Icma.az
close
up
RU
Pəncərədən səs gəlir... Ay bəri bax, bəri bax!

Pəncərədən səs gəlir... Ay bəri bax, bəri bax!

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

İçərişəhər.

Qədim tariximizi bu günə daşıyan qala divarları içindəki xudmani səhnə.

Və müasirliyin bizə yaşatdığı daha bir tamarzı qaldığımız nemət – canlı musiqi.

Əslində bütün bunlar bir harmoniya çərçivəsində cərəyan edir. Tarixi yaddaşımızı qorumaqda olan İçərişəhərə əsas qayəsi mədəniyyətimiz, xüsusilə də ədəbiyyatımızın inkişafına təkan verən sənət ocağının qarşısındaAzərbaycanın az qala bütün musiqi janrlarını əhatə edən səs fondumuzu təqdim etmək çox yaraşır.

“Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun İçərişəhərdəkiməkanında bu səhnə əzəlindən mədəniyyəti cəmiyyətə daşımaq kimi ali missiya üçün çox münasib yer idi. Bəlkə də zamanında burada bir gözətçilik çəkən, İçərişəhərin sakinlərini qorumaq üçün gecəsini gündüzünə qatan döyüşçülər də elə bu yerdəcə bir ağız zümzümə deyibmiş ki, yuxulamasın, yağı düşmən üstümüzə ayaq basmasın. Bu ilin bütöv yay mövsümü bu səhnədə mütəmadi şəkildə canlı musiqi səslənirdi və bu musiqinin missiyası hələ də qorumaq, hifz etmək, gələcək nəsillərə çatacaqları itirməmək və dağıtmamaq kimi aşıq yükü daşımaqdadır. Qala divarları boyunca memarlıq abidələrini heyranlıqla izləyənlər – onların sırasında turistlər yaşantılarını videoda əbədiləşdirməkdən xüsusi ləzzət alır –başını qaldırıb bu ecazkar musiqinin mənbəsini axtararaq qeyri-adi duyğular yaşayıb, çox güman ki. Bu layihənin “YouTube” kanalında izləyicilərinin sayı artıq 2 milyonu ötüb. Demək ölkə əhalisinin 5 nəfərdən biri bu barədə məlumatlıdır.

Layihə haqqında bir qədər müfəssəl: “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu, ASAN Radio və TV, "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Milli Konservatoriyasınin “ƏDİBİN EVİNİN SƏHNƏSİ” birgəlayihəsiartıq 12 buraxılışını reallaşdırıb. “Ədibin Evi”nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Milli Konservatoriyasının yaradıcı potensialı vəASAN Radio və TVyayımı iləgeniş auditoriya qazanan bu layihənin əsas məqsədi əlbəttə ki, mədəniyyətin təbliği ilə yanaşı müasir insanı canlı musiqi sehrinə qaytarmaqdır. Layihənin musiqi tərəfinin ağırlığını üzərinə götürmüş Azərbaycan Milli Konservatoriyası pedaqoqlar və tələbələrdən ibarət ifaçılar tərkibitəşkil etməkləhər buraxılış üçün müvafiq konsepsiya hazırlamışdı. Kamera şəraitində ifa edilən irili-xırdalı əsərlər ənənəvi musiqi janrları – muğam, aşıq musiqisi, xalq mahnı və rəqslərindən tutmuş professional yaradıcılıq – vokal repertuarı, populyar caz, estrada, etnocaz və bəstəkar musiqisinə kimi geniş spektrdətəqdim edilərək ölkədə demək olar, bütün mövcud musiqi janrlarınıvə dinləyici zövqünü əhatə edəcək qədər zəngin idi.

Əlbəttə, elə ilk buraxılışın muğam sədaları və “Qarabağ şikəstəsi”nin tükürpədici zəngulələri ilə başlaması, təşəbbüsün gənc ifaçılara, Muğam Televiziya müsabiqəsinin laureatlarına – Ədilə Əliyeva, Aydan Süleymanzadə, Leyla Mehdiyeva(müşayiətçilər: Rəsul Hacızadə (tar), Mahir Quliyev (kamança), Loğman Məmmədov (nağara)) – ötürülməsi AMK-nın varislik məsələsində tutduğu mövqenin real təcəssümü idi. Bizim ustad ifaçılarla rəqabətə girib nüfuzlu səhnələri bölüşə biləcək qüdrətində olan tələbələrimiz var və onlar muğam dəstgahından tutmuş artıq dillərdə əzbər olan "Xudayar təsnifi"nə (Mus: Əlibaba Məmmədov Söz: Əliağa Vahid)qədər bütün repertuarı gözəl mənimsəyiblər.İkinci buraxılış da vokal musiqiyə həsr edilmişdi. Dillər əzbəri olan mahnıları həm solo, həm də qrup halında səsləndirən ifaçılar Adil Həsənov, Altun Süleymanov, Mirəli Sarızadə, Ülkər Abdullayeva, Nərmin Mirzəyeva(müşayiətçilər: fortepianoda Əməkdar müəllimNaibə Şahməmmədova, nağarada Loğman Məmmədov)repertuardakı Azərbaycan bəstəkarlarının üzdə-qulaqda olan mahnılarını xüsusi şövqlə ifa etdilər. Təkrarsız müşayiət üslubu ilə seçilən Naibə xanımın ifaçılığını xüsusi qeyd etməmək ədalətsizlik olardı. Vokal ifaçılığına ayrılmış ilk blokun növbəti buraxılışı da təbii, ənənəvi musiqiyə aid olmalı idi. Xanəndə Fidan Süleymanzadə (müşayiət: tarda Səxavət Məmmədov, kamançada Nurəddin Tağıyev, qanunda Jalə Həsənzadə, nağarada Loğman Məmmədov) proqramı milli ifaçılıq ənənələrinə müvafiq, yəni muğam kompozisiyasından tutmuş xalq nəğmələri, artıq folklor materialı kimi qavranan müəllif musiqisinə qədər xalqın “sevilən” adlandırdığı repertuardan seçmələmişdi.

“Ədibin Evinin Səhnəsi” layihəsi üçünproqram və repertuar seçərkən sadəcə populyarlıq qazanmaq xətrinə xalqın sevdiyi, bəyəndiyi musiqiyə üstünlük verilməmişdi.Müasirlik və ənənə arasında balans tapmaq və iki səs sferasının sintezindən doğan yeni musiqiyə xüsusi diqqət ayırmaq çox vacib idi. Çünki Azərbaycan müxtəlif musiqi üslublarının dinc yanaşı yaşadığı unikal musiqi məkanıdır. Burada muğam, aşıq havalarını caz və estrada ilə eyni dərəcədə sevib dinləyən musiqi zövqü çoxdan formalaşıb. Bu səbəbdən də Xalq artisti Salman Qəmbərovun (piano –  Salman Qəmbərov, bas gitara – Nicat Paşazadə, zərb alətləri – Həsən Bilalov, solist – Rövşən Qəhrəmanov) dəstəsininhəm müəllif musiqisi, həm də populyar mövzularda caz improvizələrindən ibarət çıxışı həmin gündəcə eyni məkanda səslənənAMK-nın tələbələrindən ibarət aşıqlar dəstəsinin (Əli Məhərrəmzadə, Ramin Orucov, Turan İmamquliyeva, Elşən Məmmədov, Tacir Alxanov) ənənəvi aşıq havalarının ("Paşa köçdü", "Şahsevəni", "Dübeyti")ifası ilə qəti dissonans təşkil etmədi. Bununla belə, ənənəvi musiqinin əzəli ifaçılıq xüsusiyyətlərini qoruyub saxlaya bilmək hazırda musiqi tədrisində ən ümdə məsələlərdən biridir. Təyyar Bayramov və tələbələriÜlkər Abdullayeva, Xəyalə Qafarzadə, Mirəli Sarızadəbu məsələdə,istər muğam, istərsə də xalq havalarının ifasında güzəştə getməyənzümrəni təmsil edirlər. Amma bu, o demək deyil ki, ənənəyə müasir ifaçılıq elementləri, improvizə xüsusiyyətləri, estrada, caz elementləri gətirildikdə dinləyici sevgisindən məhrum olur. Bəlkə də əksinə, qanun ifaçısı Arifə İmanovavə Xalq artisti tarzən Malik Mansurovu məhz sintezə meylli olduqları və yeni səs icadına çalışdıqları üçün sevirlər. Arifə İmanovanın yolunu davam edən tələbələr (Kəmalə İsakova, Fidan Hacıəliyeva, Fatimə Tahirova, Leyla Tağıyeva, Dəniz Məmmədli)artıq bu cığırın yolçuluğundadırlar və “Səda” kompozisiyasında müəllimin solo ifasından bəzi elementlərin “Səhra” kompozisiyasında (müşayiət: pianoda – Əli Rüstəmzadə, nağarada – Əkbər Osmanov) ansamblda necə təzahür etdiyini aydın izləyə bilirik.

Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi altında “Qaytağı” İnstrumental Ansamblı (tərkibi: Xalq artisti Ənvər Sadıqov (Azərbaycan qarmonu), Taleh Ağayev (piano), Şakir Davudov (violin), Xasay Gülməmmədov (ud, saz), Orxan Musayev (nəfəs alətləri – zurna, balaban), Elvin Nəbiyev (bas gitara), Elvin Bəşirov (zərb alətləri – baraban), Bəhram Mahmudov (zərb alətləri – perkussiya), Elmir Əliyev (zərb alətləri – nağara)) isə repertuarına görə demək olar ki, bütün ölkənin musiqi mühitini təmsil etməyə qadirdir. Azərbaycan qarmonunu bütün musiqi janrlarını təmsil edəcək səviyyəyə qaldıra bilmiş Ənvər Sadıqov xalqın səs yaddaşından yararlanaraq ora müasirliyi o qədər üzvi halda daxil etmişdir ki, artıq bu harmoniyalar olmadan bəzi ənənəvi musiqi nümunələrini təsəvvür etmək çətinləşir. Məhz bu müəllif əlavələrinin zaman keçdikcə xalqın malına çevrilmə prosesi, ifaçıların səs mühitinə verdiyi töhfələr musiqimizi irəli aparan əsas faktordur. Etno-cazın parlaq nümayəndəsi Əməkdar artist Emil Əfrasiyab barədə də səs yaddaşına arxalanaraq musiqimizi yüksəklərə qaldıran sənətkar kimi fikir yürütmək olar. Buraxılışlardan biri “Emil Əfrasiyab Trio”nun (pianoda: Emil Əfrasiyab, bas gitarada: Elvin Nəbiyev, zərb alətlərində: Əməkdar artist İsgəndər Ələsgərov) çıxışına ayrılmışdı. Burada ansamblı həm instrumental, həm də solistlər Əməkdar artist Ramil Qasımov və Kənan Əliyevi müşayiət edərkən gözəl harmoniyalarla fəzanı necə bəzədiyini izləyə bildik. Bir zaman muğam intonasiyalarını caza gətirə bilmiş Vaqif Mustafazadənin bu gün çeşidli istiqamətlərdə fərqli yolları tutub gedən davamçıları var. Həmin bu intonasiyalar Salman Qəmbərov, Emil Əfrasiyabın çalğısında, eləcə də Əməkdar artist Şölə Səfərəliyeva və tələbələrinin vokal harmonik bünövrəsində eyni cür səslənmir. Şölə Səfərəliyeva və tələbələrinin təqdim etdiyi repertuarınTelman Hacıyevin “Tələbə” mahnısından başlayıb “Let İt Be”də bitən seçim məntiqində müasirliyin musiqi reallığı təcəssümünü tapır.

İstər klassik, istər ənənəvi musiqi olsun, biz akademik təhsilin vacibliyi məqamını xüsusi vurğulamalıyıq. Əməkdar artist İlham Nəcəfov və tələbələrindən ibarət "Yeni nəfəs" qrupu (bədii rəhbər: Əməkdar artist İlham Nəcəfov, konsertmeyster: Gülnar Mirzəyeva, nağarada: Elnur Sadıqzadə) milli nəfəs alətlərinin – bura balabanın müxtəlif növləri, zurna və digər alətlər daxildir –dünyaca məşhur xarici əsərlər və tanınmış milli musiqi nümunələrinin tamam yeni tembr həlli vəharmonik düzəndə eşidə bilirik. Bu, dahi Üzeyir bəyin zamanında uzaqgörənliklə nəzəriyyəsini cızdığı, bəstəkarlıqda örnək verməklə qoyduğu yolun bəhrələridir. Bu yolu nəinki professor-müəllim heyəti, həmçinin tələbələr də uğurla davam etdirir. Azərbaycan Milli KonservatoriyasıTələbə Elmi Cəmiyyətinin"Ün" ansamblı (Zeynəb Bağır (sədr), tarda – Araz Ghasemi (bədii rəhbər), kamançada – Reza Mohammədi, qanunda – Samidə Məmmədova, bas tarda – Emil Tahirov, bəm kamançada – Nərmin Kərimova, nağarada – Vüsal Bayramov) axtarışlarını keçmişə, unudulmaqda olan musiqi nümunələrinin bərpasına yönəltməklə də musiqi yaradıcılığında yeni cığırlar açmaq cəhdləri edirlər. Açıq havada səsini xalqa çatdıran solistlər–IX Muğam Televiziya Müsabiqəsinin qalibləriNərmin Mirzəyeva, Rauf Cəfərov həm klassik, həm də müasir repertuarı eyni dərəcədə şövqlə ifa edir.

Bütün bu sadaladıqlarımız “Ədibin Evi”nin qarşısındakı səhnədə cərəyan edirdi və dinləyici bütün bu gözəlliklərin arxasında duran üzücü məşqlər, axtarışlar, tərəddüdlər, həyəcanlar, təkrar dublların əzabını görmür, heç görməli də deyil. Xalq nəfis musiqi dinləmək istəyir və onun bu ləzzəti yaşada biləcək qüdrətində olan sənətkarları var. Amma gəlin birlikdə düşünək, siz son dövrdə nə vaxt canlı musiqi dinləmək ləzzətini yaşamısız? Artıq o qədər adətkar olmuşuq ki, “minusovka” ilə ifanı canlı musiqi kateqoriyasına aid edirik. Fonoqram da, mikrofon da artıq normadır. Musiqi mədəniyyətimiz Süni İntellekt dövrünə daxil olur. Sİ verilən şeirə 4 versiyanı 2 dəqiqəyə təklif edə bilir. O qədər rahat, o qədər yaxşı və bəzən qüsursuz. Sİ təklif etdiyi musiqidə xaric səs, gecikmə, nəfəsin daralması, simin qırılması və s. bu kimi problemlər proqramçıların kod yazma mərhələsində artıq həll edilib. Az sonra bəstəkarlıq, ifaçılıq perspektivi olmayan peşə kateqoriyasına keçə bilər. Plastik çini qabı, qısa paylaşımlar tammetrajlı filmi necə əvəz etdisə canlı musiqi də yerini rahatlıqla elektron və süni musiqiyə verə bilər. Narahat olmağın tam zamanı...

P.S. Qədim türklərin bir döyüş adəti varmış. Gecə əsgərlər yatdığı zaman ordunun xüsusi musiqiçilər dəstəsi səhərəcən rəvan ritmlə təbil çalırmış. Döyüş zamanıtəbil və saz qrupunun şux, oynaq, rəqibləri vahiməyə salan gurultulu ritmi altında savaşa gedən türk əsgəri müntəzəmritm altında uyuyanda özünü güvənli hiss edərmiş. Təhlükə olduqda, yəni təbillərin səsi susduqda ordu bunu həyəcan siqnalı kimi qəbul edərək dərhal ayağa qalxarmış. Yəni türk üçün sükut təhlükə deməkdir. Əsrlərdən yaddaşımıza hopan bu sadə həyat həqiqəti indi də aktualdır. Sükutu düşmənlərə saxlayaq.Biz canlı səslənən musiqimizi nə sükuta, nə də sığal verilib gözəlləşdirilmiş səslənmələrə dəyişə bilmərik.

Siz nə düşünürsüz?

Gülnarə Manafova

Azərbaycan Milli Konservatoriyası Elm, Yaradıcılıq və Beynəlxalq əlaqələr Mərkəzinin direktoru 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:171
embedMənbə:https://525.az
archiveBu xəbər 18 Sentyabr 2026 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see469

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see368

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see317

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see298

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see284

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see261

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see246

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see245

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see240

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see235

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see231

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see223

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see221

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see218

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see210

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see210

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see193

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see191

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri