Icma.az
close
up
RU
Pensiyaçılara avtobus daha ucuz olacaq

Pensiyaçılara avtobus daha ucuz olacaq

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İctimai nəqliyyatda müəyyən sosial qruplar üçün güzəştlərin tətbiqi məsələsi Milli Məclisdə yenidən gündəmə gəlib. İnsan hüquqları komitəsinin iclasında deputatlar təqaüdçülər, əlilliyi olan şəxslər, həmçinin şagird və tələbələr üçün gediş haqqında endirimlərin edilməsi təklifini müzakirə ediblər. Hazırda şəhər infrastrukturunun ən ağrılı yerlərindən sayılan avtobusların sayının artırılması və intervalların qısaldılması bu islahatların əsas tərkib hissəsi kimi nəzərdə tutulur. Eyni zamanda sürücülərin peşəkarlıq səviyyəsinə nəzarətin gücləndirilməsi və yay aylarında sərnişinlərin ən çox şikayət etdiyi havalandırma sistemlərinin tam işlək vəziyyətə gətirilməsi tələb olunur.
Nəqliyyat eksperti Eldəniz Cəfərov Demokrat.az-a açıqlamasında bildirib ki, güzəştlərin tətbiqi üçün ictimai nəqliyyatda tam “brutto müqaviləsi” mexanizminin işə düşməsi vacibdir:
“Bu sistem yalnız avtobus seqmentini deyil, metro və digər ictimai nəqliyyat növlərini də əhatə etməli, məsələyə kompleks yanaşma təmin etməlidir. “Brutto müqaviləsi” tətbiq olunduqdan və ictimai nəqliyyat fondu tam formalaşdıqdan sonra fondda kifayət qədər vəsait toplandıqdan sonra təqaüdçülər, əlilliyi olan şəxslər, şagird və tələbələr üçün güzəştlərin həyata keçirilməsi mümkündür. Eyni zamanda, güzəştlərin tətbiqi qiymətlərin diferensiallaşdırılmasını da tələb edəcək, yəni müxtəlif kateqoriyalar üzrə tarif siyasətinə uyğunlaşdırma aparılmalıdır. Qısaca, bu addımlar sistemli və maliyyə baxımından dayanıqlı mexanizm yaradıldıqdan sonra həyata keçirilə bilər. Güzəştlərin tətbiqi üçün tariflərin diferensiallaşdırılması zəruridir”.
Bu istiqamətdə atılacaq növbəti addımlar həm sərnişinlərin büdcəsinə qənaət etməyə, həm də şəhər infrastrukturunun müasirləşməsinə yol aça bilər. Təklif olunan güzəştlərin və xidmət keyfiyyətinin artırılmasının paytaxtın nəqliyyat sistemində köklü dəyişikliklərə səbəb olacağı gözlənilir. Prosesin icra mexanizmi və maliyyə dayanıqlığı təmin edildikdən sonra qərarların qüvvəyə minməsi ehtimal olunur. İctimai nəqliyyatda tətbiq ediləcək yeni modelin effektivliyi isə yaxın gələcəkdə özünü göstərəcək.
Leyla Turan
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Mart 2026 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see384

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see381

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see359

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see352

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see339

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see332

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see308

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see283

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see265

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see258

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see241

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see237

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see231

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see222

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see215

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see212

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see206

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see196

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see192

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri