Pekində gənələr vasitəsilə yayılan yeni virus növü tapıldı
Icma.az bildirir, Qafqazinfo portalına istinadən.
Pekindəki Patogenlərin Öyrənilməsi və Bionəzarət üzrə Dövlət Mərkəzi Laboratoriyasının alimləri gənələrin yaydığı yeni “ALTNV” (Asiya uzunbuynuzlu gənə nayrovirusu) ştamını müəyyən ediblər.
“Qafqazinfo” xəbər verir ki, “New England Journal of Medicine” jurnalında yayımlanan tədqiqata əsasən, 47 mindən çox gənənin 2 faizindən azında bu virusun RNT-si tapılıb.
Xəstəlik yüksək hərarət, halsızlıq, qripəbənzər əlamətlər və mədə-bağırsaq pozuntuları ilə müşahidə olunur.
Təkbaşına “ALTNV” infeksiyası həyat üçün birbaşa ölümcül təhlükə yaratmır və xəstələr tam sağalır. Lakin onunla bərabər başqa bir gənə virusuna (DBV) eyni vaxtda yoluxma baş verdikdə xəstəlik daha ağır keçir.
Mütəxəssislər həmçinin xəbərdar edirlər ki, paralel olaraq Nyu-Yorkda qeydə alınan başqa bir gənə infeksiyası — Burbon virusu üçün hələlik xüsusi peyvənd və dəqiq diaqnostika üsulları mövcud deyil.
Baxış sayı:123
Bu xəbər 10 Sentyabr 2026 06:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















