Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Pəhləvilər kimdir: hakimiyyətə necə gəldilər, niyə getdilər? Maraqlı FAKTLAR

Pəhləvilər kimdir: hakimiyyətə necə gəldilər, niyə getdilər? Maraqlı FAKTLAR

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

İranda etiraz aksiyaları davam edir. Devrilmiş şah Məhəmməd Rza Pəhləvinin ABŞ-da yaşayan oğlu Rza Pəhləvinin hadisələr fonunda aktivliyi isə xüsusi diqqət çəkir. O özünü etirazçıların lideri kimi təqdim edir.

Rza Pəhləvinin də mənsub olduğu Pəhləvilər kimdir? Onlar necə və hansı yolla hakimiyyətə gəlmişdilər?

Globalinfo.az bildirir ki, sülalənin banisi Rza xan 1878-ci ildə Mazandaran bölgəsində anadan olub.

Rza xanın etnik kimliyi ilə bağlı dəqiq sənədlər məhduddur, amma tarixi mənbələr “mazani” olduğunu yazır. Mazanilər iranidilli xalqdır. Bu dil fars dilinə yaxındır, lakin ayrıca qoldur. Yəni Rza şah nə klassik fars aristokratiyasına, nə də qədim “ari” zadəgan nəslinə mənsub idi. “Pəhləvi” soyadı isə sonradan seçilib. O, bununla özünü qədim İran dövlətçilik ənənəsi ilə bağlamaq istəyirdi.

Elmi mənbələrdə “Pəhləvi” sözü Parfiya dövrünün (Arşakilər) dili və mədəniyyəti ilə əlaqələndirilir. Rza xan bununla Qacar türk sülaləsindən fərqli olaraq, iran millətçiliyinə əsaslanan legitimlik yaratmaq istəyirdi.

Rza xanın yüksəlişi atası Abbasəli xanla başlayıb. Belə ki, o, İran kazak briqadasında aşağı rütbəli zabit olub, lakin erkən yaşda həyatını itirib. Atasının yolunu gedən Rza da İran Kazak Briqadasında xidmətə alınır.

Rza xan Pəhləvinin yüksəlişi fərdi istedad yox, dövlətin zəifliyi və hərbi strukturların rolu ilə bağlı idi. XIX əsrin sonu – XX əsrin əvvəllərində Qacar dövləti faktiki olaraq dağılmış vəziyyətdə idi. Mərkəzi hakimiyyət zəif, əyalətlər yarı-müstəqil, ordu isə pərakəndə idi. Belə bir şəraitdə yeganə nizamlı hərbi birlik İran Kazak Briqadası idi. Rza xan məhz bu briqadaya sadə əsgər kimi daxil oldu. O, qısa müddətdə aşağı rütbələrdən yuxarı pillələrə qalxdı və zabit oldu.

Birinci Dünya müharibəsindən sonra İran tam xaos içində idi. İngiltərə üçün əsas problem təhlükəsiz, mərkəzləşdirilmiş İran idi. 1921-ci ildə baş verən hərbi çevriliş təsadüfi deyildi. Rza xan silahlı gücü təmin edən fiqur, Seyid Ziyaəddin Təbatəbai isə siyasi üz idi. Rza xan çevrilişdən sonra orduya nəzarəti ələ aldı və real hakimiyyətin kimdə olduğu qısa zamanda aydınlaşdı.

Rza şah

Sonrakı mərhələdə Rza xan nüfuzunu möhkəmləndirmək üçün üç əsas addım atdı:

Birincisi, ölkə daxilindəki tayfa və regional silahlı qüvvələri zorla tərksilah etdi. Bu, əhali üçün “təhlükəsizliyin bərpası” kimi görünsə də, əslində bütün güc mərkəzlərinin məhv edilməsi idi.

İkincisi, yeni, mərkəzi ordu yaratdı və bu orduda şəxsi sədaqətə əsaslanan kadrlar irəli çəkildi.

Üçüncüsü isə özünü “ölkəni xilas edən lider” obrazında təqdim etməyə başladı.

Rza xan şah olanda “Pəhləvi” adını götürdü, öz kəndli keçmişini gizlədərək qədim İranla süni bağ qurdu. Məktəblər, tarix dərslikləri və dövlət mediası vasitəsilə yeni milli mif yaradıldı. Bu mifə görə, o, xaosu bitirən, İranı ayağa qaldıran xilaskar idi.

Oğlu Məhəmməd Rza Pəhləvininin anası Təcülmüluk Ayromlu idi. Bununla belə, onun türk mənşəli olduğu barədə mənbələr var. Məhəmməd Rza şahın dövründə Pəhləvilərin özlərini “ari irq”, qədim fars sülaləsinin davamçıları kimi təqdim etməsi daha da intensivləşdi.

Rza şahın əsas hədəfi sekulyar, mərkəzləşdirilmiş, Avropa tipli dövlət qurmaq idi. Bu layihədə dinin ictimai rolu minimuma endirilməli idi. Bu səbəbdən ilk addımlar ruhaniyyətin iqtisadi və sosial dayaqlarını sarsıtmağa yönəldi. Vəqflər dövlət nəzarətinə alındı, dini məhkəmələr ləğv edildi, şəriət hüququnun yerinə dövlət qanunları tətbiq olundu. Bu, mollaların cəmiyyət üzərindəki real təsirini ciddi şəkildə azaltdı.

Ən kəskin qarşıdurma geyim və həyat tərzi islahatları ilə ortaya çıxdı. 1936-cı ildə qadınların hicab taxması qadağan edildi (Kəşf-e hicab). Bu qərar dini yox, zorakı üsulla tətbiq olundu. Polis küçələrdə qadınların baş örtüyünü zorla çıxarırdı. Bu hadisə ruhaniyyət və dindar əhali üçün dövlətin dinə açıq hücumu kimi qəbul edildi. Eyni zamanda mollaların ənənəvi geyimləri də nəzarət altına alındı, dini rəmzlər ictimai məkandan sıxışdırıldı.

Rza şahın hakimiyytinin sonunu gətirən əsas məqmlardan biri də onun İkinci Dünya müharibəsi zamanı tutduğu mövqe idi. Belə ki, İran rəsmi olaraq bitərəf qalsa da, Rza şah Almaniya ilə əlaqələri kəsmədi. Alman mühəndislər ölkənin dəmir yollarında, sənaye və rabitə sahələrində çalışırdı. Britaniya və Sovet İttifaqı bunu təhlükə kimi görürdü, çünki İran həm neftə nəzarət, həm də Sovetlərə hərbi yardımın daşındığı əsas yol idi. Rza şahın sərt və müstəqil davranışı bu güclər üçün idarəolunmaz hesab olunurdu.

Məhəmməd Rza Pəhləvi, Rza Pəhləvi, Fərəh Pəhləvi

1941-ci ilin yayında Britaniya və SSRİ İranı iki tərəfdən işğal edəndə Rza şahın illərlə qurduğu ordu faktiki olaraq çökdü. Britaniya açıq şəkildə onun qalmasını istəmirdi, amma monarxiyanı da tam ləğv etmək riskli sayılırdı. Ona görə çıxış yolu kimi Rza şahın getməsi, taxtın isə oğluna verilməsi planlaşdırıldı.

Rza şah bu qərarı könüllü vermədi. Ona açıq şəkildə bildirildi ki, ya taxtdan imtina edəcək, ya da zorla devriləcək. O da monarxiyanın davamı naminə geri çəkilməyə məcbur oldu. 1941-ci ilin sentyabrında o, rəsmi şəkildə taxtdan əl çəkdi və yerinə oğlu Məhəmməd Rza taxta keçdi.

Məhəmməd Rza Pəhləvi dövründə münasibətlər zahirən yumşaq görünsə də, əslində qarşıdurma daha dərinləşdi. Şah Qərbyönlü modernləşməni sürətləndirdikcə, ruhaniyyət cəmiyyətdə müxalif ideoloji mərkəzə çevrildi. Xüsusilə 1963-cü ildə elan edilən Ağ İnqilab (torpaq islahatı, qadınlara səsvermə hüququ və s.) mollalar tərəfindən “İslam dəyərlərinə zidd” kimi qiymətləndirildi. Ayətullah Xomeyninin açıq şəkildə Şaha qarşı çıxışı məhz bu mərhələdə başladı.

Burada əsas məsələ təkcə din deyildi. Ruhaniyyət Pəhləviləri xarici güclərin – xüsusilə ABŞ və Britaniyanın təsiri altında olan rejim kimi təqdim edirdi. Bu arqument geniş xalq kütlələri üçün inandırıcı idi, çünki Şah rejimi milli iradədən çox, təhlükəsizlik orqanlarına və xarici dəstəyə söykənirdi. Beləliklə, mollalar tədricən milli-mənəvi müqavimətin simvoluna çevrildilər.

Nəticədə Pəhləvilər ruhaniyyəti tam sıradan çıxara bilmədi. Əksinə, onu yer altına itələyərək daha təşkilatlanmış və ideoloji cəhətdən sərt bir gücə çevirdi. 1979-cu il İslam İnqilabı ilə Məhəmməd Rza Pəhləvi ölkəni tərk etməli oldu və İranda tamamilə fərqli rejim hökmranlığa başladı.

Hazırladı: Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:331
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Yanvar 2026 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri