Paytaxtdakı bu nişan sürücülərin cərimələnməsinə səbəb olur Video
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Bakıda Zaur Nudirəliyev küçəsi ilə Ziya Bünyadov prospektinin kəsişməsində qoyulan yol nişanı sürücülər üçün problem yaradır.
Yeniavaz.com İTV-yə istinadla xəbər verir ki, sükan arxasındakılar nişanı döndükdən sonra görürlər və bu onların cərimələnməsi ilə nəticələnir.
Sürücü Vüsal Yaqubov deyir ki, cərimə ilə üzləşəndən sonra həmin ünvana qayıdıb. Lakin nişanı tapa bilməkdə çətinliklə üzləşib:
“Hər gün bu yoldan istifadə edirəm. Sola baxıb, oradan gələn avtomobillərə yol verib sonra sağa dönürəm və yoluma davam edirəm. Sağ tərəfdə indiyə qədər nə yerdə, nə də yuxarıda avtobus zolağına dair nişan olub”.
Həmin yoldan mütəmadi istifadə edən digər sürücülər bildirirlər ki, nişan olsa da onu vaxtında görmək mümkün deyil. Onların sözlərinə görə, nişan təzə qoyulub və o olmadan da sürücüləri cərimələyiblər.
Mütəxəssislərin fikrincə, yol nişanı sürücünün görmə bucağında yerləşməli və ona qərar vermək üçün kifayət qədər vaxt olmalıdır.
Məsələ ilə bağlı AYNA-ya müraciət olunsa da, hər hansı münasibət bildirilməyəcəyi deyilib.
Daha ətraflı:
Bu mövzuda digər xəbərlər:Svetoforla nişan arasındakı uyğunsuzluq sürücülərin cərimələnməsinə səbəb olur VİDEO
21 İyun 2025 12:01
Paytaxtdakı bazarlar bağlanacaq? VİDEO
30 İyun 2026 21:33
Bakıdakı yolda dəyişiklik sürücülərin cərimələnməsinə səbəb olur VİDEO
24 Noyabr 2024 09:09
Paytaxtdakı qəza tıxaca səbəb oldu FOTO
14 Noyabr 2024 14:22
Baxış sayı:64
Bu xəbər 03 Sentyabr 2026 13:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















