Icma.az
close
up
RU
Pediatriya Mərkəzində QALMAQAL Azər Əhmədovu əvəzləyən kimdir?

Pediatriya Mərkəzində QALMAQAL Azər Əhmədovu əvəzləyən kimdir?

Icma.az, Yenisabah portalına istinadən məlumat yayır.

Respublika Pediatriya Mərkəzinin rəhbəri dəyişib. TƏBİB sədrinin imzaladığı müvafiq əmrlə direktor Azər Əhmədov işdən çıxarılıb. Digər əmrlə bu posta Erkin Rəhimov gətirilib.

A.Əhmədovun vəzifədən uzaqlaşdırılması tibb ictimaiyyətində birmənalı qarşılanmayıb. Bir qrup həmkarı onun fəaliyyətini yüksək qiymətləndirərək bildirib ki, A.Əhmədov ölkədə pediatriya sahəsinə ciddi töhfə verən, sistemə yeni nəfəs gətirən həkimlərdən biri idi. Onun vəzifədən uzaqlaşdırılması bir çox tibb işçisinin motivasiyasına mənfi təsir göstərəcək.

Eyni zamanda, digər qrup həkim isə yeni təyinatın müsbət qarşılandığını bildirir və Erkin Rəhimovun peşəkar təcrübəsini önə çəkir. pizza mizza

Bəs yeni direktor kimdir?

“Yeni Sabah”ın xəbərinə görə, mütəxəssislər E.Rəhimovun geniş beynəlxalq və yerli tibbi təcrübəyə malik olduğunu bildirir. 

O, 2001-2003-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb, daha sonra 2003-2007-ci illərdə İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində təhsilini davam etdirib.

2008-2012-ci illərdə həmin universitetin Uşaq sağlamlığı və xəstəlikləri ixtisası üzrə uzmanlıq təhsilini tamamlayan E.Rəhimov 2012-2014-cü illərdə “İstanbul Memorial Hizmet” Xəstəxanasında Neonatologiya şöbəsinin rəhbəri kimi fəaliyyət göstərib.

2014-cü ildən bu günə qədər “Baku Medical Plaza”nın Pediatriya şöbəsinin müdiri vəzifəsində çalışıb. O, həmçinin 2019-cu ildən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Pediatriya kafedrasında assistent kimi fəaliyyət göstərir.

E.Rəhimovun Azərbaycan və beynəlxalq səhiyyə sistemində bir sıra vəzifələrdə təmsil olunduğu bildirilir. O, Azərbaycan Pediatriya Cəmiyyətinin İdarə Heyətinin sədr müavini, Kistoz Fibrozlu Xəstələrə Yardım İctimai Birliyinin üzvü, eləcə də Beynəlxalq Pediatriya Assosiasiyasının Daimi Komitəsinin üzvüdür.

Eyni zamanda Səhiyyə Nazirliyinin pediatriya üzrə mütəxəssis-ekspertidir.

Onun fəaliyyəti çərçivəsində Azərbaycanda ilk multidissiplinar uşaq mərkəzinin formalaşdırılması, böyük həcmli pediatrik toplantıların təşkili və beynəlxalq elmi konfranslarda iştirak kimi layihələr qeyd olunur.

Məlumata görə, E.Rəhimov həm rus, həm də ingilis dillərində peşəkar tibbi təqdimatlarla çıxış edə bilən mütəxəssislərdəndir. O, həmçinin müasir peyvəndləmə üzrə yeni nəşr olunan əl kitabının həmmüəlliflərindən biridir və bir sıra beynəlxalq elmi məqalələrin müəllifi kimi tanınır.

Qeyd edək ki, bir tərəf bu təyinatı sistemdə yenilənmə kimi qiymətləndirir, digər tərəf isə əvvəlki rəhbərin fəaliyyətinin davamlılığının vacibliyini önə çəkir. Çünki həm A.Əhmədov, həm də E.Rəhimov ölkənin tanınmış pediatrıdır.

Yeni rəhbərin fəaliyyəti isə yaxın aylarda daha aydın şəkildə qiymətləndiriləcək.

Əsmətxanım Rzazadə 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 14 May 2026 17:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri