Icma.az
close
up
RU
Pensiya 536 manat olacaq

Pensiya 536 manat olacaq

Icma.az xəbər verir, Pravda.az saytına əsaslanaraq.

2025-ci ildə əmək pensiyalarının orta aylıq məbləğinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.

Layihəyə əsasən, növbəti ildə əhaliyə ödənişlər üzrə proqnozlaşdırılmış məbləğin 7210,53 mln. manatı əmək pensiyalarının və 198,41 mln. manatı isə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin ödənilməsinə yönəldiləcək. Əhaliyə ödənişlərin 2025-ci il üçün nəzərdə tutulmuş proqnozu 2024-cü ilin təsdiqlənmiş proqnozuna nisbətən 702,36 mln. manat və ya 10,47 faiz çoxdur. 2025-ci il üzrə əmək pensiyalarının ödənilməsi xərcləri əhaliyə ödənişlərin 97,32 faizini təşkil edir.

2025-ci ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnoz göstəricisi (cəmi 7210,53 mln. manat) 2024-cü ilin təsdiq edilmiş proqnoz göstəricisinə nisbətən 10,51 faiz və ya 685,53 mln. manat çox nəzərdə tutulub. 2025-ci il üzrə proqnozların tərtibi zamanı əmək pensiyaları xərclərinin nominal əməkhaqqının gözlənilən artım tempinə uyğun indeksləşdirilməsi (1011*100/933,8=108,3 faiz) nəzərə alınıb.

Əmək pensiyalarının proqnozunun hesablanması zamanı 2024-cü ilin sonuna pensiyaların aylıq məbləğinin 548,8 mln. manat olacağı, eləcə də pensiya məbləğlərində aylıq dəyişkənlik dinamikası nəzərə alınaraq, 2025-ci ildə pensiya xərclərinin 7210,53 mln. manat təşkil edəcəyi proqnozlaşdırılır.

2025-ci ildə əmək pensiyaların indeksləşdirilməsi ilə bağlı illik maliyyə yükünün təqribən 535,0 mln. manatadək olması gözlənilir. Əmək pensiyalarının orta aylıq məbləğinin 2019-cu ilin sonuna 263,59 manat, 2020-ci ilin sonuna 302,24 manat, 2021-ci ilin sonuna 331,75 manat, 2022-ci ilin sonuna 372,13 manat, 2023-cü ilin sonuna 441,30 manat, 2024-cü ilin sonuna 491,30 manat təşkil edəcəyi gözlənilir, 2025-ci ildə isə bu göstəricinin 536,31 manat təşkil edəcəyi proqnozlaşdırılır.

Pensiyaların orta aylıq məbləği 2021-ci ildə 2020-ci illə müqayisədə 9,76 faiz artıb, 2022-ci ildə 2021-ci illə müqayisədə 12,17 faiz və 2023-cü ildə 2022-ci illə müqayisədə 18,59 faiz yüksək olub. 2024-cü ilin sonuna gözlənilən məbləğin isə 2023-cü ilin müvafiq göstəricisindən 11,33 faiz yüksək olacağı gözlənilməklə, 2025-ci il üzrə müvafiq göstəricinin də 2024-cü ilin sonuna gözlənilən göstəricini 9,16 faiz üstələyəcəyi proqnozlaşdırılır.

APA

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://pravda.az
archiveBu xəbər 18 Noyabr 2024 13:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see147

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see141

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see139

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see135

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see132

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see131

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see128

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see124

Ukraynada sülhə mane olanların adları açıqlandı

16 Aprel 2025 01:09see123

Xeyrımlı sakini: Əlimin zəhməti ilə tikdiyim ev indi mənə gözdağıdır

16 Aprel 2025 01:38see121

Yusif İldırımzadə tutduğu vəzifədən azad edildi

16 Aprel 2025 03:26see121

Fidan və Əraqçi İranın nüvə proqramını müzakirə ETDİLƏR

14 Aprel 2025 19:59see118

Cənub şəhərində bir gecə Aliyə Kərimzadənin hekayəsi

14 Aprel 2025 16:01see117

Kreml: Rusiya və ABŞ münasibətləri yaxşılaşdırmaq üçün bərpa yolundadır

14 Aprel 2025 16:13see115

Daxili İşlər Nazirliyi əhaliyə bir daha xəbərdarlıq edib Kartlarla bağlı

14 Aprel 2025 16:47see112

Orxan Məmmədov: “İnsanlar minifutbola ciddi maraq göstərirlər”

14 Aprel 2025 15:25see112

Avtomobil oturacaqları üçün hansı örtüklərdən istifadə edilməlidir? ARAŞDIRMA FOTO

14 Aprel 2025 21:00see110

Trampa daha sərt davranmağı məsləhət görürlər

15 Aprel 2025 08:20see110

Kanye Uest öz dəfn planlarını açıqladı

15 Aprel 2025 08:22see108

Maştağa qəbiristanlığı SU ALTINDA: Məzarlar yararsız vəziyyətə düşdü

15 Aprel 2025 10:39see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri