Icma.az
close
up
RU
Avropada sağçı dalğa: Siyasi liderlər yox, institutlar söz sahibidir

Avropada sağçı dalğa: Siyasi liderlər yox, institutlar söz sahibidir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Rusif Məmmədsoy: “Qərb hazırkı böhranı LGBT ilə yox, real güc siyasəti ilə həll edir”

Polşanın yeni seçilmiş Prezidenti Karol Navroçki seçkilərdən sonra xalqa müraciətində ölkənin gələcək siyasi kursu, Avropa İttifaqı ilə münasibətləri, ABŞ ilə əməkdaşlığı və Ukrayna ilə bağlı mövqeyi barədə fikirlərini bölüşüb. O, çıxışında bunları qeyd edib ki, bu seçkilərdə Polşa xalqı sabitliyə, milliliyə, ailə və xristian dəyərlərinə səs verdi: "Biz, polyaklar üçün Polşanı daha sabit, dayanıqlı və təhlükəsiz edəcəyik. Buradan Avropa İttifaqına səslənirəm: Polşa Avropanın bir hissəsi olaraq qalır, lakin Brüssel bizə diktə edə bilməz. Polşanın sahibi yalnız Polşa xalqıdır". ABŞ ilə münasibətlərə toxunan prezident vurğulayıb ki, Amerika Birləşmiş Ştatları Polşanın əsas strateji tərəfdaşı olaraq qalır: “Biz Prezident Trampın ailə dəyərləri, xristian irsi, immiqrasiyaya qarşı mövqeyi və sərhədlərin qorunması ilə bağlı gündəmini bölüşürük. Orduya daha çox sərmayə yatıracağıq – bu, həm milli təhlükəsizlik, həm də müttəfiqlərimiz qarşısında öhdəliklərimiz baxımından vacibdir”. Ukrayna ilə münasibətlərə gəldikdə isə, Navroçki bu ölkənin müstəqilliyini dəstəklədiyini bildirib, lakin bəzi tarixi məsələlərin həllinin vacibliyinə diqqət çəkib: “Ukrayna öz azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə aparır. Biz onun suverenliyini dəstəkləyirik. Ancaq əgər Ukrayna Volın qırğınında polyaklara qarşı törədilmiş cinayətlərlə bağlı tarixi həqiqətləri qəbul etməzsə və həmin hadisələrdə qətlə yetirilmiş soydaşlarımızın qalıqlarını bizə təhvil verməzsə, Polşa olaraq Ukraynanın Aİ və ya NATO-ya üzvlüyünü dəstəkləməyəcəyik. Ukrayna dost münasibət nümayiş etdirməli və Polşaya qarşı tarixi ədalətsizlikləri aradan qaldırmalıdır”.


Politoloq Rusif Məmmmədsoy Sherg.az-a deyib ki, Avropada sağçılar ard-arda hakimiyyətə gəlir. Ekspertə görə, bu tendensiya hələ Rusiya Ukrayna savaşından öncə başlamışdı:


 "Soyuq müharibədən sonra ABŞ başda olmaqla, qərb ölkələrində institutlar ön plana çıxmağa başladı. Daha dəqiq desək, şəxslər, siyasi liderlər deyil, institutlar əsas söz sahibi oldu. Yeni dünya nizamı qurulduğu bir zamanda qərbdə də anladılar ki, LGBT və bu qəbildən olan axmaq "ideya" ları yaymaqla, müdafiə etməklə Rusiya və ya "x" bir qaba gücdən müdafiə olunmaq mümkün deyil.

Artıq hər kəs, dünyanın istənilən ölkəsi hazırda gedən geosiyasi mübarizələrin bu və ya digər formada iştirakçısıdır. Ona görə də ya hər kəs daha çox pay almaq, ya da sadəcə varlığını qorumaq üçün həmlələrə hazırdır. Seçim çox sadədir əslində: masa ətrafında, yoxsa masanın üstündə olacaqsız? Artıq yenidən ötən əsrin ortalarında izlədiyimiz siyasi liderləri görə bilər, pafoslu çıxışlar izləyə bilərik.

Bu arada onu da qeyd edim ki, Karol Navroski qatı Rusiya əleyhdarı kimi tanınır və Rusiyaya aid büstlərin dağıdılmasında kampaniyanı başladan şəxsdir. O nöqteyi-nəzərdən Ukraynaya daha çox, daha böyük yardımları da görə bilərik".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:192
embedMənbə:https://sherg.az
archiveBu xəbər 04 İyun 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri