“Toyota Motor”un zavodlarında 40 min insanabənzər robot işləyəcək
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Yaponiyanın ən böyük avtomobil istehsalçısı olan “Toyota Motor” dünya üzrə bütün zavodlarında insanlarla yanaşı müxtəlif işləri yerinə yetirəcək təxminən 40 min insanabənzər robot yerləşdirmək qərarına gəlib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Yaponiyanın “Nikkei” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, bu robotlar 2028-ci ildən başlayaraq, əsaslı modernləşdirmə və yenidənqurma proqramının bir hissəsi olaraq istehsal proseslərinə inteqrasiya olunacaq.
Zavodların modernləşdirilməsi üçün hər il 1 trilyon yen (təxminən 6,4 milyard dollar) ayrılacaq.
Qeyd edək ki, “Toyota Motor” şirkətinin dünya üzrə 60 zavodu var və burada 18 min yüksək ixtisaslı işçi işləyir. Robotlar bu işçilərin səmərəliliyini artırmaq üçün hazırlanıb. Robotlar onlara verilən tapşırıqları müstəqil olaraq yerinə yetirə və bu işləri yerinə yetirmək üçün ən optimal variantları tapa bilirlər. Onlar həmçinin işi öyrənnək “qabiliyyəti”nə də malikdirlər.
Robotların artıq bəzi montaj xətlərində işlədiyi, insan işçilərin hərəkətlərini təqlid etdiyi və getdikcə daha mürəkkəb tapşırıqları yerinə yetirdiyi bildirilir.
Gələcəkdə “Toyota Motor” hətta robotlardan yeni işçilər üçün təlimatçı kimi istifadə etməyi planlaşdırır.
Şirkət rəhbərliyinin fikrincə, robotlar istehsalda insanları əvəz etməyəcək, əksinə, vahid komandanın bir hissəsi olaraq onlarla getdikcə daha fəal əməkdaşlıq edəcək.
Bu mövzuda digər xəbərlər:“Toyota Motor”un xalis mənfəəti 55% azalıb
07 Noyabr 2024 09:17
Kenta Kon Toyota Motor un yeni prezidenti olacaq
06 Fevral 2026 17:15
Toyota Motor qlobal avtomobil satışında liderliyini qoruyub saxladı
30 Yanvar 2025 13:33
Renat Dadaşov “Motor”un mühərriki olacaqmı?
20 İyul 2025 14:22
“Hyundai Motor”un xalis mənfəəti 12% artıb
23 Yanvar 2025 15:05
Baxış sayı:113
Bu xəbər 18 Sentyabr 2026 19:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















