Icma.az
close
up
RU
Pensiya ilə bağlı yeni təklif: Kimlər daha çox ala bilər?

Pensiya ilə bağlı yeni təklif: Kimlər daha çox ala bilər?

Cebheinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Milli Məclisin növbəti plenar iclasında pensiya sistemi ilə bağlı təkliflərimi təqdim etdim. Pensiyaların hesablanmasında kəmiyyət göstəriciləri ilə yanaşı, keyfiyyət meyarlarından istifadə məqsədəuyğun olardı”. 

Bu açıqlama ilə millət vəkili Vüqar Bayramov çıxış edib. O bildirib ki, əmək pensiyasının məbləği hesablanan zaman pensiya kapitalının məbləği orta pensiya müddətinə, yəni 144 əmsalına bölünməklə hesablanır: 

“Nəticədə aydındır ki, kapitalı yüksək olmayanların pensiya məbləğləri də yüksək olmur. Bu baxımdan, daha məqsədəuyğun olardı ki, pensiya məbləğində keyfiyyət göstəricilərindən, məsələn, ailədə uşaqların sayı kimi indikatorlardan istifadə olunsun. 

Bununla çoxuşaqlı ailələr daha tez pensiyaya çıxmaq hüququ ilə yanaşı, daha yüksək pensiya almaq imkanı da qazanarlar. Digər məqam - əmək pensiyaları üçün tələb olunan pensiya kapitalından, yəni 40 320 manatdan az yığımı olan vətəndaşlarımızın pensiya məbləğinin hesablanmasıdır. Prezidentin göstərişi ilə pensiya amnistiyasının tətbiq edilməsi çoxlu sayda vətəndaşımıza yığımı az olsa da, əmək pensiyası hüququ yaradıb. 

Bu, olduqca yüksək qiymətləndirilməlidir. Bununla yanaşı, yığımları minimum kapital tələbinə yaxın olan vətəndaşlarımızın pensiya məbləği müəyyənləşən zaman onların yığımlarının əmsal kimi nəzərə alınması və pensiya məbləğinə əlavə edilməsi yaxşı olardı. Bu baxımdan, diferensial yanaşmaya ehtiyac var”. 

Qeyd edək ki, son vaxtlar ən çox müzakirə mövzusu olan məsələlərdən biri məhz pensiya kapitalı ilə bağlıdır. Vətəndaşların bir çoxu 40 min manat pensiya kapitalının toplanmasının qeyri-mümkünlüyünü bildirirlər. 

Millət vəkili tərəfindən irəli sürülən təklif həyata keçərsə, pensiya necə hesablanacaq? 

İqtisadçı-ekspert Akif Nəsirli "Cebheinfo.az"-a bildirib ki, diferensial yanaşma fərdiləşmədir, yəni bu gün bir qrup pensiyaçını digərlərindən pensiya təminatında fərqləndirməkdir: 

"Məsələn, bu gün 40-50 il müəllim olaraq çalışan şəxs aşağı maaş aldığına görə fəhlə ilə eyni pensiya alır. Yəni, 350-370 manat, bəzən fəhlədən də daha az pensiya alır. Ancaq belə ola bilər ki, müəllimlərin yığılan sığorta kapitalı ikiyə vurulsun. Əgər müəllim  40 min manat yığıbsa, ikiyə vurulsun,  80 min manat olsun. Yaxud həkimləri misal göstərmək olar. 

Onların məbləğini  1,5-ə, bəzi sahələrdə 3-ə də vurmaq olar. Yəni, xidmətlərinə görə əhali qrupunu pensiyada fərqləndirmək təklifidir. Bu, çox yaxşı təklifdir. Mən bu təklifi dəstəkləyirəm”. 

O, bu təklifin jurnalistlərə də aid olmasını yaxşı variant hesab edib: 

“Bu gün jurnalistlər kifayət qədər aşağı maaş alır. Həmin maaşla da jurnalistlər 65 yaşına qədər tələb olunan sığorta kapitalını toplaya bilməyəcək. Bu gün onlar ortalama 500-700 manat əməkhaqqı alırlar. Çox az jurnalist var ki, 1500-2000 manat əməkhaqqı ala bilər. Jurnalistin xidmətinə görə pensiya kapitalı 3-ə vurulmalıdır. Yəni, bu cür həssas əhali qruplarının nəzərə alınması, onların pensiya kapitalının əmsallaşdırılması çox yaxşı təklifdir və mən bu təklifi alqışlayıram". 

Nigar Abdullayeva 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 27 Noyabr 2024 13:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see723

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see327

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see290

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see289

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see277

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see267

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see265

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see250

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see243

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see231

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see230

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see226

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see225

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see221

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see210

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see209

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see200

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see196

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see188

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri