Icma.az
close
up
RU
Trampın növbəti hədəfi İran olacaq Elxan Şahinoğlu

Trampın növbəti hədəfi İran olacaq Elxan Şahinoğlu

Metbuat saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Donald Tramp ikinci dəfə ABŞ-də prezident kimi fəaliyyətinə başladı. Bir çox ölkə başçıları bu münasibətlə onu təbrik etdi. Həmçinin İsrailin Baş naziri Benyamin Netanyahu da Trampa təbrik mesajı ünvanlayanlar sırasındadır. Netanyahunun mesajında bildirilib: "Əminəm ki, biz İranın terror oxunun məğlubiyyətini başa çatdıracağıq və regionumuz üçün yeni sülh və rifah dövrünü açacağıq".

Bəs İsrail höküməti ilə Tramp münasibətlərinin inkişafı fonunda İrana hücum ola bilər?

Bu barədə “Atlas” Araşdırmalar Mərkəsizinin rəhbəri, politoloq Elxan Şahinoğlu Metbuat.az-a bildirib ki, Tramp administrasiyasının xarici siyasətinin əsas istiqamətlərindən biri İran olacaq.

Onun sözlərinə görə, İrana qarşı iki ciddi tələb səslənəcək:

“Birincisi, İran bölgədəki terrorçu və silahlı qruplaşmalara dəstəkdən əl çəksin. Söhbət HƏMAS, Hizbullah və Yəməndəki husilərdən gedir. Əgər bu dəstək davam edərsə, əlbəttə, Tramp administrasiyası İsraillə birgə ittifaq içində İrana təzyiqi artıracaq. Bu halda İrana ünvanlı zərbələr də endirilə bilər. İkinci tələb isə İranın nüvə çalışmalarından imtina etməsidir. Sözdə nüvə çalışmalarını apardıqlarını etiraf etmirlər, amma əməldə beynəlxalq aləm İrandan hər zaman şübhəlidir. Bu məsələdə də İsrail və Amerika İrana təzyiqi artıracaq”.

Politoloq qeyd edib ki, İranın bölgədəki terrorçu silahlı qruplaşmaları xeyli zəifləyib:

“HƏMAS və Hizbullah başsız qalıb, Əsəd rejimi devrilib. Yəni faktiki təhlükə İran sərhədinə gəlib yaxınlaşır. Amma çox təəssüf ki, İran mühafizəkar dairələri siyasətlərini dəyişmək istəmirlər. Elə Azərbaycana münasibətdə də bunu görürük. Ona görə də Tramp administrasiyası Rusiya-Ukrayna məsələlərini bitirəndən sonra istər-istəməz növbəti hədəf kimi İranı seçəcək”.

Sevinc İbrahimzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:185
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 24 Yanvar 2025 01:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri