Paytaxtdakı ağaclar niyə küləyə tab gətirmir? VİDEO
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Paytaxtda güclü külək zamanı ağacların aşması və budaqların sınması tez-tez müşahidə olunan problemlərdəndir.
Bəs bunun əsas səbəbi nədir? Niyə Bakıdakı ağaclar bu qədər dözümsüzdür?
Moderator.az xəbər verir ki, Baku TV-nin hazırladığı süjetdə bu məsələnin səbəblərinə aydınlıq gətirilib.
Bəzi aqronomların fikrincə, paytaxtda əkilən ağaclar Bakı iqliminə uyğun olsa da, torpaq xüsusiyyətlərinə tam uyğun gəlmir. Nəticədə ağacların kök sistemi torpağın dərin qatlarına nüfuz edə bilmir. Bu da güclü külək zamanı ağacların kökündən çıxmasına, aşmasına və ya qırılmasına səbəb olur.
Mütəxəssislər digər əsas səbəb kimi düzgün suvarmanın aparılmamasını göstərirlər. Onların sözlərinə görə, paytaxtdakı ağacların suvarılması qaydalara uyğun həyata keçirilmədiyi üçün kök sistemi kifayət qədər möhkəmlənmir və ağaclar küləyə qarşı daha həssas olur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 31 İyul 2026 08:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















