Icma.az
close
up
RU
Şəfqət və mərhəmət ayı...

Şəfqət və mərhəmət ayı...

Yeniavaz saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Artıq Ramazan ayının astanasındayıq desək, yəqin ki, səhv etmərik…
On bir ayın sultanı adlanan Ramazanı digər aylardan fərqləndirən bir çox xüsusiyyətlər, bir çox fərqlər var. Sosial baxımdan yanaşdıqda Ramazan ilk növbədə cəmiyyətdə kasıbla varlının, acla toxun, imkansızla imkanlının, xəstə ilə sağlamın, kəndli ilə şəhərlinin bir-birinə yaxınlaşdığı, əl uzatdığı, qarşı tərəfin halından, dərdindən xəbər tutduğu aydır.
Bu ayda qəribə mənzərələr ortaya çıxır. Ziddiyyətlər bir-birinə yaxınlaşır, qonşu olur və çiyin-çiyinə yoldaş olub bir niyyətə, bir ünvana yola çıxır. Bu ay insanın özünün belə xəbəri olmadan içində gəzdirdiyi gözəl hisslərin, gözəl duyğuların üzə çıxdığı mübarək zaman dilimidir. Bu ayda oruc tutan varlılar yoxsulları xatırlamaqla kifayətlənmir, ürəklərində onlara qarşı şəfqət hiss edirlər.
Bəli, Ramazan fərqli bir mənəvi iqlimdir. Bu iqlimə özünü hazırlayanlar, heç şübhəsiz, ondan xeyir görür, fayda əldə edirlər.
Ramazan cəmiyyətdə yoxsulluğun, aclığın aradan qaldırılması üçün də həm çox gözəl bir fürsət, həm də çox gözəl bir vasitədir. Bu gözəl ayda könül xoşluğu qazanmaq üçün sağımızın-solumuzun dərdini öyrənməyə, bütün qonşularımızla hal-əhval tutmağa, onların ağrı-acılarını bölüşməyə çalışmalıyıq.
Bu ayda həm də müsəlmanlar bir yol tapıb əl tutmağa, yardım etməyə çalışırlar. Ramazan ayında onlar “Qonşusu ac ikən tox yatan bizdən deyil” hədisinin incəliyini daha dərindən dərk edirlər. Süfrələrindəki nemətləri bölüşməklə bu ayın sevincini də bölüşürlər.
Ramazan ayının bu xüsusiyyəti sosial ədalətin bərqərar olmasında da az rol oynamır.
Ramazan həm də insanların dərdlərini bölüşdüyü, bölüşdükcə də azaldığı zaman dilimidir.
Bu mübarək ay həm süfrələrimizin, həm də ürəklərmizin bərəkət mövsümüdür. Bu ayın bütün gözəlliklərini yaşamaq üçün bu mübarək mövsümə gərək ürəkdən hazırlaşa, onun iqliminə, onun atmosferinə gərək ürəkdən bağlanasan.
Ramazanın bütün zövqünü, ləzzətini yaşamaq diləyi ilə!..
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:168
embedMənbə:https://yeniavaz.com
archiveBu xəbər 09 Fevral 2025 23:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see461

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see306

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see241

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see226

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see218

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see217

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see211

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see203

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see193

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see190

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see174

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see173

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see172

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see171

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see170

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see164

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see162

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri