Icma.az
close
up
RU
Naxçıvanda Penitensiar Xidmətin əməliyyat müşavirəsi keçirilib

Naxçıvanda Penitensiar Xidmətin əməliyyat müşavirəsi keçirilib

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Fevralın 4-də Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin Penitensiar Xidmətində əməliyyat müşavirəsi keçirilib. Tədbirdə nazirlikdə keçirilmiş kollegiya iclasından irəli gələn vəzifələrin icrası, 2024-cü il ərzində görülən işlər və cəzaçəkmə müəssisələrində əməliyyat-axtarış fəaliyyətinin gücləndirilməsi məsələləri müzakirə edilib.

 Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, müşavirəni Ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Emin Kazımov açaraq bildirib ki, ötən il ərzində müəssisələrdə infrastrukturun yenilənməsi, məhkum və həbs edilmiş şəxslərin saxlanma şəraitinin yaxşılaşdırılması, kadr potensialının gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. O qeyd edib ki, dövlət başçısının ədliyyə sahəsinə göstərdiyi diqqət nəticəsində xidmətin fəaliyyəti müasir tələblərə uyğun təkmilləşdirilib, məhkumların hüquqlarının etibarlı təmin olunması və islah prosesinin səmərəli təşkili üçün mühüm işlər görülüb.

Daha sonra Ədliyyə nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Hüseyn Səfərovun penitensiar müəssisələrə il ərzində baş çəkdiyi, fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı tapşırıqlar verdiyi qeyd olunub.

Penitensiar Xidmətin Strateji planlaşdırma və monitorinq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Əli Rəhimov hesabat məruzəsi ilə çıxış edərək, 2024-cü ildə həyata keçirilən nəzarət və profilaktik tədbirlər barədə məlumat verib. Bildirilib ki, cəzaçəkmə müəssisələrində pozuntuların sayı azalıb, narkotik və qadağan olunmuş əşyaların dövriyyəsi ilə mübarizədə müsbət nəticələr əldə edilib.

Müşavirədə penitensiar müəssisələrin rəhbərləri də çıxış edərək, görülən işlər barədə məlumat veriblər. Sonda nazir müavini Emin Kazımov xidmətin təşkilində mövcud nöqsanların aradan qaldırılması və fəaliyyətin daha da təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib. Sonra tədbirlər planı təsdiq edilib.

Səbuhi HƏSƏNOV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Fevral 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see249

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see223

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see198

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see174

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see150

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri