Icma.az
close
up
RU
Paytaxtda “at oynadan” MTK lar dövlət “mənzil mafiyası”nı çökdürməsə...

Paytaxtda “at oynadan” MTK lar dövlət “mənzil mafiyası”nı çökdürməsə...

Icma.az bildirir, Hurriyyet portalına istinadən.

Son illər tikinti şirkətlərindən mənzil almaq əlçatmaz problemə çevrilib. Çünki qiymətlər o dərəcədə absurd, reallıqlardan uzaq və əhalinin gəlirlərinə tərs-mütənasibdir ki, yalnız varlılar MTK-lardan ev almağa yaxınlaşa bilərlər. Söhbət paytaxtda mənzilin kvadratının minimum 2000 manatdan başlanmasından gedir. 

Ətraflı

Eyni zamanda, təklif edilən kredit şərtləri də günümüzlə, vətəndaşların aldığı məvaciblə nəinki uyğun gəlmir, ortada böyük uçurum var. Ona görə də gənclər ailə qurmaq, mənzil sahibi olmaqda çətinlik çəkirlər. Maraqlıdır ki, tikinti şirkətlərinin qoyduğu qiymətlər nə tənzimlənir, nə aidiyyatı qurumlar müdaxilə edir, nə əmlak bazarına uyğunlaşdırılır. Sanki mənzil sektorunda bir anarxiya yaranıb və hər bir firma istədiyi məbləği müəyyən edə bilir. Bu da ciddi narazılıqlar doğurur. 

Məsələn, Bakının mərkəzində mənzillərin kvadratı 4000-5000 manatdan başlanır. Halbuki sökülən evə görə kompensasiya hər kvadratına 1500-2000 manat ödənilir. Paytaxtın Nərimanov, Gənclik və bu kimi ərazilərində isə yeni binalardan evlərin qiyməti 3000-3500 manatdan başlanır. Şəhərin Qaraçuxur, Bakıxanov, Yeni Günəşli, Qara Qarayev və digər ərazilərində isə 2000-2500 manatdan aşağı tapmaq mümkün deyil. pizza

Mənzil almaq istəyən isə 60-65 kvadratlıq ev üçün 20-25 illik kreditə girməli olur, nəticədə ikiotaqlı bir mülk ona 180-200 min manata, hətta bir qədər də baha başa gəlir. 

Bu, absurd deyilmi? Belə görünür ki, yalnız milyonçular bu mənzilləri ala bilərlər. Ona görə də dövlətin MTK-lərin qiymət siyasətinə müdaxilə etməsi haqda çağırışlar səslənir.

Hüquqşünaslar və əmlak mütəxəssisləri necə düşünürlər, dövlət orqanlarının bu prosesə qarışması, qiymətlərin tənzimlənməsində rolu mümkündürmü? 

Qeyd edək ki, 2025-ci ilin II rübündə mənzil bazarında qiymət indeksi I rübə nəzərən 1.1% artıb. Bu dövrdə ilkin mənzil bazarında qiymətlər 3.2%, təkrar mənzil bazarında isə 1.1% yüksəlib. 2025-ci ilin yanvar-iyun ayları ərzində ümumi mənzil bazarında qiymət indeksi 13.8%, o cümlədən ilkin mənzil bazarında 12.9%, təkrar mənzil bazarında isə 13.8% artıb.Vəkil Cavidan Osmanlı mövzu ilə bağlı “Yeni Müsavat”a belə şərh verib: “Ölkədə mənzil sahibi olmaq, xüsusən də şəhər mərkəzində mənzilə sahib olmaq üçün ən azı 150-200 minə yaxın pul lazımdır. Burada dövlət tənzimləməsi, hüquqi prosedur necə olur. Qiymətlər dövlət tərəfindən müəyyən olunan bəzi məqamlar var ki, mənzil bazarı buna aid deyil. Bizdə azad bazar iqtisadiyyatıdır. Mənzil qiyməti tikinti şirkətləri tərəfindən sərbəst şəkildə təyin olunur. Buna dövlət tərəfindən hər hansı müdaxilə etmək olmazmı, əlbəttə mümkündür. Birincisi məsələ burada monopoliya şəraitinin yaranmasıdır. Hazırda Rəqabət Məcəlləsi hazırlanır, bu dəqiqə tətbiqi yoxdur, bunun əvəzində antiinhisar fəaliyyətə qarşı qanun layihəmiz var, o tətbiq olunur. Tikinti bazarı bir neçə tikinti şirkətinin əlində cəmlənib. Onlara qarşı həmin qanununun müddəalarını tətbiq etmək olar. Bundan əlavə, tikinti şirkətlərinin tikinti üçün ayırdığı malların maya dəyərini süni olaraq yuxarı göstərməsinə qarşı audit yoxlamaları da həyata keçirilə bilər. Beynəlxalq təcrübədə biz görmüşük ki, mənzil qiymətlərinin həddən artıq yüksək olduğu vaxt dövlət tərəfindən sosial layihələr həyata keçirilir. Bunlar güzəştli mənzil, güzəştli ipotekalar tələb təklif məsələsinə təsir edir və vətəndaşlar məcbur deyil ki, tikinti şirkətləri tərəfindın satılan mənzilləri almağa məcbur deyil. Hətta gənc ailələr güzəştli şərtlərlə ev ala bilirlər. Bizdə də belə güzəştli şərtlərlə evlər təklif edilərsə, mənzillərin qiymətinin aşağı düşməsinə səbəb olacaq. 

Amma bir məsələni də deyim: tikinti bazarına birbaşa dövlət müdaxiləsi o qədər də arzuolunan deyil. Hazırda şəhərdə çox sayda mənzillər tikinti şirkətləri tərəfindən inşa edilir. Bu, bəzən pilot layihələr əsasında, bəzən isə torpaq sahələrinin satılması müqabilində həyata keçirilir. Yəni tikinti şirkətləri investisiya əsasında bu işləri görürlər. Birbaşa dövlətin tənzimləmələri tikinti şirkətlərinin motivasiyasına təsir ediləcək və nəticədə bazarda müəyyən durğunluq yarana bilər. Çünki tikinti bazarında kifayət qədər şəxs çalışır, işçi qüvvəsi var. Birbaşa dövlət müdaxiləsi doğru olmaz. Azad bazar iqtisadiyyatı şəraitində ən optimal yol sosial layihələrin genişləndirilməsidir. Unutmayaq ki, tikinti sektorunda kifayət qədər insanlar çalışır. Bu sahədə həm işçi qüvvəsi formalaşıb, həm də onların qazancı birbaşa tikinti sənayesindən asılıdır".Əmlak üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, son dövrlərdə daşınmaz əmlak bazarında qiymət artımının əsas səbəblərindən biri torpaq sahələrinin bahalaşması ilə bağlıdır. Onun sözlərinə görə, fərdi yaşayış evlərinin tikintisinə dair qanunvericilikdə edilən dəyişikliklər qiymətlərə birbaşa təsir göstərib. Belə ki, 2023-cü ilin oktyabr ayından etibarən qüvvəyə minən yeni tələblərə əsasən, yalnız çıxarışı (rəsmi sənədi) olan torpaq sahələrində fərdi ev tikintisinə icazə verilir. Əgər vətəndaş çıxarışı olmayan torpaq üzərində ev inşa edərsə, həmin yaşayış obyektinə mühüm kommunal xidmətlər - su, qaz və işıq - çəkilmir. Bu isə xüsusilə Bakı, Abşeron və digər iri şəhərlərdə çıxarışlı torpaqların məhdudluğu fonunda onların qiymətlərinin sürətlə yüksəlməsinə səbəb olub.

Ekspertin fikrincə, tikinti materiallarının bahalaşması isə ümumi tikinti dəyərinə nisbətən az - təxminən 5-10% civarında - təsir göstərir. Əsas yük torpaq sahələrinin bahalı olması və işçi qüvvəsinin qiymət artımı ilə bağlıdır. Bundan əlavə, Fərzəliyev qeyd edir ki, iri şəhərlərdə çoxmənzilli binaların tikintisi üçün münasib torpaq sahələrinin qalmaması tikinti şirkətlərini alternativ yollara yönəldib. Hazırda çox zaman köhnə binalar sökülərək, onların yerində yeni və daha çoxmərtəbəli binalar inşa olunur. Bu isə əlavə xərclər - sakinlərin köçürülməsi, kirayə haqlarının ödənilməsi və onlara yeni, tam təmirli mənzillərin verilməsi - yaradaraq, layihənin ümumi maya dəyərini artırır. Nəticə etibarilə, şirkətlər bu xərcləri kompensasiya etmək və qazanc əldə etmək üçün mənzilləri daha yüksək qiymətə satışa çıxarmağa məcbur qalırlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 13 Sentyabr 2025 10:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see384

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see312

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see275

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see265

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see262

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see250

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see250

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see238

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see237

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see225

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see222

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see220

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see214

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see213

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see211

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see210

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see209

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see208

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see199

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri