR

Paytaxt sakinlərin keçmiş deputat Əsabil Qasımovdan ŞİKAYƏTÇİDİR

Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Şikayətçilər iddia edir ki, keçmiş deputatın oğlu Taleh Qasımova məxsus “GRAND PLAZA” tikinti şirkəti evlərini qəsdən qəzalı vəziyyətə salıb

Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 21 və Süleyman Rüstəm küçəsi 66 ünvanında yaşayan sakinlər - Qurbanov Nazir Canəli oğlu, Əmirova Gülgəz Şamil qızı, Alıyev Oruc Əlrza oğlu, Cəfərov Rasim Əhməd oğlu, Qurbanova İpək Xucu qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. “GRAND PLAZA” MMC-dən şikayət edən sakinlərin məktubunu olduğu kimi dərc edirik:

“2016-cı ildən yaşadığımız Bakı şəhəri, Nəsimi rayonu, Hənifə Ələsgərov küçəsi 21 və Süleyman Rüstəm küçəsi 66 ünvanında keçmiş deputat Əsabil Qasımov və oğlu Taleh Qasımova aid olan “GRAND PLAZA” MMC tərəfindən yaşayış evlərimiz alınaraq, sökülməyə başlamışdır. Yaşayış olmasına baxmayaraq, evlər sökülərək həyətyanı sahə xarabalığa çevrilmişdir.

Belə ki, 39 ailədən 23 ailə köçürülmüş, razılıq alınmayan evlərə bitişik mənzillər isə qəsdən qəzalı vəziyyətə salınmışdır. Beləliklə, 8 ildir yaşadığımız mənzillər qəzalı vəziyyətə salınmış və biz sakinlər demək olar ki, bütün dövlət orqanlarına yazılı müraciət etməyimizə baxmayaraq, heç bir dövlət orqanı problemlə bağlı maraqlanmamışdır. “GRAND PLAZA” MMC-nin sahibi Əsabil Qasımov sakinləri bezdirmək məqsədi ilə illərdir onları xarabalıq vəziyyətdə yaşamağa məcbur etməkdədir.

Hazırda həmin ünvana yaxın ərazidə, Əsabil Qasımova məxsus binada mənzilin təmirsiz 1 kv.metrinin qiyməti 3500-4000 manat, qeyri-yaşayış sahəsinin kv.metri 12 min və 13 min manatdır. Qalan sakinlərə isə təklif etdikləri məbləğ bu qiymətlərin yarısı belə deyil. Sakinləri bu vəziyyətdə saxlamalarının əsas məqsədi insanların bezərək, onların təklif etdikləri məbləğlə razılaşmalarıdır”.

Redaksiyadan qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Aynurə İSMAYIL

Hurriyyet.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:288
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Dekabr 2024 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri