Icma.az
close
up
RU
Menu

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

İbrahim Tatlısesin model gəlininin evini su basdı

Liqa 1: PSJ dən geridönüş

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

Dövlətinin və xalqının XİLASKARI

Dövlətinin və xalqının XİLASKARI

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

1993-cü ilin 4 iyun hadisələrindən 22 il ötür

1990-cı illərin əvvəli... Əksər coğrafiyalarda olduğu kimi, keçmiş SSRİ-nin dağılması ilə müstəqillik qazanmış ölkələrdə də çətin və ağır günlər yaşanırdı. Azərbaycan xalqı da bir əsrdə ikinci dəfə öz müstəqilliyinə qovuşmaq imkanı əldə etmişdi. Amma bu sevinc çox qısa zamanda təhlükə, qorxu, həyəcanla əvəz olundu - Azərbaycanın müstəqilliyi və bütövlüyü naşı “siyasətçilərin”, təsadüfi şəxslərin ucbatından mühüm təhdidlərlə üz-üzə qalmışdı. Yaranan dövrü 1920-ci illə müqayisə edənlər də vardı - vəziyyət o qədər acınacaqlı hala çatmışdı ki, müstəqilliyimiz, suverenliyimiz təhlükə qarşısında qalmışdı...

Bəli, SSRİ-nin dağılmasının ardından hakimiyyətdə olan qüvvələrin zəifliyi, bəzi məqamlarda xəyanətkar mövqeyi və milli maraqlardan uzaq davranışları Azərbaycan üçün çətin siyasi keçid dövrü yaratmışdı - xüsusilə, Ermənistanın ölkəmizə qarşı təcavüzünün fonunda yaşanan xaos və özbaşınalıq həm siyasi, həm iqtisadi - bütövlükdə ölkədəki ümumi vəziyyətə sirayət etmişdi. Baş alıb gedən hərc-mərclik, nizami olmayan, ayrı-ayrı fərdlərin nəzarətində olan silahlı birləşmələrin özbaşınalıqları, kürsü davası dövlət mənafeyini üstələmişdi. Yaradılan silahlı qruplaşmalar kürsü davası aparan şəxslərin korporativ maraqlarının xidmətçisinə çevrilmişdi - cəbhədə düşmənə tuşlanmalı olan silah paytaxtda vəzifə davasının alətinə çevrilmişdi.

Xalqın faciəsi üzərindən əldə olunan hakimiyyət...

Yaranan bu sarsıdıcı vəziyyət daxili və xarici düşmənləri hərəkətə gətirmişdi - əsas hədəfi isə Azərbaycanın müstəqilliyinə qarşı istiqamətlənmişdi. Gənc respublikada hakimiyyətə yiyələnmək üçün ayrı-ayrı şəxslər və qruplar arasında qızğın mübarizə başlanmışdı. 1992-ci ilin mart ayında prezident Ayaz Müttəlibovu istefaya “yollayan” AXC - Müsavat cütluyü bütünlükdlə idarəçiliyi ələ almışdı. Mayın 8-də Şuşanın işğalı isə onlar üçün “göydəndüşmə” fürsətə çevrildi - 1992-ci il mayın 14-də silah gücünə hakimiyyəti tam ələ keçirən Xalq Cəbhəsi ilk gündən qeyri-sağlam fəaliyyəti ilə yadda qaldı. Bu il mayın 28-də Laçının Bəylik kəndinə köçən sakinlərlə görüşündə Prezident İlham Əliyev bildirib ki, o vaxt o dövrü yaşayan insanlar yaxşı bilir ki, Azərbaycanda hakimiyyət uğrunda mübarizə gedirdi: “O vaxt hakimiyyətə can atan AXC-Müsavat cütlüyü xəyanət, satqınlıq etmişdir və torpaqlarımızın işğal altına düşməsində onların böyük mənfur payı var. Məhz Laçın işğala məruz qalandan bir ay sonra onlar öz istəklərinə nail olub hakimiyyətə gəldilər, o da ölkəmiz üçün böyük bəlaya gətirib çıxarmışdır. Hakimiyyətə gəlmək üçün torpaqları satmaq, düşmənə təhvil vermək böyük cinayətdir, böyük xəyanətdir, satqınlıqdır, qorxaqlıqdır”.

Səriştəsizlik və xəyanət dövləti uçuruma sürükləyirdi...

Məntiqsiz, bir-birini təkzib edən fərmanlar, özbaşınalıqlar və səriştəsizlik bu şəxslərin ölkəni idarə edə bilməyəcəyini göstərirdi. Problemlər getdikcə artırdı. Artıq hakimiyyətin ən yüksək ranqlarında yaranan qruplaşmalar açıq mübarizəyə girməkdən çəkinmir, hətta paytaxtda silahlı qarşıdurmalar baş verirdi. Hakimiyyət strukturlarına, o cümlədən silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Onların fəaliyyətinin nəticəsi olaraq isə artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər.

1993-cü il iyunun 4-də Gəncədə sabiq korpus komandiri və AXC hakimiyyətinin Qarabağ üzrə xüsusi nümayəndəsi Surət Hüseynovun rəhbərlik etdiyi 709-cu briqadanın ləğvi ilə bağlı qərar lokal qarşıdurmaları daha da intensivləşdirdi. O zamankı müdafiə naziri Dadaş Rzayevin imzaladığı əmrə və təhvil-təslim olunması barədə qərara tabe olmayan Surət Hüseynov əmrində olan silahlı dəstə ilə Bakıya doğru istiqamət aldı. Gəncədə, o cümlədən Bakıya qədər bəzi rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Vəziyyət get-gedə daha kritik hal alırdı. 709-cu briqadanı tərkisilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə Surət Hüseynovun rəhbərliyi altında olan silahlı birlik arasında döyüş oldu. Ölkə artıq vətəndaş müharibəsini yaşayırdı.

Xalqının tək nicatı...

Belə çətin zamanda xalqın yeganə ümidi Naxçıvana yönəldi. Düşmən blokadasında olan Naxçıvan Muxtar Respublikasını qorumağı bacaran, Azərbaycanın xilaskarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan dövlətinin və xalqının nicat yolu oldu. İyunun 5-də Ulu Öndər Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi hadisə ilə əlaqədar bəyanat verdi.  Bəyanatda gəncəlilərə müraciət edilərək onların imperiya nökərlərinə layiqli cavab verəcəklərinə, müstəqilliyimizi və gənc Azərbaycan dövlətini qoruyub saxlayacaqlarına böyük inam ifadə olunurdu. Hadisələrin bu fonunda xarici havadarları tərəfindən himayə olunan separatçı qüvvələr cənubda “Talış-Muğan Respublikası” elan etməyə səy göstərirdilər. Şimalda da bu cür qüvvələrin fəallığına təkan verilirdi. Vətənin bu ağır günündə xalqın təkidli tələbi ilə Bakıya gələn Ulu Öndər çox az zamanda Azərbaycanda vətəndaş müharibəsinin qarşısını ala bildi. Gəncəyə səfər edən Ulu Öndər Heydər Əliyev qısa zamanda silahlı qarşıdurmaya son verdi, separatizmin aradan qalxması üçün bütün gücünü səfərbər etdi. Ümummilli Liderimiz hər şeyi yerli-yataqlı öyrəndikdən sonra Milli Məclisin növbəti iclasında Gəncə hadisələri barədə öz qəti sözünü dedi: “Hadisələr dəhşətlidir, qan tökülüb, cinayət edilib. Bunlar araşdırılmalıdır və bütün qanunu pozmuş adamlar, cinayətdə iştirak etmiş, cinayəti təşkil etmiş adamlar hansı tərəfdən asılı olmasına baxmayaraq qanun qarşısında məsuliyyət daşımalıdır”.

Milli qurtuluş, sabaha ümid...

1993-cü il iyunun 15-də Ümummilli Liderimiz Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Beləliklə, Azərbaycan xalqı bir əsrdə ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda tarixin təkrarına - müstəqilliyin itirilməsinə yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu. Bir çağırışla xalqının xilaskarına çevrilən Heydər Əliyev Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Həmin gün - 15 İYUN isə tariximizə MİLLİ QURTULUŞ GÜNÜ kimi daxil oldu.

Həmin günlər özündə tarixi bir prosesin - Azərbaycan dövlətçiliyinin əsasını əks etdirməklə yanaşı, böyük fəlsəfi məna daşıdı. Millətinin bir əsrdə qurduğu ikinci müstəqil dövlətini yaşadan Ümummilli Lider qayıdışı ilə problemlər məngənəsində qıvrılan Azərbaycanı regionun liderinə çevirdi.

Güclü, bütöv, lider Azərbaycan !!!

Heydər Əliyevin hakimiyyətə tarixi qayıdışından sonra ölkədəki AXC-Müsavat cütlüyündən miras qalmış xaos və anarxiya, Azərbaycanın dünya xəritəsindən silinməsi xülyası qısa zamanda aradan qaldırıldı. Tezliklə ordu quruculuğu sahəsində mühüm işlər görüldü.  Cəbhədə atəşkəs elan olundu. Dövlət çevrilişi cəhdlərinin və terror aktlarının qarşısı alındı. Milli qanunvericiliyin Avropa standartlarına uyğunlaşdırılması, cəmiyyətin demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində səmərəli tədbirlər həyata keçirildi.  Dünyanın tanınmış neft şirkətləri ilə “Əsrin müqaviləsi” və digər kontraktlar imzalandı, bütün sahələrdə islahatlar başladı.  Azərbaycana investisiya axınının əsası qoyuldu. Müstəqil Azərbaycanın yeni Konstitusiyası qəbul edildi... Bir sözlə, Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi sürətlə vüsət almağa başladı. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və sabitliyi, inkişafı özündə ehtiva edən siyasi kurs 2003-cü ildən Prezident İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirildi. 2020-ci il Vətən müharibəsi, 2023-cü il antiterror tədbirləri nəticəsində respublikamızın ərazi bütövlüyü və suverenliyi təmin olundu. Bu gün ölkəmiz sözün əsl mənasında yerləşdiyi ərazidə lider ölkədir - bu isə Prezident İlham Əliyevin yürütdüyü düzgün, davamlı və qətiyyətli siyasi kursun əldə etdiyi nailiyyətdir.

Pərviz SADAYOĞLU

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:155
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 04 İyun 2025 10:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see508

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see469

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see341

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see329

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see290

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see272

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see267

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see257

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see252

Azərbaycanda dəmir yolu ilə yükdaşımaları 11 % artıb

17 Oktyabr 2026 10:26see243

Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalından gəlirlərin həcmi açıqlanıb

17 Oktyabr 2026 12:40see234

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see230

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see227

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see226

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see225

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see213

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see204

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see199

Bank kartlarının bitməyən problemləri: Nağd pula qayıdırıq?

17 Oktyabr 2026 13:03see194

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri