P.Diddi həbsxanadan xəstəxanaya aparıldı
Icma.az bildirir, Azxeber.com portalına istinadən.
Amerikalı reper P.Diddi (əsl adı - Şon Kombs) başından aldığı xəsarətə görə saxlanıldığı həbsxanadan təcili olaraq xəstəxanaya aparılıb.
Bu barədə TMZ nəşri Nyu-Cersi ştatındakı Fort-Diks federal cəzaçəkmə müəssisəsindəki mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, oktyabrın 10-na keçən gecə həbsxanaya təcili tibbi yardım çağırılıb. Kombsun ən yaxın xəstəxanaya aparıldığı ehtimal olunur, lakin onun başından xəsarəti hansı şəraitdə alması hələ məlum deyil. Səhər açılmamışdan əvvəl reper həbsxanaya qaytarılıb, onun huşu yerində olub və danışa bilib.
Xatırladaq ki, 2024-cü ildə həbs edilən Kombs 2025-ci ildə insan alveri ittihamı üzrə iki epizodla təqsirli bilinərək 50 ay müddətinə azadlıqdan məhrum edilib. Reperin azadlığa buraxılması 21 yanvar 2028-ci il tarixinə planlaşdırılır.
///oxu.az///
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:95
Bu xəbər 13 Oktyabr 2026 03:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















