Icma.az
close
up
RU
Paytaxtın bağça tipli şəfqət ocağı

Paytaxtın bağça tipli şəfqət ocağı

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Burada balacalara hərtərəfli xidmət göstərilir

Paytaxtda və bəzi bölgələrimizdə müxtəlif inkişaf qüsurlu uşaqlar üçün xeyli sayda bərpa mərkəzləri fəaliyyət göstərir. Bu müəssisələrdə uşağın probleminə uyğun aparılan müalicənin, keçirilən təlimlərin keyfiyyəti də, təbii ki, fərqlidir. Bəzən aylar, hətta, illərlə valideyn uşağını belə ünvanlara aparıb-gətirsə də, istənilən nəticə əldə edilmir. Problemli uşaqlara müalicə, təlim, bərpa və dərslərlə göstərilən xidmət barədə dolğun məlumat almaq məqsədilə bərpa mərkəzlərindən birinə üz tutduq.

Xətai rayonunda yerləşən “Special kids” - “Xüsusi uşaqlar” reabilitasiya mərkəzi 2017-ci ildən fəaliyyət göstərir və Azərbaycanda yaradılmış ilk bağça tipli bərpa müəssisəsidir. Həkim-psixiatr Vəfa Şirinovanın təşəbbüsü ilə qurulmuş bu mərkəzdə ötən illər ərzində bir çox uğurlu proqramlar icra edilmiş, yüzlərlə uşağın sağlamlığının bərpasına nail olunmuşdur.

Mərkəzin rəhbəri Vəfa Şirinovadan mərkəzin missiyası və fəaliyyəti barədə ətraflı məlumat verməsini xahiş etdik. Söhbət əsnasında öyrəndik ki, müəssisə 9 illik fəaliyyəti dövründə 1500-ə yaxın uşağın sosial bacarıqlarını artırmasına dəstək olub.

Vəfa xanım qeyd etdi ki, “Special kids” reabilitasiya mərkəzində missiyamızı həyata keçirmək üçün göstərdiyimiz fəaliyyət istiqamətləri – reabilitasiya mərkəzi, bağça əsaslı reabilitasiya mərkəzi və “kölgə” müəllim xidmətindən ibarətdir. Belə müəllim xüsusi təhsilə ehtiyacı olan uşağı adi təhsil mühitinə uyğunlaşdırır. Mərkəzə qəbul edilən yetişkin uşağın sosiallaşmasına, tədris və təlim məkanına uyğunlaşmasına yardım edir.

– Müəssisədə məşğələ və təlimləri hansı mütəxəssislər aparır və dərslər necə təşkil edilir?

– Dərslər fərdi olaraq 45 dəqiqəlik seanslar şəklində keçirilir. Öncə uşaqların fərdi ehtiyaclarına uyğun cədvəl tərtib edilir. Bundan sonra ya fərdi qaydada, yaxud qrup şəklində təlimlərə başlanılır. Həftəlik 10–25 saatlıq təlimləri psixoloq, loqoped- psixopedaqoq, müalicəvi bədən tərbiyəsi mütəxəssisləri icra edirlər.

Qruplar və tədris proqramı üzrə bağça fəaliyyətlərində uşaqlar yaşlarına, psixoloji inkişaf və diaqnozlarına əsasən fərqli qruplara ayrılırlar. Hər qrupda 8 uşağa 4 heyət üzvü – psixoloq, loqoped, pedaqoq və dayə xidmət göstərir. Mərkəzdə uşaqların təlimi, tədrisi ilə 16 mütəxəssis məşğul olur.

– Uşaqlarla hansı məşğələlər və necə keçilir?

– Hər biri 35 dəqiqə olmaqla uşaqlarla gündəlik 9 məşğələ keçirilir. Psixoloq və loqoped məşğələləri (fərdi), psixopedaqoq dərsləri, savad təlimi, sadə riyazi təsəvvürlər, ətraf aləmlə tanışlıq, kiçik və böyük motor bacarıqları, sosial ünsiyyət kimi təlimlər uşaqların inkişafında böyük rol oynayır.

Tam günlük proqram 9 saat ərzində icra edilir. Belə ki, təlimlər saat 08:30-dan başlayır və 17:30-dək davam edir. Uşaqlar 5 dəfə qidalanırlar. Onlar səhər yeməyi, arada meyvə saatı, nahar yeməyi, yenə arada şirniyyat saatı və şam yeməyi ilə təmin olunurlar.

Yarım günlük proqram isə 08:30-dan 12:30-dək 4 saat müddətində tamamlanır, davam edir. Bura 3 dəfə qidalanma, gündəlik 4 məşğələ, həftədə 3 dəfə psixoloq, 2 dəfə loqoped məşğələləri daxildir.

Xüsusi Uşaqlarla İş Proqramı – TEACCH, PECS, Denver Erken Müdaxilə Modeli haqqında, DIR/Floortime Yanaşması, Tətbiqi Davranış Analizi əsasında icra edilir. Uşaqlar həftənin 5 günü, 08:30-dan 17:30-dək rus və Azərbaycan dillərində təlimlərə cəlb olunurlar.

– Vəfa xanım, "Special Kids" reabilitasiya mərkəzindəki müalicəni digər bərpa müəssisələrindən fərqləndirən hansı üstün cəhətlər var? Yəni valideyn uşağını niyə məhz bu mərkəzə gətirsin?

– Əvvəla, hər bir valideyn uşağın inkişafı ilə bağlı çətinlik olduğuna şübhə etdikdə reabilitasiya mərkəzinə müraciət etməlidir. Burada bir məqamı qeyd etmək yerinə düşər ki, uşaqları müəssisəyə qəbul edəndə inkişaf pozuntusu olan uşağı üçün reabilitasiya mərkəzi axtaran valideynə öncə nəyə diqqət etməli olduğunu tövsiyə edirik.

Fərqlər barədə danışarkən onu da deyim ki, valideynlər günün cədvəli ilə uşaqlar müəssisədə qaldıqları müddət ərzində onları daim “online” izləyə bilirlər. İlkin dəyərləndirmə və hər 3 ayda bir dəfə olmaqla inkişafı izləmək üçün PEP-R, AGTE, GÖBDÖ, PORTEC və digər dəyərləndirmələr tətbiq olunur. Eyni zamanda, mütəxəssislərin mütəmadi olaraq iş keyfiyyətlərinin artırılması üçün onlara təlimlər və superviziyalar təşkil edilir. Qida təliminin şəffaflığının təmin edilməsi üçün valideynlərə həftədə 1 dəfə menyu göndərilir. Ayda bir dəfə uşaqlar üçün ekskursiyalar təşkil olunur.

Müəssisəyə qəbul edilən uşaq haqqında məlumatların məxfi saxlanmasına ciddi şəkildə diqqət yetirilir. Məlumatın üçüncü şəxslər, kütləvi informasiya və sosial şəbəkə platformalarında paylanılmamasına nəzarət edilir. Müəssisədə çalışan mütəxəssislərin profilə uyğun ali təhsillərinin olması şərtdir.

Bundan başqa, mərkəzdə bir çox proqramlar həyata keçirilir. “Valideyn Dəstək Proqramı” çərçivəsində və bölgələrə səfər zamanı aztəminatlı ailələr üçün ödənişsiz konsultasiyalar təşkil edilir. Proqramın icrası zamanı “Ev müşahidəsi” tətbiq edilir. Bu zaman mütəxəssislər uşaqları ev şəraitində müşahidə edirlər.

“Sosial gəzintilərdə dəstək” proqramının icrasında mütəxəssis, ictimai yerlərdə uşaqların problemli davranışlarını idarə etmək üçün valideynlərə davranışa müdaxilə texnikalarını praktik və nəzəri olaraq öyrədir.

“Sosial şəbəkələrdə dəstək qrupları” proqramı çərçivəsində valideynlər üçün onlayn platformalarda dəstək qrupları təşkil edilir.

“Qaynar xətt” xidməti valideynlərin təklif və şikayətlərini dinləmək və operativ olaraq həllini təmin etmək məqsədi daşıyır.

– Xüsusi təhsilə ehtiyacı və sağlamlıq imkanları məhdud olan uşaq üçün reabilitasiya müddəti necə seçilir?

– Təlimdə olan uşaqların inkişafının mütləq şəkildə dəyərləndirilməsi vacibdir. Buna görə mütəxəssislər vahid müddət intervalı ilə uşağın inkişaf dinamikasını izləyirlər. Dəyərləndirmə keçirildikdən sonra fərdi inkişaf planı hazırlanır və valideynin bu barədə məlumatlı olmasına diqqət edilir. İnkişaf hədəfləri aydın və kənardan müşahidə olunmalıdır.

Reabilitasiya müddəti və həcmi (dərslərin sayı və cəlb olunan mütəxəssisin profili) uşağın fərdi sağlamlıq və təhsil ehtiyaclarına əsaslanaraq təyin olunur və tənzimlənir. Əgər bir uşaqla bir neçə mütəxəssis işləyirsə, o zaman onların inkişaf planları bir-birilə əlaqəli olmalıdır.

Valideynə dərsin keçirilməsini canlı müşahidə etmək üçün imkan yaradılmalıdır. Fiziki və mənəvi şiddətin olmamasına diqqət yetirilməlidir. Yalnız belə halda uşağın sağlamlığı təhlükə altında olmaz. Eyni zamanda, qazanılan nəticələr mütəxəssisin təlim keçdiyi məkanla məhdudlaşmamalıdır. Yəni təlim zamanı əldə edilən nəticələr ümumiləşdirilməlidir.

– İnkişafla bağlı çətinliyi hiss olunan uşaqların valideynlərinə nə tövsiyə edərdiniz? Uşaq müəssisəyə nə vaxt gətirilməlidir?

– Əvvəla, uşağın inkişafı ilə bağlı çətinlik olduğuna şübhə yarandığı zaman valideyn narahat olmalı və həkimə müraciət etməlidir. Yəni uşağın idrak, sosioemosional və fiziki inkişaf sahələrində bacarıqları həmyaşıdlardan fərqləndiyi zaman bu addım atılmalıdır. İlkin müayinəni icraçı direktor aparır. Adətən, əksər uşaqlar psixiatrik müayinədən keçirlər. Bizi daha çox diaqnoz deyil, uşağın fərdi təhsil və təlim ehtiyacları maraqlandırır. Mərkəzə 1 yaşdan yuxarı olan uşaqlar qəbul olunur. Hazırda bağça əsaslı reabilitasiyaya cəlb olunmuş 28, fərdi cədvəl üzrə isə 21 uşağa xidmət göstərilir.

Xüsusi təlim və təhsilə ehtiyacı olan uşaqların valideynlərinin işi uşağı bərpa müəssisəsinə yönəltməklə bitməməlidir. Hər valideyn reabilitasiya ilə yanaşı, övladını həkim nəzarətində saxlamalıdır. Bu, uşağın probleminə uyğun təyin edilməlidir. Yəni uşağın inkişafının ləngidiyi sahənin mütəxəssisi ilə valideynin qarşılıqlı əlaqəsi qurulmalıdır. Təcrübə göstərir ki, bu mütəxəssis, çox vaxt uşaq və yeniyetmə həkim – psixiatrı olur.

Bəzən valideynlər doğru ünvan seçmirlər və uşağın təlim və bərpasına ayrılan müddətdə müsbət dinamika görünmür. Belə valideynlərə demək istəyirəm ki, öncə övladınızın problemini düzgün mütəxəssisə etibar edin, ünvanı doğru seçin və özünüz də bərpa prosesində iştirak edin.

Müsahibəni hazırladı:
Zərifə BƏŞİRQIZI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 İyul 2026 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see715

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see664

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see399

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see246

Nikolay Baskov boşanmasının əsl səbəbini açıqladı

12 Oktyabr 2026 06:32see244

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see242

Almaniya Aİ səhiyyəsini hərbi böhrana hazır olmağa çağırıb

12 Oktyabr 2026 09:53see222

Ətir istifadə edənlərə xəbərdarlıq

12 Oktyabr 2026 04:05see214

Yuxu rejimini dəyişməyin sadə YOLU

12 Oktyabr 2026 10:57see208

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see204

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see198

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see190

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see190

İraqın Baş naziri Səudiyyə Ərəbistanına səfər edəcək

12 Oktyabr 2026 02:58see184

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see182

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see174

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see172

"Milan"ın xal itkisi Video

12 Oktyabr 2026 05:18see170

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see167

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri