Icma.az
close
up
RU
Pekində Trampın Çinlə yaxşı əlaqələr qurmaq istəyinə inanmırlar Elxan Şahinoğlu

Pekində Trampın Çinlə yaxşı əlaqələr qurmaq istəyinə inanmırlar Elxan Şahinoğlu

Icma.az, Redaktor.az portalına istinadən məlumat yayır.

"Pekin Trampın vədinə inanmır. Ağ Evdə ABŞ və Ukrayna Prezidentləri arasında baş verən qalmaqal Rusiya və Çinin maraqlarına cavab verib. Bu olayın iki səbəbdən Rusiya üçün faydası var. Birincisi, ABŞ-Ukrayna ittifaqı dağılıb. İkincisi, təhlükəsizlik məsələsi ilə bağlı ABŞ-la Avropa İttifaqı arasında fikir ayrılığı dərinləşib. Kreml bundan öz məqsədləri üçün istifadə etməyə çalışacaq. Rusiya Prezidenti Vadimir Putin yaxın günlərdə amerikalı həmkarı Donald Trampla görüşməyə çalışacaq. Putinin məqsədlərindən biri də ABŞ-ın Rusiyaya qarşı sanksiyalarını yumşaltması və iki ölkə arasında siyasi və iqtisadi əlaqələrin bərpasıdır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. O, deyib ki, Çin də mövcud vəziyyətdən yararlanmağa çalışacaq.

"Pekində hesab edirlər ki, Avropa ölkələrinin və Ukraynanın Çinlə iqtisadi sahədə əməkdaşlığa maraqları artacaq. Təsadüfi deyil ki, Ukrayna rəsmiləri Ağ Evdəki qalmaqaldan sonra Çinlə dialoqun genişləndirilməsi vacibliyi barədə fikirlər söyləyiblər. Buna baxmayaraq, Pekin müxtəlif ölkələrin öz aralarındakı gərginlikdə tərəf olmaq istəmir. Pekində Donald Trampın Çinlə yaxşı əlaqələr qurmaq istəyinə inanmırlar. Ona görə də Pekin Vaşinqtonla siyasi və iqtisadi müstəvidə mübarizəyə hazırlaşır. Hər iki tərəfin bir-birinə qarşı artırdığı rüsumlar da bundan xəbər verir.

Çin lideri Si Cinpin ölkəsinin həm iqtisadiyyatda, həm də xarici arenada ciddi problemlərlə üzləşməli olduğu şəraitdə öz xalqının rifahının yaxşılaşdırılması yolu ilə inamla getməsi vacibliyini bildirib. Bu o deməkdir ki, Çin müxtəlif dövlətlərin problemlərinin həlli ilə məşğul olmayacaq. Pekinin yeganə məqsədi beynəlxalq aləmdəki xaosdan istifadə edərək Çinin iqtisadi və hərbi gücünü artırmaqdır. Bu Çin parlamentinin bu gün işə başlayan sessiyasında da əsas mövzu olacaq.

Parlamentin sessiyasında Kommunist Partiyasının hakim rolunun bir daha vurğulanacağı proqnozlaşdırılır. Si Cinpin partiyaya 2012-ci ildən rəhbərlik edir və bu gedişlə o hələ uzun müddət hakimiyyətdə qalacaq. Si Cinpin sessiyada hökumətin əsas prioritetlərini açıqlayacaq. Çin iqtisadiyyatında bu gün əsas problemlərdən biri daşınmaz əmlakla bağlıdır. Tikilən çoxsaylı mənzillərə kifayət qədər alıcı yoxdur. Bu isə öz növbəsində daşınmaz əmlak sahəsində böhran yaradıb. Pekin bu vəziyyətdən çıxış yolları axtarır. Çində maaşlar artsa da, gənclər arasında işsilik də artıb. Kommunist Partiyası bu problemi də həll etmək məcburiyyətindədir".

Vasif

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 04 Mart 2025 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see276

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see259

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see189

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see177

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see162

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see153

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see147

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see146

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see144

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see136

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see135

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri