Icma.az
close
up
RU
Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər İLGİNC FAKTLAR

Penitensiar Xidmətin “EUROSERVİSE” MMC ilə işbirliyi daha nələrə səbəb ola bilər İLGİNC FAKTLAR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ədliyyə Nazirliyinin Penitensiar Xiidməti istilik sistemlərinin çəkilişi işləri üzrə 06.03.2025-ci ildə başladığı açıq tenderə yekun vurub. Müsabiqənin qalibi “EUROSERVİSE” Məhdud Məsuliyyətli Cəmiyyəti seçilib və tərəflər arasında 611.864,21 manat məbləğində satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulur. Məlumat satınalmaların portalında 30.05.2025-ci ildə dərc edilib.

Qeyd edək ki, Penitensiar Xidməti 22.01.2025-ci ildə də “EUROSERVİSE” MMC ilə istilik sistemlərin çəkilməsi üzrə 760.796,26 manat dəyərində satınalma müqaviləsi bağlamışdır. Bu tenderin şərtlərinə görə MMC Bakı İstintaq Təcridxanası, 6 saylı Cəzaçəkmə Müəssisəsini, 15 saylı Cəzaçəkmə Müəssisəsini və digər tabeli qurumlarda polipropilen borulardan daxili su təchizatı və istilik sistemlərinin boru kəmərlərinin çəkilməsi, su qızdırıcılarının quraşdırılması işlərini həyata keçirib.

Qeyd edək ki, Dövlət Vergi Xidmətinin hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarında “EUROSERVİSE” (VÖEN: 1503047971) Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.11.2015-ci il tarixdə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 10 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, AŞIQ MOLLA CÜMƏ, ev.1, m.11, qanuni təmsilçisi kimi isə Nəcəfov Elşən Məcid oğlu qeyd olunub. MMC-yə vergi hesabatını və ya onu əvəz edən arayışı vaxtında təqdim etməməyə görə dəfələrlə maliyyə sanksiyası tətbiq edilmişdir.

MMC-nin portalına yerləşdirilmiş məlumata görə şirkətin ilk əsas fəaliyyəti qaz xətlərinin layihələndirilməsini, qaz xətlərinin çəkilişini və qaz sayğaclarının quraşdırılmasını yüksək keyfiyyətlə və sərfəli qiymətlərlə həyata keçirmək olmusdur. Son 3 ildə kifayət qədər maddi-texniki bazaya malik olan şirkətimiz tikinti sahəsində də öz bacarıqlarını sınayaraq tenderlərdə iştirak etmiş və bir çox tenderlərin qalibi olmuşdur.

Göründüyü kimi Ədliyyə Nazirliyinin Penitensiar Xiidməti bu şirkətlə uzun müddətdir işbirliyində olub. Apardığımız araşdırmalar zamanı məlum oldu ki, Penitensiar Xidməti “EUROSERVİSE” MMC ilə bağladığı satınalma müqavilələri bunlarla bitmir. Belə ki, 28.07.2020-ci ildən 30.05.2025-ci ilə qədər Penitensiar Xidmət və ona tabeli qurumlar sözügedən şirkətlə ümumi olaraq 4 358 851 manat məbləğində 35 satınalma müqaviləsi bağlayıblar.

Qeyd edək ki, “EUROSERVİSE” MMC Penitensiar Xidmətiə tabeli qurumlara istilik sistemlərinin çəkilişi işləri ilə barəbər cari və əsaslı təmir işlərini həyata keçirib. Məsələn MMC 15.11.2022-ci ildə Salyan rayonu 5 saylı Cəzaçəkmə Müəssisəsi ilə cari və əsaslı təmir işləri üzrə ümumi dəyəri 78 308 manat olan iki satınalma müqaviləsi bağlayıb.

Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəsisəsi isə əsaslı təmir işlərinin satınalınması üzrə “EUROSERVİSE” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə 37.846,22 manat məbləğində, cari təmir işlərinin satınalınması üzrə isə sözügedən şirkətlə 38.039,7 manat məbləğində satınalma müqavilələri bağlayıb. Bu məlumatlar satınalmaların portalında 02.06.2022-ci ildə dərc edilib.

Xatırlatmaq istərdik ki, bu Penitensiar Xidmətin həmin 12 saylı Cəzaçəkmə Müəsisəsidir ki, iyunun 1-də saat 13:10-da məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçmuşdu. Medianın yaydığı məlumatda bildirilirdi ki, nəticədə bir nəfər məhkum xəsarət almışdır. Sonra isə Bakıda 12 saylı cəzaçəkmə müəssisəsində binanın dam örtüyünün uçması nəticəsində xəsarət alan məhkumun ölməsi barədə məlumat yayıldı. APA-nın sorğusuna cavab olaraq Ədliyyə Nazirliyindən bildirilib ki, iyunun 1-də saat 13:10-da 12 saylı cəzaçəkmə müəssisəsinin məhkumlar üçün nəzərdə tutulmuş yaşayış binasının dam örtüyü uçub. Nəticədə bir nəfər məhkum, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə (qəsdən adam öldürmə cinayətinə görə) azadlıqdan məhrum edilmiş Mustafayev Mövlam Muxtar oğlunun iyunun 2-də aldığı xəsarətlərdən həyatını itirdiyi müəyyən edilib.

Satınalmaların portalında “EUROSERVİSE” MMC-nin Penitensiar Xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində nə kimi təmir işlərinin aparması barədə ətraflı məlumat yoxdu. Şübhələr də elə buradan yaranır. Bəlkə elə MMC 12 saylı Cəzaçəkmə Müəssisəsində uçan dam örtüyünü keyfiyyətlə təmir etməyib? Bu təbii ki, aidiyyatı qurumlar tərəfindən araşdırıldıqdan sonra bəlli olacaq.

Qeyd edək ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəisi Mirsaleh Seyidovdur. O, 2023-cü il iyul ayının 10-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin imzaladığı Sərəncamla ədliyyə nazirinin müavini – Penitensiar xidmətin rəisi təyin edilib. Daha əvvəllər isə Penitensiar xidmətin 15 saylı cəzaçəkmə müəssisəsinin rəisi, 2011-ci ilin avqust ayından 2016-cı ilin fevral ayınadək isə 10 saylı cəzaçəkmə müəssisəsinin rəisi vəzifəsində işləyib. 2016-cı ilin fevral ayından 2023-cü ilin iyul ayınadək Penitensiar xidmətin Əməliyyat-rejim idarəsinin rəisi vəzifəsində çalışıb.

Aktualinfo.org

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 İyun 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see214

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see193

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see163

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see158

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see147

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see145

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see142

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see139

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see135

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see132

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri