Icma.az
close
up
RU
İranda rəngli inqilab” təhlükəsi: Pəhləvilər hakimiyyətə qayıdır?

İranda rəngli inqilab” təhlükəsi: Pəhləvilər hakimiyyətə qayıdır?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

"İranda vəziyyət olduqca gərgindir".

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı "Cebheinfo.az"-a açıqlamasında deyib.

O bildirib ki, İrandakı daxili problemlərin artması aksiyalara səbəb oldu: 

"Aksiyaların dayanması üçün ölkədəki müəyyən problemlər öz həllini tapmalıdır. Düzdür, Məsud Pezeşkian Prezident seçiləndən sonra təxminən bir sərbəstlik yarandı, baş örtüyü, hicabla bağlı da qərar verdi və sakit şəkildə onun istədiyi qərar həyata keçirildi

Cəmiyyətdə müəyyən insanlar artıq sərbəst şəkildə danışırlar, bu da Pezeşkianın xidmətidir. Yəni insanlar artıq çəkinmirlər, qorxmurlar. Ancaq rejimlə bağlı narazılıqlar qalmaqdadır. İranlılar artıq molla rejiminin dəyişməsini istəyirlər". 

Siyasətçinin sözlərinə görə, İrandakı rejim mütləq dəyişməlidir:

"Bunu hər kəs kimi Pezeşkian da başa düşür. Ona görə müəyyən təbliğatlar və islahatlar aparmalmalıdır. İran növbəti dəfə yanlış yolla getməməlidir. 20-ci əsrdə dəfələrlə belə səhvlərə yol veriblər. Bu səbəbdən də İranda düzgün bir nəticə yoxdur.

Məsələn, 1925-ci ildə burada pəhləvilər hakimiyyətə gəldi, amma ümidləri doğrultmadılar. Hazırda da İranda müəyyən qruplar var ki, fars xətti hakimiyyətini əldən vermək istəmirlər. Başa düşürlər ki, indiki dini rejim gedir. Məhz bu səbəbdən pəhləviləri qabardırlar. Amma pəhləvilərin belə bir haqqı yoxdur".

Akif Nağı qeyd edib ki, pəhləvilər hakimiyyətdən getməsinə rəğmən, molla rejimi də din adı altında üstüörtülü şəkildə eyni sistemi davam etdirir:

"İranda yenə də əslində pəhləvilərin fars rejimi davam edir. İndi isə insanlar artıq dəyişik istəyirlər. Hesab edirəm ki, İran 1925-ci ilə qədərki Azərbaycan mahiyyətinə qayıtmalıdır. Orada Azərbaycan dili dövlət dili elan olunmalıdır. 

Bunu da hər kəs başa düşməlidir ki, iki dəfə 20-ci əsrdə fars layihəsini həyata keçirməyə çalışdılar, amma 4 min ildir ki, Azərbaycan türklərinin hakimiyyətini əvəz edə bilmirlər. Yəni o ölkənin firavanlığı həmişə azərbaycan türklərinin hakimiyyəti ilə bağlı olub".

Partiya sədri diqqətə çatdırıb ki, İran üçün xilas yolu orada Azərbaycan türklərinin mahiyyəti yenidən hakimiyyəyətə qayıtmasıdır:

"Hazırda Məsud Pezeşkian kimi Azərbaycan türkü İran Prezidentidir. Üstəlik, onun haqqında müsbət rəy də var. İstəyərdik ki, farslar və Azərbaycan türkləri Pezeşkianın ətrafında birləşsinlər.

Çünki o, mövqeyini düzgün qoyur, dünyanın çağırışlarına cavab verir. Hesab edirəm ki, belə bir şəraitdə İran molla rejiminin deyil, Pezeşkianın ətrafında birləşib irəli getməyi seçməlidir. Pəhləvilərin isə artıq hakimiyyətə qayıtmaq şansı yoxdur".

Elmir Mustafa
"Cebheinfo.az"

Açar sözlər: İran pəhləvilər Pezeşkian

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:202
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 12:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri