Icma.az
close
up
RU
“MTK lar at oynadır...”

“MTK lar at oynadır...”

Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.

“Azərbaycanın istilik təchizatı qanunvericiliyində bir sıra boşluqlar var”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Naqif Həmzəyev Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “İstilik təchizatı haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.

Millət vəkili boşluqları belə sadalayıb: 

“Texniki standartların yenilənməsi ehtiyacı - köhnəlmiş infrastruktur üçün müasir tələblərin tam müəyyən edilməməsi;

Enerji səmərəliliyi tələblərinin kifayət qədər sərt olmaması - binaların istilik izolyasiyası və enerji auditləri ilə bağlı tələblərin zəifliyi;

Alternativ və bərpa olunan enerji mənbələrinin istilik təchizatında istifadəsinə dair kifayət qədər təşviqlərin olmaması;

İstilik təchizatı xidmətlərinin keyfiyyətinə nəzarət mexanizmlərinin zəifliyi;

Tariflər və subsidiyalar sisteminin şəffaflığı ilə bağlı məsələlər”.

Naqif Həmzəyev qeyd edib ki, bu boşluqlar aradan qaldırılmalıdır: “Standartlara cavab verməyən istilik avadanlıqlarının gömrükdən keçməsinə icazə verilməməlidir, nəzarət gücləndirilməlidir. Bu qanunda sərt tələblər qoyulmalıdır. İstilik təchizatı xidmətlərinin keyfiyyətlərinə nəzarət müxanizmini də gücləndirməliyik. Nazirliyə heç bir əlavə alətlər verilmirsə, nəzarət necə həyata keçiriləcək? Özümüz deyib, özümüz də eşidəcəyik.

Uzun illər tikintidə pərakəndəlik olub, yeni tikilən binalarda istilik sistemləri quraşdırılmadı. Sərt qayda qoyulmalıdır ki, yeni tikilən binalarda mütləq mərkəzləşdirilmiş istilik sistemləri quraşdırılsın. MTK-lar at oynadırlar, insanlar sanki o binalarda kirayə yaşayır. MTK-lar faktiki olaraq sakinlərə müstəqillik verməyib. Ən azından bundan sonra bu qaydaları tətbiq edə bilərik. Satışda olan çox sayda tələblərə cavab verməyən kombi sistemləri var. Məsələn, Almaniya, İran, Çin və digər ölkələrdən gətirilirlər. Mütəxəssislər baxanda məlum olur ki, bu kombilər standartlara cavab vermir. Onu quraşdıranda da hədsiz dərəcədə sərfiyyata gətirib çıxarır. İstilik avadanlıqlarına nəzarəti gücləndirməliyik. Gömrükdən keçirilir, bazarda satışa çıxarılır və heç bir nəzarət yoxdur. Bu problemi həll etməliyik”.

Nuranə Daxilqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 23 Aprel 2025 18:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see807

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see556

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see360

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see283

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see281

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see276

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see264

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see253

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see246

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see219

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see219

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see207

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see203

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see202

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see198

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see190

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see187

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see184

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see181

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri