Pələng Əfqanıstandakı Qarabağdan video paylaşdı
Icma.az, Olke.az saytına istinadən bildirir.
“Pələng” ləqəbi ilə tanınan azərbaycanlı "youtuber" Şahpələng Kərimov Əfqanıstanın Qəzni vilayətində yerləşən Qarabağ rayonuna səfər edib.
Ölkə.az xəbər verir ki, səfər zamanı çəkdiyi görüntüləri şəxsi “YouTube” kanalı və sosial şəbəkə hesablarında paylaşıb.
Paylaşılan videolarda rayonun ümumi mənzərəsi, küçələri və gündəlik həyat əks olunub. Görüntülər qısa müddətdə sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb. Xüsusilə rayonun adının Azərbaycanla əlaqələndirilməsi izləyicilərin diqqətini çəkib.
Qeyd edək ki, Əfqanıstanda “Qarabağ” adlı bir neçə inzibati ərazi mövcuddur. Onlardan biri Qəzni vilayətində, digəri isə Kabil əyalətində yerləşən rayonlardır. Bu ad oxşarlığına baxmayaraq, sözügedən ərazilərin Azərbaycanın Qarabağ bölgəsi ilə birbaşa əlaqəsi yoxdur.
Həmidə İbrahimova
Baxış sayı:91
Bu xəbər 30 Yanvar 2026 17:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















