Icma.az
close
up
RU
Muxtar Babayev: Azərbaycan Braziliya ilə 1,3 mlrd. dollarlıq yol xəritəsi üzərində işləyir

Muxtar Babayev: Azərbaycan Braziliya ilə 1,3 mlrd. dollarlıq yol xəritəsi üzərində işləyir

Apa.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı COP29-dan sonra iqlim maliyyələşməsi üzrə yeni mərhələyə keçir – 1,3 trilyon dollarlıq yol xəritəsi hazırlanır.

“APA-Economics” xəbər verir ki, bunu Bakı Enerji Forumunda çıxışı zamanı Azərbaycan Respublikası Prezidentinin iqlim məsələləri üzrə xüsusi nümayəndəsi, COP29-un Prezidenti Muxtar Babayev bildirib.

Onun sözlərinə görə, COP29-un uğurla başa çatmasından sonra Azərbaycan iqlim gündəliyində lider mövqeyini qorumaqda qərarlıdır və bu çərçivədə beynəlxalq tərəfdaşları, enerji şirkətlərini və bərpa olunan enerji təchizatçılarını yenidən Bakıya dəvət edir.

Muxtar Babayev qeyd edib ki, COP29 çərçivəsində iqlim maliyyələşməsi üzrə ümumilikdə 300 milyard ABŞ dolları həcmində vəsaitin səfərbər edilməsi tarixi uğur hesab olunur. Bu, BMT iqlim müzakirələri çərçivəsində ilk dəfə bu həcmdə maliyyə öhdəliyinin formalaşması ilə yadda qalıb.

O əlavə edib ki, bu məbləğ dövlət və donor mənbələrindən formalaşıb və müzakirələrdə bəzi ölkələrin daha yüksək – trilyonlarla ölçülən vəsait gözləməsinə baxmayaraq, daha realist yanaşma nəticəsində 300 milyard dollarlıq rəqəmə nail olunub.

Muxtar Babayev forum zamanı yeni bir təşəbbüsü də açıqlayıb – “Bakıdan Beləmə” adlanan yol xəritəsi. Bu proqram çərçivəsində iqlim maliyyələşməsinin 300 milyard dollardan 1,3 trilyon ABŞ dollarına qədər genişləndirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, Azərbaycan bu istiqamətdə Braziliya ilə birgə işləyir və müxtəlif maliyyə mənbələrinin, o cümlədən özəl sektorun, beynəlxalq maliyyə institutlarının, xeyriyyə fondlarının və Cənub-Cənub əməkdaşlığının imkanlarının səfərbər edilməsi planlaşdırılır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 İyun 2025 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see754

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see488

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see288

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see288

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see273

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see263

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see259

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see256

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see252

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see238

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see226

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see218

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see214

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see214

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see214

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see208

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see207

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see206

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see200

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri