Paytaxtın nəqliyyat sistemi dəyişdi: Sərnişinləri nə gözləyir?
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
"Bakı Metropoliteni" QSC-nin "BakuBus" və "Bakı Taksi Xidməti" MMC-lərin ona qoşulması formasında yenidən təşkil edilməsi ictimai nəqliyyat sahəsində idarəetmənin daha təkmil şəkildə təşkil edilməsinə, xidmətlərin qarşılıqlı inteqrasiyasının gücləndirilməsinə və şəhər mobilliyinin daha səmərəli təmin olunmasına yönəlib".
Sitat.info xəbər verir ki, bu fikirlər səhmdar cəmiyyətinin yaydığı açıqlamada yer alıb.
Bildirilib ki, yenidən təşkil çərçivəsində ictimai nəqliyyat sistemində vahid və əlaqələndirilmiş idarəetmə modelinin tətbiqi, xidmət keyfiyyətinin artırılması, rəqəmsal həllərin genişləndirilməsi və sərnişin rahatlığının daha da yüksəldilməsi istiqamətində mərhələli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur:
"Eyni zamanda metro, avtobus, tramvay və taksi xidmətləri arasında inteqrasiyanın daha da gücləndirilməsi, ictimai nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun inkişaf etdirilməsi, sərnişindaşıma xidmətlərində təhlükəsizlik və operativliyin artırılması, eləcə də şəhərdaxili hərəkətin daha rahat və səmərəli təşkili istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur".
"Yenidən təşkil prosesi çərçivəsində sərnişinlərə göstərilən xidmətlərin fasiləsizliyi təmin ediləcək, mövcud marşrut və xidmətlər üzrə fəaliyyət davam etdiriləcək", - açıqlamada qeyd edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 May 2026 20:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















